https://sputnik.az/20220427/rus-neftinin-sirli-serguzestleri-441456051.html
Rus neftinin sirli sərgüzəştləri
Rus neftinin sirli sərgüzəştləri
Sputnik Azərbaycan
Baş verən hadisələrin fonunda Rusiya neftinə qarşı embarqo tətbiq edilmir, edilib-edilməyəcəyi də bəlli deyil, bazar isə çox gözəl bir sehrli çubuq əldə edib. 27.04.2022, Sputnik Azərbaycan
2022-04-27T08:51+0400
2022-04-27T08:51+0400
2022-04-27T08:51+0400
neft
rusiya
rusiya federasiyası
https://cdnn1.img.sputnik.az/img/07e5/02/17/426299016_0:0:3363:1893_1920x0_80_0_0_9c0d3ccaa1a803ab24b4eff1d4e027b8.jpg
BAKI, 27 aprel — Sputnik. Qərb mətbuatı bir qədər çaşqınlıqla Rusiya nefti və neft məhsullarının tədarükünün son bir ay ərzində inamla geri çəkildiyini, baş verənlərin isə getdikcə daha çox nağıl süjetini xatırlatdığını yazır. Nəticə ondan ibarətdir ki, Rusiya mənşəli xam neft nəqlin müəyyən mərhələsində sadəcə olaraq yox olur, daha sonrakı mərhələdə İngiltərə və ya Amerika sahillərində izah oluna bilməyəcək şəkildə yenidən peyda olur.Bugünkü söhbətimizə fundamental rəqəmlərlə başlayaq.Rusiyada sutkada 11,3 milyon barel neft hasil edilir ki, bunun da 3,6 milyonu daxili tələbatın ödənilməsinə sərf olunur. Birinci halda biz dünyada üçüncü, ikinci halda isə beşinci yerdəyik. Əgər ixracdan danışırıqsa, o zaman ən sadə hesab və statistika göstərir ki, hər gün təxminən 7,5 milyon barel qara maye qızıl xaricə gedirdi. Uzunmüddətli müqavilələr əsasında tədarük olunan neftin həcmi sirr olmadığı kimi, bu rəqəm kifayət qədər uzun müddətdir ki, çox dəyişməyib.Bu, şərti olaraq azad satışa hazır, spot və digər qısamüddətli razılaşmalar üçün əlçatan 4,5 milyon bareldir, hansı ki, hazırda, təxminən, üç milyon barel qalıb. Aşağıda məhz onlar haqqında söhbət açılacaq.Xüsusi hərbi əməliyyatın başlaması ilə Rusiyanın enerji resurslarının ixrac tədarükü sektoru həqiqətən böyük təzyiq altındadır, alıcılara qarşı birbaşa şantaj və təhdidlər daxil olmaqla, açıq şəkildə çirkin hiylələrdən istifadə olunur.Burada çox mühüm bir məsələni qeyd etmək lazımdır: hazırda Rusiya xam neftinin alınmasına birbaşa qadağa yoxdur, yəni nə qismən, nə də tam embarqo yoxdur. Maraqlıdır ki, bir neçə gün ərzində Rusiyadan gələn neft hədsiz dərəcədə "toksiki" oldu. Xaricdə tələbat və ehtiyac olduğu halda paradoksal vəziyyət yaranıb, belə ki, bu nefti almaq təkcə pis düşüncənin əlaməti deyil, həm də kollektiv Qərbin sanksiya siyahısına düşmək üçün çox real şansa bərabərdir.Bununla belə, Moskva Avropanın neft və neft məhsullarının əsas tədarükçüsü olaraq qalır. Asiyada isə pandemiya başa çatdıqdan sonra iqtisadiyyatın inkişafı planlarını yenidən xatırladılar və bazarda əsl möcüzələr baş verməyə başladı.Birincisi, satınalmaların həcmi, son ayın azalmasını geridə qoyaraq yüksəldi. Mart və aprel aylarını müqayisə etsək, o zaman, məsələn, Finlandiya iki dəfə çox neft aldı (müvafiq olaraq 25 və 50 min barel), Yunanıstanda da oxşar tendensiya (50 və 130 min) baş verdi, Rumıniya alışları 40 min bareldən 140 min barelə qədər, Estoniya 50-dən 180-ə qədər, Hollandiya 520-dən 660 minə qədər artırdı. Analitika və konsaltinq işi ilə də məşğul olan Amerikanın S&P Global media holdinqi, martda Rusiya ixracatının itkisini üç milyon barel səviyyəsində qiymətləndirir, lakin xəbərdarlıq edir ki, hazırkı sürət qorunub saxlanılarsa, ruslar may ayında bütün itkiləri geri qaytaracaqlar.