SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Akademik Zərifə Əliyevanın doğum günüdür: Onun adını daşıyan gəmi istismara verildi - Foto

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak edib
Prezident İlham Əliyev “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak edib - Sputnik Azərbaycan, 1920, 28.04.2022
Abunə olmaq
Dövlət başçısının anası, Ümummilli liderin həyat yoldaşı olmuş Zərifə Əliyeva 50-yə yaxın elmi işin, bir ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
BAKI, 28 aprel — Sputnik. Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür.
Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olub.
O, 1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak edib
Президент Ильхам Алиев принял участие в церемонии сдачи в эксплуатацию судна-парома «Зарифа Алиева» - Sputnik Azərbaycan, 1920, 28.04.2022
Prezident İlham Əliyev “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak edib
Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə əvəzolunmaz töhfələr verib. Z.Əliyeva oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən, "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, bir ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqu" (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak edib
Президент Ильхам Алиев принял участие в церемонии сдачи в эксплуатацию судна-парома «Зарифа Алиева» - Sputnik Azərbaycan, 1920, 28.04.2022
Prezident İlham Əliyev “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak edib
Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.
Zərifə Əliyeva ümummilli lider Heydər Əliyevin həyat yoldaşı, Prezident İlham Əliyevin anasıdır.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak edib
Президент Ильхам Алиев принял участие в церемонии сдачи в эксплуатацию судна-парома «Зарифа Алиева» - Sputnik Azərbaycan, 1920, 28.04.2022
Prezident İlham Əliyev “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak edib
O, 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib.
Qeyd edək ki, bu gün ölkə başçısı İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Ro-Pax” tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0