https://sputnik.az/20220428/azerbaycanda-internet-operatorlarinin-fealiyyeti-lisenziyalasdirila-biler-441510231.html
Azərbaycanda internet operatorlarının fəaliyyəti lisenziyalaşdırıla bilər
Azərbaycanda internet operatorlarının fəaliyyəti lisenziyalaşdırıla bilər
Sputnik Azərbaycan
Bu tip yerlərə fiber-optik xəttin çəkilişinə qoyulan investisiya növbəti 10-15 ilə özünü doğrultmur. 28.04.2022, Sputnik Azərbaycan
2022-04-28T22:43+0400
2022-04-28T22:43+0400
2022-04-28T22:43+0400
internet
cəmiyyət
operator
lisenziya
https://cdnn1.img.sputnik.az/img/07e4/08/05/424604254_0:0:1772:997_1920x0_80_0_0_57d5ee7a5dd74ef3e0a6b2ea7733c6a5.jpg
BAKI, 28 aprel — Sputnik. Azərbaycanda internet provayderlərin fəaliyyətinin lisenziyalaşdırılmaması müəyyən qədər xaotik vəziyyət yaradıb ki, hazırda bazarda bu xaotikliyin fəsadları yaşanır.Bunu "Rəqəmsal sahibkarlıq və perspektiv imkanlar" mövzusunda keçirilən ictimai müzakirədə çıxış edərkən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.APA-nın xəbərinə görə, R.Nəbiyev bildirib ki, internet xidməti göstərən operatorlar daha çox bazarın əlverişli sahələrinə, mərkəzdə tikilən yeni binalarda xidmət göstərməkdə maraqlıdırlar:"Lakin bazarda ənənəvi operatorlar adlandırdığımız "Aztelekom" və "Baktelecom"un isə üzərində dövlət tərəfindən qoyulan öhdəlik var və bu öhdəlik ondan ibarətdir ki, onlar Azərbaycanın ən ucqar kəndinə belə interneti çatdırsınlar. Ora fiber-optik xəttin çəkilişinə qoyulan investisiya növbəti 10-15 ilə özünü doğrultmur".R.Nəbiyev onların bunu etmək məcburiyyətində olduğunu bildirib. R.Nəbiyevin sözlərinə görə, müasir tənzimləmə mexanizmləri onu tələb edir ki, universal telekommunikasiya fondu yaradılmaqla mərkəzdə əldə olunan gəlirlərin ədalətli bölgüsü təmin edilsin. Bununla yanaşı, R.Nəbiyev vurğulayır ki, həmin regionlarda müsabiqənin nəticəsinə uyğun olaraq xidmət göstərən operatorların oradan əldə etdikləri gəlirlər vasitəsilə subsidiyalaşdırılmasının təmin edilməsi tələb edilir:"Bu sahədə qanunvericilik sənədləri hazırlanmaqdadır ki, biz bazarı ədalətli şəkildə tənzimləyə bilək".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/05/424604254_167:0:1742:1181_1920x0_80_0_0_b547a9bc98ca357388d72a05fcddacb2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
internet, operator, lisenziya
internet, operator, lisenziya
Azərbaycanda internet operatorlarının fəaliyyəti lisenziyalaşdırıla bilər
Bu tip yerlərə fiber-optik xəttin çəkilişinə qoyulan investisiya növbəti 10-15 ilə özünü doğrultmur.
BAKI, 28 aprel — Sputnik. Azərbaycanda internet provayderlərin fəaliyyətinin lisenziyalaşdırılmaması müəyyən qədər xaotik vəziyyət yaradıb ki, hazırda bazarda bu xaotikliyin fəsadları yaşanır.
Bunu "Rəqəmsal sahibkarlıq və perspektiv imkanlar" mövzusunda keçirilən ictimai müzakirədə çıxış edərkən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
APA-nın xəbərinə görə, R.Nəbiyev bildirib ki, internet xidməti göstərən operatorlar daha çox bazarın əlverişli sahələrinə, mərkəzdə tikilən yeni binalarda xidmət göstərməkdə maraqlıdırlar:
"Lakin bazarda ənənəvi operatorlar adlandırdığımız "Aztelekom" və "Baktelecom"un isə üzərində dövlət tərəfindən qoyulan öhdəlik var və bu öhdəlik ondan ibarətdir ki, onlar Azərbaycanın ən ucqar kəndinə belə interneti çatdırsınlar. Ora fiber-optik xəttin çəkilişinə qoyulan investisiya növbəti 10-15 ilə özünü doğrultmur".
R.Nəbiyev onların bunu etmək məcburiyyətində olduğunu bildirib. R.Nəbiyevin sözlərinə görə, müasir tənzimləmə mexanizmləri onu tələb edir ki, universal telekommunikasiya fondu yaradılmaqla mərkəzdə əldə olunan gəlirlərin ədalətli bölgüsü təmin edilsin. Bununla yanaşı, R.Nəbiyev vurğulayır ki, həmin regionlarda müsabiqənin nəticəsinə uyğun olaraq xidmət göstərən operatorların oradan əldə etdikləri gəlirlər vasitəsilə subsidiyalaşdırılmasının təmin edilməsi tələb edilir:
"Bu sahədə qanunvericilik sənədləri hazırlanmaqdadır ki, biz bazarı ədalətli şəkildə tənzimləyə bilək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.