İkincisi, dəniz yollarında aşkar "şeytan işi" və mistik hadisələr baş verir.İdxalda əsas artımı ictimai kimliyini səylə gizlədən naməlum alıcı göstərir. Həmin anonim mənbə martda, təxminən, 30 min barel neft alıb, apreldə isə bu həcmi 660 min barelə çatdırıb."The Wall Street Journal" yazır ki, aprel ayında Rusiya limanlarında tankerlərin anbarlarına, təxminən, 11 milyon barel neft yüklənib, daşıma sənədlərində isə marşrutun son nöqtəsi Atlantik okeanı kimi göstərilib və ya ümumiyyətlə yoxdur.Əgər bu sətirlərin müəllifi köhnə materialist olmasaydı, rus neftçilərinin çətin bir dövrdə okeanın dərinliklərinin hökmdarı olan Neptunla işgüzar əlaqələr qurduğunu güman edərdi, lakin təcrübənin göstərdiyi kimi, Qərb ekspertləri baş verənlərə başqa baxımdan yanaşırlar.Yalnız bazarın fluktuasiyalarına deyil, həm də anti-Rusiya sanksiyalarına əməl olunmasına və təsir göstərməsinə ciddi nəzarət edən analitiklərin fikrincə, Rusiya İran sxemi ilə silahlanıb.Xatırladaq ki, Donald Tramp administrasiyası İran neftinin ixracına total embarqo tətbiq etdiyi Amerika-İran münasibətlərinin kəskinləşməsi dövründə kifayət qədər sadə, lakin qoyunların sağ qalmasına, canavarların isə doyunca yedizdirilməsinə imkan verən təsirli alqoritm meydana çıxmışdı. Belə bir şey hazırda Ust-Luqa və digər Rusiya limanlarında indi baş verir. Burada neftin köçürülməsi imkanı nəzərdə tutulur.Amerikanın profilli şirkətləri tankerlərin yerini real vaxt rejimində izləmək mümkün olan müvafiq saytlara maksimal dərəcədə yaxından nəzarət edirlər. Onların məlumatına görə, gəmilər bir nöqtədə radarlardan, sadəcə, buxarlanır. Panamax tipli tankerlər, Rusiya neftinin çatdırılması üçün əsas vasitə olan transponderləri ya birbaşa limanlarda söndürürlər (və onların yerdəyişməsini prinsipcə izləmək mümkün deyil), ya da neft vasitəsilə yanacaqla təchiz olunub dənizə çıxır və artıq orada görüntü zonasından yox olurlar.Okeanın o tayında ciddi qıcıqlanma müşahidə edildiyi kimi, bu halda, qarşımızda, çox güman ki, tədarükçünün və alıcıların belə bir boz sxemin köməyi ilə, sadəcə, sanksiyalardan və Rusiya ilə əməkdaşlığa görə məsuliyyətdən yayınan sövdələşməsinin bariz nümunəsi görürük."Radarlardan yayınmaq" üçün daha çox ehtimal olunan metodika kimi neftin birbaşa dənizdə Panamax-dan (60-80 min ton su tutumlu) daha böyük tankerlərə ötürülməsini göstərmək olar. Bu zaman, çox güman ki, Rusiya nefti digər növlərlə qarışır. Nəticədə tanker-uterin yük yerində, məsələn, cəmi bir ay əvvəl kəşf edilən və tamamilə qanuni olan hansısa ekzotik Latviya Blend növünün tamamilə leqal partiyası peyda olur.Bu prosesdən hər kəs tam razıdır. Naməlum alıcılar yalnız naməlum ölkələrin maraqlarını təmin etmir, həm də Rusiya neftini rahatlıqla satır və elə həmin Avropaya göndərirlər. Məsələn, aprel ayında məlum olub ki, bütün tarixi boyu xaricdən xammal alan Hindistan ixracatçıya çevrilib və indi Böyük Britaniyaya neft və dizel yanacağı satır. Eyni zamanda, prosesin bütün iştirakçıları özlərini elə göstərirlər ki, guya, bu xammalın nə olduğunu və haradan meydana çıxdığını başa düşmürlər.Burada biz təhlil və hekayənin