https://sputnik.az/20220428/azerbaycan-qazini-avropaya-catdiracaq-kemer-hazirdir-441510092.html
Azərbaycan qazını Avropaya çatdıracaq kəmər hazırdır
Azərbaycan qazını Avropaya çatdıracaq kəmər hazırdır
Sputnik Azərbaycan
Qaz kəmərinin xətt hissəsi hazırlanıb, borular düzülüb və basdırılıb, hidroattestasiya işləri aparılıb. 28.04.2022, Sputnik Azərbaycan
2022-04-28T15:23+0400
2022-04-28T15:23+0400
2022-04-28T16:14+0400
bolqarıstan
azərbaycan xəbərləri
qaz
avropa
https://cdnn1.img.sputnik.az/img/07e6/04/07/440888275_0:0:3087:1737_1920x0_80_0_0_c47a0b10b04a9f37a20291a49a466c0f.jpg
BAKI, 28 aprel — Sputnik. Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq 182 kilometrlik Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin (Interconnector Greece – Bulgaria - IGB) tikintisi işlərinin 92%-i artıq yerinə yetirilib."APA-Economics"in xəbərinə görə, bu barədə ICGB layihə şirkətinin (layihənin operatoru) icraçı direktoru Teodora Georieva bildirib.Onun sözlərinə görə, cari il iyunun sonunadək interkonnektor fiziki cəhətdən hazır olmalıdır, iyul ayında isə qaz sınaqlarına başlanılacaq. Podradçı tikinti şirkəti oktyabrdan gec olmayaraq istilik mövsümünə hazır olmaq üçün əlindən gələni edir.Teodora Georgiyeva bildirib ki, layihə çərçivəsində həm Bolqarıstan, həm də Yunanıstanda qalıq iş var, lakin böyük irəliləyiş əldə olunub. Hər iki ərazi üzrə qaz kəmərinin xətt hissəsi hazırlanıb, borular düzülüb və basdırılıb, hidroattestasiya işləri aparılıb. Buna baxmayaraq, Komotini (Yunanıstan) və Stara Zaqorada (Bolqarıstan) yerləşəcək qaz-ölçmə məntəqələrində hidrosınaqlar hələ ki aparılmayıb.Xatırladaq ki, Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin istifadəyə verilməsinin (sonuncu dəfə müəyyən edilən istifadəyə verilmə tarixi – 2022-ci ilin iyul ayı) təxirə salınması səbəbindən (2020-ci ilin sonunda istifadəyə verilməli idi) Azərbaycan qazı Bolqarıstana müvəqqəti olaraq Yunanıstanın sərhəd nöqtəsində (Kula-Sidirokastro) mövcud birləşdirici xətlə nəql edilir.IGB boru kəmərinin illik ötürmə gücü 3 mlrd. kubmetr olacaq, gələcəkdə bu göstərici 5 mlrd. kubmetrə çatdırıla bilər. Gözlənilir ki, artıq bu ilin sentyabr ayından başlayaraq, kəmər vasitəsilə Azərbaycan qazı Bolqarıstana nəql ediləcək.Qeyd edək ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsi ilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/07/440888275_358:0:3087:2047_1920x0_80_0_0_9fc4bd083ff3017398ce5e33744baab6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bolqarıstan, qaz, avropa
Azərbaycan qazını Avropaya çatdıracaq kəmər hazırdır
15:23 28.04.2022 (Yenilənib: 16:14 28.04.2022) Qaz kəmərinin xətt hissəsi hazırlanıb, borular düzülüb və basdırılıb, hidroattestasiya işləri aparılıb.
BAKI, 28 aprel — Sputnik. Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq 182 kilometrlik Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin (Interconnector Greece – Bulgaria - IGB) tikintisi işlərinin 92%-i artıq yerinə yetirilib.
"APA-Economics"in xəbərinə görə, bu barədə ICGB layihə şirkətinin (layihənin operatoru) icraçı direktoru Teodora Georieva bildirib.
Onun sözlərinə görə, cari il iyunun sonunadək interkonnektor fiziki cəhətdən hazır olmalıdır, iyul ayında isə qaz sınaqlarına başlanılacaq. Podradçı tikinti şirkəti oktyabrdan gec olmayaraq istilik mövsümünə hazır olmaq üçün əlindən gələni edir.
Teodora Georgiyeva bildirib ki, layihə çərçivəsində həm Bolqarıstan, həm də Yunanıstanda qalıq iş var, lakin böyük irəliləyiş əldə olunub. Hər iki ərazi üzrə qaz kəmərinin xətt hissəsi hazırlanıb, borular düzülüb və basdırılıb, hidroattestasiya işləri aparılıb. Buna baxmayaraq, Komotini (Yunanıstan) və Stara Zaqorada (Bolqarıstan) yerləşəcək qaz-ölçmə məntəqələrində hidrosınaqlar hələ ki aparılmayıb.
Xatırladaq ki, Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin istifadəyə verilməsinin (sonuncu dəfə müəyyən edilən istifadəyə verilmə tarixi – 2022-ci ilin iyul ayı) təxirə salınması səbəbindən (2020-ci ilin sonunda istifadəyə verilməli idi) Azərbaycan qazı Bolqarıstana müvəqqəti olaraq Yunanıstanın sərhəd nöqtəsində (Kula-Sidirokastro) mövcud birləşdirici xətlə nəql edilir.
IGB boru kəmərinin illik ötürmə gücü 3 mlrd. kubmetr olacaq, gələcəkdə bu göstərici 5 mlrd. kubmetrə çatdırıla bilər. Gözlənilir ki, artıq bu ilin sentyabr ayından başlayaraq, kəmər vasitəsilə Azərbaycan qazı Bolqarıstana nəql ediləcək.
Qeyd edək ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsi ilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.