Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Fitrə zəkatı ən az nə qədər olmalıdır?

Abunə olmaq
Azərbaycanlı ilahiyyatçı Hacı Adil Hüseynoğlu Ramazan bayramından əvvəl verilən fitrə-zəkatın dəyəri barədə açıqlama verib.
BAKI, 28 aprel — Sputnik. Ramazan ayının sonuncu günündə möminlər ehtiyacı olanlara evdən sədəqə aparmalıdırlar. Bu sədəqələrin məbləği müxtəlif dənli məhsulların qiymətinə əsasən hesablanır.
Fitrə zəkatının minimum məbləği hər ailə üzvü üçün 1,8 manatdır. Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Ramazan ayının özəllikləri və bu bayramın müasir Azərbaycan cəmiyyətinin mənəvi-əxlaqi dəyərlərinin formalaşmasına etdiyi təsirə həsr olunmuş onlayn konfransda çıxış edən tanınmış azərbaycanlı ilahiyyatçı Hacı Adil Hüseynoğlu belə hesab edir.
Qeyd edək ki, fitrə zəkatı Ramazan bayramından əvvəl ehtiyacı olan müsəlmanlara verilməli olan sədəqədir.
Şamaxı rəsədxanasının təqdim etdiyi təqvimə əsasən, mayın 2-3-ü orucun bitmə vaxtı, yəni Ramazan bayramı kimi elan ediləcək. İlahiyyatçının sözlərinə görə, müsəlmanlar üçün müqəddəs ayda oruc tutmaq ideal insan obrazını yaratmaq məqsədilə nəzərdə tutulub. Qida və digər dünyəvi mallardan uzun müddət çəkinmək insana maariflənməyə, eləcə də ac və susuz insanların yaşadığı çətinlikləri hiss etməyə imkan yaradır. Bu hiss mömini başqalarına kömək etməyə sövq edir. Beləliklə, oruc tutmaq böyük ictimai əhəmiyyət daşıyır.
"Xalq arasında çoxdan formalaşmış bir deyim var: Toxun acdan nə xəbəri? Aclıq insanı başqaları qarşısında ictimai borcu haqqında düşünməyə sövq edir. Çünki ətrafda yemək kimi nemətlərdən məhrum olan insanlar var". - deyə A.Hüseynoğlu bildirib.
Ehtiyacı olan şəxsə ödənilməli olan yardımın miqdarını din müəyyən edir. Qədim zamanlardan müxtəlif ölkələrdə bu məbləğ dənli məhsulların maya dəyərindən asılı olaraq hesablanırdı. Hesablama üç kiloqram buğda, düyü, xurma və ya kişmişin dəyərində aparıla bilər. Məsələn, Azərbaycanda üç kiloqram buğdanın maya dəyəri 1,80 manatdır. Əgər dörd nəfərdən ibarət bir ailə sədəqə veriləcəksə, bu məbləğ dördə vurulmalıdır.
Lakin, əgər sədəqə verən şəxsin böyük maddi imkanı varsa, fitrə zəkatını xurma və ya digər məhsulların qiyməti ilə hesablaya bilər. Əvvəllər Qazilər Şurası da fitrə zəkatının miqdarını bazar qiymətlərinə əsasən müəyyən edirdi.
Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının bu yaxınlarda Ramazan ayı ilə bağlı qəbul etdiyi fətvada qeyd olunur ki, fitrə zəkatının adambaşına 10-15 manat məbləğində verilməsi tövsiyə edilir. Üç kiloqram düyünün qiyməti məhz belədir.
Oruc insanın daxili ruhunu gücləndirən ilahi bir qüvvəyə malikdir. Rəhmət və şəfqət ayı olan mübarək Ramazanda iftar süfrələri açmaq, yardım və sədəqə vermək, imkan daxilində imkansızlara, kimsəsizlərə, yetimlərə, qocalara yardım etmək, fətvada deyildiyi kimi, xeyirxah əməllərdəndir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0