obyektivliyini qorumaq üçün, bəzi məqamlara toxunmalıyıq.Hal-hazırda Rusiya təchizatçıları məhsullarını 25-30 faiz diskontla satırlar.Onlar bunu neftimizə tələbatın kəskin şəkildə azaldığı üçün məcburən etmirlər, bununla bağlı heç bir problem yoxdur. Əsas alıcılar istehlakın azaldılması barədə heç düşünmürlər, bu sahədə Rusiyanın həcmlərini (beşinci dünya ixracatçısı) əvəz etmək üçün isə, sadəcə, heç bir şey yoxdur.Neftçilərimiz Urals markalı neft üçün güzəştə xeyriyyəçiliyə olan sevgilərindən getmirlər. Urals etalon hesab edilən Brent-dən beş-səkkiz dollar geridə qaldıqda bu, standart bazar vəziyyəti hesab olunur. Cari endirim tanker donanmalarının və sığorta şirkətlərinin sahibləri ilə yeni müqavilələr bağlanarkən ortaya çıxan plandankənar xərcləri əhatə etmək üçün lazımdır.Embarqo hələ tətbiq edilməyib, lakin Avropa və ABŞ bu istiqamətdə daimi məsləhətləşmələr aparır və heç bir hüquqi şəxs arzuolunmaz ruslarla əməkdaşlıqda ittiham olunan şirkətin yalnız böyük itkilərə deyil, ümumiyyətlə, ləğvinə səbəb ola biləcək məhdudiyyətlərlə üzləşmək istəmir. Ona görə də icarəyə verən subyektlər və sığortaçılar naməlum alıcılarla müqavilələrdə təhlükə və mümkün risklər üçün kompensasiya qoyurlar.Bu, ona görə baş verir ki, Rusiyanın, sadəcə, nə öz tanker donanması, nə də xarici məhdudiyyətlərdən çəkinməməyə təminat verən və sövdələşmələrin yerinə yetirilməsinə zəmanət verə biləcək sığorta şirkətləri yoxdur.Hələ 2004-cü ildə hökumətin tələbi ilə analiz aparılıb və məlum olub ki, Rusiyada bütün növ yük gəmiləri (çay daşımaları nəzərə alınmadan) - yəni balker, konteyner gəmiləri, quru yük gəmiləri, tankerlər və s. ən azı 600 ədəd çatışmır. Ötən müddət ərzində Uzaq Şərqdə bizim əsas gəmiqayırma müəssisələrimiz canlanıb, lakin onlar əsasən müdafiə sifarişinin yerinə yetirilməsi ilə məşğuldurlar. Ən azı müəyyən irəliləyişin olduğu yeganə istiqamət isə STQ daşıyıcılarının tikintisidir.Əgər bizim öz tanker donanmamız olsaydı, neftin bugünkü qiymətləri zamanı büdcəyə 40 dollar qiymət qoyan Dövlət, neft treyderlərinin mənfəət vergisi şəklində əlavə və az olmayan ayırmalar ala bilərdi. Həmçinin, bu neçə il ərzində öz sığorta sisteminin yaradılmasına dair prinsipial qərar qəbul edilməməsinin səbəbləri də aydın deyil.Hər necə olursa olsun, Rusiya neftinə qarşı embarqo tətbiq edilmir və olub-olmayacağı aydın deyil, bazar isə çox gözəl bir sehrli çubuq əldə edib. Bu çubuğun sayəsində tankerlərin ipləri xəritə və lokatorlardan yox olur, Avropa və Asiyaya isə lazımi xammal və yanacaq daxil olur. Bu yaxşıdır, çünki eyni vaxtda Rusiya xəzinəsi də dolur. Pis tərəf isə odur ki, neftin qoxusu olan qızıl çay bütöv bir şəlalə ola bilərdi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220415/novak-qerb-yaxin-5-10-il-erzinde-rusiya-neft-qazini-evez-ede-bilmeyecek-441149873.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/17/426299016_632:0:3363:2048_1920x0_80_0_0_d49ff45555a22c485cef6c2f3171a5a4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
neft, rusiya federasiyası
neft, rusiya federasiyası
Rus neftinin sirli sərgüzəştləri
Baş verən hadisələrin fonunda Rusiya neftinə qarşı embarqo tətbiq edilmir, edilib-edilməyəcəyi də bəlli deyil, bazar isə çox gözəl bir sehrli çubuq əldə edib.
