Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Balabanı dünyada tanıdan sənətkarın doğum günüdür

© Photo : courtesy of Alixan SamadovƏlixan Səmədov
Əlixan Səmədov - Sputnik Azərbaycan, 1920, 27.04.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Kamançanın Habili, qaboyun Kamili, qarmonun Aftandili varsa, balabanın da Əlixanı var.
BAKI, 27 aprel — Sputnik. Bu gün balabanı dünya miqyasında tanıdan, tanınmış virtuoz, Xalq artisti Əlixan Səmədovun doğum günüdür. Balabanı köməkçi, dəmkeş musiqi alətindən aparıcı musiqi alətinə çevirən musiqiçi 1964-cü ildə Sumqayıtda dünyaya gəlib.
Əslən Lerik rayonundandır. Orta təhsilini 1979-cu ildə doğulduğu şəhərdə başa vurub. 1979-1982-ci illərdə N.Nərimanov adına mədəniyyət evində qarmon dərnəyinə gedib.
1980-1982-ci illərdə 1 nömrəli Musiqi Məktəbində qaboy dərsləri alıb. Sonra bir il Sumqayıt Kimya Zavodunun musiqi ansamblında işləyib.
O, Azərbaycan musiqi sənətini inkişaf etdirmək məqsədi ilə 1993-cü ildə Türkiyəyə köçüb. Nəfəsli alətləri (balaban, klarnet, qaboy, tütək, zurna, saksafon və xalq çalğı alətlərini (nağara, qoşanağara, dəf, qarmon) böyük bir ustalıqla ifa edən sənətkar balabanı ilə orada böyük dinləyici kütləsi qazanır. İndi onu təkcə Türkiyə yox, dünyanın digər ölkələri də tanıyır, sevə-sevə dinləyir. Dünyada işıq üzü görən yüzdən çox əcnəbi musiqidən ibarət albomda öz ifası ilə yer alıb. "Balaban metodu" kitabının müəllifi olan sənətkar müxtəlif mükafatlara layiq görülüb. Tarixdə ilk dəfə olaraq simfonik orkestrin müşayiəti ilə balabanda simfoniya ifa edən Əlixan bəy balabanı erməniləşdirən yüzlərlə saytı bağladıb. Onun böyük zəhməti sayəsində balaban müasirləşdirilib və dünyaya tanıdılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0