Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Naməlum hepatit xəstəliyi Azərbaycanda uşaqlar arasında yayılıbmı?

© Sputnik / Александр Кряжев / Mediabanka keçidAnaliz
Analiz - Sputnik Azərbaycan, 1920, 28.04.2022
Abunə olmaq
Nazir bildirib ki, ümumiyyətlə, ölkəmizdə hepatit xəstəliklərinin sıçrayışı müşahidə olunmur.
BAKI, 28 aprel — Sputnik. Azərbaycanda uşaqlar arasında hepatit virusunun yayılması ilə bağlı hansısa narahatlıq yoxdur. Bu günə qədər Azərbaycanda uşaqlarda mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı qeydə alınmayıb.
Bunu səhiyyə naziri Teymur Musayev uşaqlarda mənşəyi məlum olmayan hepatit virusunun yayılmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hazırda dünyanın 12 ölkəsində uşaqlar arasında hepatit virusu yayılıb: "Lakin say o qədər də yüksək deyil. Bu virusun mənşəyi də tam bəlli deyil".
O bildirib ki, ümumiyyətlə, ölkəmizdə hepatit xəstəliklərinin sıçrayışı müşahidə olunmur.
Qeyd edək ki, hazırda 12 ölkədə 170-dən artıq uşaq arasında Hepatit virusunun nadir növü aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, artıq bununla bağlı 1 ölüm halı da qeydə alınıb.
Uşaqlar arasında hepatitin nadir növünə ilk 5 yoluxma halı martın 31-də Şotlandiyada qeydə alınıb. Şotlandiya Səhiyyə Nazirliyinin açıqladığı məlumata görə, həmin uşaqlar arasında A, B, C, D, E aşkarlanmayıb. Onlar arasında hepatitin ən nadir növü aşkarlanıb. Şotlandiyalı həkimlər jurnalistlər üçün təşkil olunan brifinqdə bildiriblər ki, onlar adətən il ərzində hepatitin nadir növü üzrə 4 ya 5 belə hal aşkarlayırlar.
ÜST-ün məlumatına görə, artıq Böyük Britaniyada uşaqlar arasında bu virusa yoluxma 114-ü ötüb. Növbəti ən çox yoluxma halı isə İspaniyada aşkarlanıb. Belə ki, İspaniyada 13, İsraildə 12, ABŞ-da 9, Danimarka, İrlandiya, Niderland, İtaliya, Norveç, Fransa, Rumıniya, Belçika kimi ölkələrdə isə daha az yoluxma halı qeydə alınıb.
Yoluxma halı yeni doğulmuşlarla 16 yaşadək olanlar arasında aşkarlanıb. Lakin əksər yoluxma halları 10 yaşdan aşağı olanlar arasında aşkarlanıb.
Bu uşaqlarda əsasən sarılıq, ishal, qusma əlamətləri aşkarlanıb və bununla bağlı valideynləri həkimə müraciət ediblər.
Virusun uşaqlar arasında yayılmasına səbəb olaraq öncədən keçirilən COVID-19 virusu, adenoviruslar göstərilib. 170 uşaqdan 19-da həm COVID-19 xəstəliyi, həm də adenovirus aşkarlanıb. 20 xəstədə isə yalnız COVID-19 aşkarlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0