BAKI, 27 aprel — Sputnik. Qərb mətbuatı bir qədər çaşqınlıqla Rusiya nefti və neft məhsullarının tədarükünün son bir ay ərzində inamla geri çəkildiyini, baş verənlərin isə getdikcə daha çox nağıl süjetini xatırlatdığını yazır. Nəticə ondan ibarətdir ki, Rusiya mənşəli xam neft nəqlin müəyyən mərhələsində sadəcə olaraq yox olur, daha sonrakı mərhələdə İngiltərə və ya Amerika sahillərində izah oluna bilməyəcək şəkildə yenidən peyda olur.
Bugünkü söhbətimizə fundamental rəqəmlərlə başlayaq.
Rusiyada sutkada 11,3 milyon barel neft hasil edilir ki, bunun da 3,6 milyonu daxili tələbatın ödənilməsinə sərf olunur. Birinci halda biz dünyada üçüncü, ikinci halda isə beşinci yerdəyik. Əgər ixracdan danışırıqsa, o zaman ən sadə hesab və statistika göstərir ki, hər gün təxminən 7,5 milyon barel qara maye qızıl xaricə gedirdi. Uzunmüddətli müqavilələr əsasında tədarük olunan neftin həcmi sirr olmadığı kimi, bu rəqəm kifayət qədər uzun müddətdir ki, çox dəyişməyib.
Bu, şərti olaraq azad satışa hazır, spot və digər qısamüddətli razılaşmalar üçün əlçatan 4,5 milyon bareldir, hansı ki, hazırda, təxminən, üç milyon barel qalıb. Aşağıda məhz onlar haqqında söhbət açılacaq.
Xüsusi hərbi əməliyyatın başlaması ilə Rusiyanın enerji resurslarının ixrac tədarükü sektoru həqiqətən böyük təzyiq altındadır, alıcılara qarşı birbaşa şantaj və təhdidlər daxil olmaqla, açıq şəkildə çirkin hiylələrdən istifadə olunur.
Burada çox mühüm bir məsələni qeyd etmək lazımdır: hazırda Rusiya xam neftinin alınmasına birbaşa qadağa yoxdur, yəni nə qismən, nə də tam embarqo yoxdur. Maraqlıdır ki, bir neçə gün ərzində Rusiyadan gələn neft hədsiz dərəcədə "toksiki" oldu. Xaricdə tələbat və ehtiyac olduğu halda paradoksal vəziyyət yaranıb, belə ki, bu nefti almaq təkcə pis düşüncənin əlaməti deyil, həm də kollektiv Qərbin sanksiya siyahısına düşmək üçün çox real şansa bərabərdir.
Bununla belə, Moskva Avropanın neft və neft məhsullarının əsas tədarükçüsü olaraq qalır. Asiyada isə pandemiya başa çatdıqdan sonra iqtisadiyyatın inkişafı planlarını yenidən xatırladılar və bazarda əsl möcüzələr baş verməyə başladı.
Birincisi, satınalmaların həcmi, son ayın azalmasını geridə qoyaraq yüksəldi. Mart və aprel aylarını müqayisə etsək, o zaman, məsələn, Finlandiya iki dəfə çox neft aldı (müvafiq olaraq 25 və 50 min barel), Yunanıstanda da oxşar tendensiya (50 və 130 min) baş verdi, Rumıniya alışları 40 min bareldən 140 min barelə qədər, Estoniya 50-dən 180-ə qədər, Hollandiya 520-dən 660 minə qədər artırdı. Analitika və konsaltinq işi ilə də məşğul olan Amerikanın S&P Global media holdinqi, martda Rusiya ixracatının itkisini üç milyon barel səviyyəsində qiymətləndirir, lakin xəbərdarlıq edir ki, hazırkı sürət qorunub saxlanılarsa, ruslar may ayında bütün itkiləri geri qaytaracaqlar.
