Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bakıda otuz narkotacir tutulub - VİDEO

© AR Ministry of Internal AffairsPolis
Polis - Sputnik Azərbaycan, 1920, 27.04.2022
Abunə olmaq
Onlardan ümumilikdə 29 kiloqram 900 qram heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkarlanıb.
BAKI, 27 aprel — Sputnik. Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən son 20 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 30 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb.
Saxlanılan şəxslərin hər biri barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Onlardan ümumilikdə 29 kiloqram 900 qram heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar olunub.
Əməliyyatlar nəticəsində saxlanılanlardan biri narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan şəxs olub.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslərdən ikisi rayon ərazisində yaşadığı evdə narkotik vasitə istifadəçiləri üçün tiryəkxana təşkil edib. Həmçinin, qeyd edilən dövr ərzində keçirilən profilaktik-nəzarət tərbirləri nəticəsində Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsində yerləşən narkotik vasitə istifadəçilərinin toplaşdığı yarımtikili də nəzarətdə saxlanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Narkotik - Sputnik Azərbaycan, 1920, 27.02.2022
CƏMİYYƏT
Şirvanda narkotacir ələ keçirildi
Xəbər lenti
0