https://sputnik.az/20220427/taxil-elevatorlari-anbar-ve-istixana-sahiblerinin-diqqetine---hesabatlari-verin-441481550.html
Taxıl elevatorları, anbar və istixana sahiblərinin diqqətinə - Hesabatları verin
Taxıl elevatorları, anbar və istixana sahiblərinin diqqətinə - Hesabatları verin
Sputnik Azərbaycan
Qeydiyyat və hesabatların verilməsi qaydası üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən xüsusi təlimat hazırlanıb 27.04.2022, Sputnik Azərbaycan
2022-04-27T21:32+0400
2022-04-27T21:32+0400
2022-04-27T21:32+0400
taxıl
iqtisadiyyat
fermer
hesabat
https://cdnn1.img.sputnik.az/img/42417/47/424174727_0:57:1000:620_1920x0_80_0_0_5d3beab01989a6bb550e0b0efffb9c8f.jpg
BAKI, 27 aprel — Sputnik. Taxıl elevatorları, anbarlar və istixanalar bu ilin I rübü üçün hesabatlarını aprel ayının sonuna qədər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) təqdim etməlidirlər.Qeydiyyat və hesabatların verilməsi qaydası üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən xüsusi təlimat hazırlanıb.EKTİS-də qeydiyyat və hesabatların daxil edilməsi ilə bağlı suallar yarandıqda sahibkarlar Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı Mərkəzinə və ya Dövlət Aqrar İnkişaf mərkəzlərinə müraciət edə bilərlər.Qeyd edək ki, Azərbaycan Prezidentinin 2020-ci il 30 iyul tarixli Fərmanı ilə "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"yə dəyişiklik edilib.Fərmana əsasən, ölkədə fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının yetişdirildiyi istixanalar, məhsulların saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində "Tədarükçü modulu"nda qeydiyyatdan keçməli, tədarük edilən məhsulları saxlamaq üçün EKTİS-də müəyyən edilən hesabat formalarına uyğun informasiyaları mütəmadi olaraq sistemə daxil etməlidirlər.Bunun üçün EKTİS-də istixanalar, məhsulların saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorlarının qeydiyyat və hesabatlılıq alt modulları yaradılaraq istifadəyə verilib və Dövlət Aqrar İnkişaf Mərkəzləri bu istiqamətdə subyektlərə dəstək üçün təlimatlandırılıb.Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi qeydiyyat və 1-ci rüb hesabatlarını yekunlaşdırmayan taxıl elevatorları, anbar və istixana sahibi olan fiziki və hüquqi şəxslərin diqqətinə çatdırır ki, 2022-ci ilin 1-ci rübü üçün hesabatlar aprel ayının sonuna qədər EKTİS-də təqdim edilməlidir.Təlimatla aşağıdakı linkə keçid etməklə tanış olmaq mümkündür.https://agro.gov.az/site/img/EKT%C4%B0S-d%C9%99%20elevator%20m%C9%99lumatlar%C4%B1n%C4%B1n%20daxil%20edilm%C9%99si%20prosesin%C9%99%20dair%20t%C9%99limat.pdf
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42417/47/424174727_50:0:951:676_1920x0_80_0_0_4c67edba1687c7344bc315dbdf7dbf80.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
taxıl, fermer, hesabat
Taxıl elevatorları, anbar və istixana sahiblərinin diqqətinə - Hesabatları verin
Qeydiyyat və hesabatların verilməsi qaydası üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən xüsusi təlimat hazırlanıb
BAKI, 27 aprel — Sputnik. Taxıl elevatorları, anbarlar və istixanalar bu ilin I rübü üçün hesabatlarını aprel ayının sonuna qədər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) təqdim etməlidirlər.
Qeydiyyat və hesabatların verilməsi qaydası üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən xüsusi təlimat hazırlanıb.
EKTİS-də qeydiyyat və hesabatların daxil edilməsi ilə bağlı suallar yarandıqda sahibkarlar Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı Mərkəzinə və ya Dövlət Aqrar İnkişaf mərkəzlərinə müraciət edə bilərlər.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2020-ci il 30 iyul tarixli Fərmanı ilə "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"yə dəyişiklik edilib.
Fərmana əsasən, ölkədə fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının yetişdirildiyi istixanalar, məhsulların saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində "Tədarükçü modulu"nda qeydiyyatdan keçməli, tədarük edilən məhsulları saxlamaq üçün EKTİS-də müəyyən edilən hesabat formalarına uyğun informasiyaları mütəmadi olaraq sistemə daxil etməlidirlər.
Bunun üçün EKTİS-də istixanalar, məhsulların saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorlarının qeydiyyat və hesabatlılıq alt modulları yaradılaraq istifadəyə verilib və Dövlət Aqrar İnkişaf Mərkəzləri bu istiqamətdə subyektlərə dəstək üçün təlimatlandırılıb.
Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi qeydiyyat və 1-ci rüb hesabatlarını yekunlaşdırmayan taxıl elevatorları, anbar və istixana sahibi olan fiziki və hüquqi şəxslərin diqqətinə çatdırır ki, 2022-ci ilin 1-ci rübü üçün hesabatlar aprel ayının sonuna qədər EKTİS-də təqdim edilməlidir.
Təlimatla aşağıdakı linkə keçid etməklə tanış olmaq mümkündür.