İkincisi, dəniz yollarında aşkar "şeytan işi" və mistik hadisələr baş verir.
İdxalda əsas artımı ictimai kimliyini səylə gizlədən naməlum alıcı göstərir. Həmin anonim mənbə martda, təxminən, 30 min barel neft alıb, apreldə isə bu həcmi 660 min barelə çatdırıb.
"The Wall Street Journal" yazır ki, aprel ayında Rusiya limanlarında tankerlərin anbarlarına, təxminən, 11 milyon barel neft yüklənib, daşıma sənədlərində isə marşrutun son nöqtəsi Atlantik okeanı kimi göstərilib və ya ümumiyyətlə yoxdur.
Əgər bu sətirlərin müəllifi köhnə materialist olmasaydı, rus neftçilərinin çətin bir dövrdə okeanın dərinliklərinin hökmdarı olan Neptunla işgüzar əlaqələr qurduğunu güman edərdi, lakin təcrübənin göstərdiyi kimi, Qərb ekspertləri baş verənlərə başqa baxımdan yanaşırlar.
Yalnız bazarın fluktuasiyalarına deyil, həm də anti-Rusiya sanksiyalarına əməl olunmasına və təsir göstərməsinə ciddi nəzarət edən analitiklərin fikrincə, Rusiya İran sxemi ilə silahlanıb.
Xatırladaq ki, Donald Tramp administrasiyası İran neftinin ixracına total embarqo tətbiq etdiyi Amerika-İran münasibətlərinin kəskinləşməsi dövründə kifayət qədər sadə, lakin qoyunların sağ qalmasına, canavarların isə doyunca yedizdirilməsinə imkan verən təsirli alqoritm meydana çıxmışdı. Belə bir şey hazırda Ust-Luqa və digər Rusiya limanlarında indi baş verir. Burada neftin köçürülməsi imkanı nəzərdə tutulur.
Amerikanın profilli şirkətləri tankerlərin yerini real vaxt rejimində izləmək mümkün olan müvafiq saytlara maksimal dərəcədə yaxından nəzarət edirlər. Onların məlumatına görə, gəmilər bir nöqtədə radarlardan, sadəcə, buxarlanır. Panamax tipli tankerlər, Rusiya neftinin çatdırılması üçün əsas vasitə olan transponderləri ya birbaşa limanlarda söndürürlər (və onların yerdəyişməsini prinsipcə izləmək mümkün deyil), ya da neft vasitəsilə yanacaqla təchiz olunub dənizə çıxır və artıq orada görüntü zonasından yox olurlar.
Okeanın o tayında ciddi qıcıqlanma müşahidə edildiyi kimi, bu halda, qarşımızda, çox güman ki, tədarükçünün və alıcıların belə bir boz sxemin köməyi ilə, sadəcə, sanksiyalardan və Rusiya ilə əməkdaşlığa görə məsuliyyətdən yayınan sövdələşməsinin bariz nümunəsi görürük.
"Radarlardan yayınmaq" üçün daha çox ehtimal olunan metodika kimi neftin birbaşa dənizdə Panamax-dan (60-80 min ton su tutumlu) daha böyük tankerlərə ötürülməsini göstərmək olar. Bu zaman, çox güman ki, Rusiya nefti digər növlərlə qarışır. Nəticədə tanker-uterin yük yerində, məsələn, cəmi bir ay əvvəl kəşf edilən və tamamilə qanuni olan hansısa ekzotik Latviya Blend növünün tamamilə leqal partiyası peyda olur.
