CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tullantı sularına görə xərclər kəskin artıb

© Sputnik / Murad OrujovHövsan qəsəbəsi ərazisində Xəzər dənizinə axıdılan sular
Hövsan qəsəbəsi ərazisində Xəzər dənizinə axıdılan sular - Sputnik Azərbaycan, 1920, 27.04.2022
Abunə olmaq
Komitənin məlumatına görə, ötən il Azərbaycanda axıdılan tullantı sularının həcmi 603 032,7 min kubmetr təşkil edib, bu da illik müqayisədə 1,8% artım deməkdir.
BAKI, 27 aprel — Sputnik. Ötən il Azərbaycanda tullantı sularının axıdılmasından 76 321,7 min manat gəlir əldə olunub, bu da illik müqayisədə 34,6% çoxdur.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ildə sözügedən göstərici 56 714,4 min manat təşkil edib.
Məlumata görə, hesabat dövründə tullantı sularının axıdılmasından əldə olunan gəlirin 35 527,7 min manatı əhali üzrə olub, bu da 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 89,1% çoxdur.
Qeyd edək ki, 2020-ci ildən əhali üzrə tullantı sularının axıdılmasından 18 783,9 min manat gəlir əldə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0