Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Çağırışa möhlət verilənlərin əhatə dairəsi genişləndirilir

© Sputnik / Rahim MuradovSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin emlemi , arxiv
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin emlemi , arxiv  - Sputnik Azərbaycan, 1920, 28.04.2022
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin emlemi , arxiv
Abunə olmaq
Adyunkturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə möhlət veriləcək.
BAKI, 28 aprel — Sputnik. Təhsili davam etdirmək üçün hərbi xidmətə çağırışa möhlət verilənlərin əhatə dairəsi genişləndirilir.
Bu, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
APA-nın məlumatına görə, layihəyə əsasən, adyunkturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə möhlət veriləcək. Bu, təkrar ali təhsil alan çağırışçılara şamil olunmayacaq.
Qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirə olunub və parlamentin plenar iclasına tövsiyə edilib.
Qeyd edək ki, hazırda mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir:
- ümumi təhsil müəssisələrində tam orta təhsil alan, 20 yaşınadək çağırışçılara;
- peşə təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara;
- orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara;
- əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara - təhsilini bitirənədək;
- doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara - 3 ay müddətinə;
- xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura (adyunktura) səviyyələrində, tibb təhsili üçün əsas (baza ali) tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0