Bu prosesdən hər kəs tam razıdır. Naməlum alıcılar yalnız naməlum ölkələrin maraqlarını təmin etmir, həm də Rusiya neftini rahatlıqla satır və elə həmin Avropaya göndərirlər. Məsələn, aprel ayında məlum olub ki, bütün tarixi boyu xaricdən xammal alan Hindistan ixracatçıya çevrilib və indi Böyük Britaniyaya neft və dizel yanacağı satır. Eyni zamanda, prosesin bütün iştirakçıları özlərini elə göstərirlər ki, guya, bu xammalın nə olduğunu və haradan meydana çıxdığını başa düşmürlər.
Burada biz təhlil və hekayənin obyektivliyini qorumaq üçün, bəzi məqamlara toxunmalıyıq.
Hal-hazırda Rusiya təchizatçıları məhsullarını 25-30 faiz diskontla satırlar.
Onlar bunu neftimizə tələbatın kəskin şəkildə azaldığı üçün məcburən etmirlər, bununla bağlı heç bir problem yoxdur. Əsas alıcılar istehlakın azaldılması barədə heç düşünmürlər, bu sahədə Rusiyanın həcmlərini (beşinci dünya ixracatçısı) əvəz etmək üçün isə, sadəcə, heç bir şey yoxdur.
Neftçilərimiz Urals markalı neft üçün güzəştə xeyriyyəçiliyə olan sevgilərindən getmirlər. Urals etalon hesab edilən Brent-dən beş-səkkiz dollar geridə qaldıqda bu, standart bazar vəziyyəti hesab olunur. Cari endirim tanker donanmalarının və sığorta şirkətlərinin sahibləri ilə yeni müqavilələr bağlanarkən ortaya çıxan plandankənar xərcləri əhatə etmək üçün lazımdır.
Embarqo hələ tətbiq edilməyib, lakin Avropa və ABŞ bu istiqamətdə daimi məsləhətləşmələr aparır və heç bir hüquqi şəxs arzuolunmaz ruslarla əməkdaşlıqda ittiham olunan şirkətin yalnız böyük itkilərə deyil, ümumiyyətlə, ləğvinə səbəb ola biləcək məhdudiyyətlərlə üzləşmək istəmir. Ona görə də icarəyə verən subyektlər və sığortaçılar naməlum alıcılarla müqavilələrdə təhlükə və mümkün risklər üçün kompensasiya qoyurlar.
Bu, ona görə baş verir ki, Rusiyanın, sadəcə, nə öz tanker donanması, nə də xarici məhdudiyyətlərdən çəkinməməyə təminat verən və sövdələşmələrin yerinə yetirilməsinə zəmanət verə biləcək sığorta şirkətləri yoxdur.
Hələ 2004-cü ildə hökumətin tələbi ilə analiz aparılıb və məlum olub ki, Rusiyada bütün növ yük gəmiləri (çay daşımaları nəzərə alınmadan) - yəni balker, konteyner gəmiləri, quru yük gəmiləri, tankerlər və s. ən azı 600 ədəd çatışmır. Ötən müddət ərzində Uzaq Şərqdə bizim əsas gəmiqayırma müəssisələrimiz canlanıb, lakin onlar əsasən müdafiə sifarişinin yerinə yetirilməsi ilə məşğuldurlar. Ən azı müəyyən irəliləyişin olduğu yeganə istiqamət isə STQ daşıyıcılarının tikintisidir.
Əgər bizim öz tanker donanmamız olsaydı, neftin bugünkü qiymətləri zamanı büdcəyə 40 dollar qiymət qoyan Dövlət, neft treyderlərinin mənfəət vergisi şəklində əlavə və az olmayan ayırmalar ala bilərdi. Həmçinin, bu neçə il ərzində öz sığorta sisteminin yaradılmasına dair prinsipial qərar qəbul edilməməsinin səbəbləri də aydın deyil.
Hər necə olursa olsun, Rusiya neftinə qarşı embarqo tətbiq edilmir və olub-olmayacağı aydın deyil, bazar isə çox gözəl bir sehrli çubuq əldə edib. Bu çubuğun sayəsində tankerlərin ipləri xəritə və lokatorlardan yox olur, Avropa və Asiyaya isə lazımi xammal və yanacaq daxil olur. Bu yaxşıdır, çünki eyni vaxtda Rusiya xəzinəsi də dolur. Pis tərəf isə odur ki, neftin qoxusu olan qızıl çay bütöv bir şəlalə ola bilərdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.