https://sputnik.az/20220427/altmis-bes-yasinda-dovlet-qullugundan-teqaude-cixib-amea-ya-ise-duzelenler-var---akademik-441483168.html
Altmış beş yaşında dövlət qulluğundan təqaüdə çıxıb AMEA-ya işə düzələnlər var - Akademik
Altmış beş yaşında dövlət qulluğundan təqaüdə çıxıb AMEA-ya işə düzələnlər var - Akademik
Sputnik Azərbaycan
Rasim Əliquliyev bildirib ki, sosial müdafiə mexanizmləri dövlət qulluğundakı kimi olsa idi, AMEA-da çalışan işçilər ömürlərinin sonuna kimi iş yerlərindən... 27.04.2022, Sputnik Azərbaycan
2022-04-27T15:37+0400
2022-04-27T15:37+0400
2022-04-27T15:37+0400
təhsil
amea
iclas
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1b/441484976_0:39:1921:1119_1920x0_80_0_0_8b5778ed535928392a9b194de5b2424f.jpg
BAKI, 27 aprel — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizamnaməsində qeyd olunur ki, AMEA dövlət və ali elm təşkilatıdır, mülkiyyəti dövlət mülkiyyətidir, dövlət büdcəsindən maliyyələşdirilir, yəni, dövlət sektoruna aiddir. APA-nın xəbərinə görə, bu sözləri AMEA-nın ümumi yığıncağında akademik Rasim Əliquliyev deyib."Bəs onda dövlət qulluğunda çalışanlara aid olan normativ hüquqi baza niyə tam həcmdə AMEA-ya tətbiq edilmir? Digər tərəfdən, Nizamnaməyə görə AMEA qeyri-kommersiya qurumudursa, bəs onda nə üçün elmi müəssisələrdən, alimlərdən elmi nəticələrin kommersiyalaşmasını, innovativ potensiala malik məhsulların tətbiqini, pul qazanmalarını tələb edirik?", - deyə akademik vurğulayıb.O qeyd edib ki, əməyin ödənilməsi dövlət qulluğunda olduğu kimi olsaydı, istedadlı elmi işçilər, xüsusən də gənclər AMEA-dakı tədqiqat prosesindən uzaqlaşıb yüksək maaşlı işlərə getməzdilər:"Sosial müdafiə mexanizmləri dövlət qulluğundakı kimi olsa idi, AMEA-da çalışan işçilər də könüllü olaraq təqaüdə gedərdilər, ömürlərinin sonuna kimi iş yerlərindən bərk yapışmazdılar. Gənc yaşlarından xarici ölkələrdə fəaliyyət göstərərək təqaüdə çıxan həmkarlarımız 70-80 yaşlarında AMEA-da işə düzəlməyə cəhd etməzdilər. 65 yaşında elmə aidiyyəti olmayan insanlar dövlət qulluğundan təqaüdə çıxıb müxtəlif yollarla AMEA-ya işə düzəlməzdilər".Akademik Asəf Hacıyev isə deyib ki, AMEA-nın institutları il ərzində məqalələrinin sayını artırmalıdır. İnstitutların işçi sayı ilə məqalə sayını müqayisə edəndə ortada böyük bir boşluq yaranır.Onun sözlərinə görə, Azərbaycan alimləri getdikcə beynəlxalq dərəcəli jurnallarda çıxışlar etməli, konfranslara qatılmalıdırlar: "Bu o baxımdan önəmlidir ki, bu dəvətlər müqabilində həmin təşkilatçılar dəvət olunan alimlərə vəsait ödəyir".Qeyd edək ki, aprelin 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında akademiyanın 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan ümumi yığıncağı keçirilib.Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA-nın Rəyasət Heyətinin üzvləri, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının baş və icraçı direktorları, ali təhsil müəssisələrinin rektorları, eləcə də xaricdə yaşayan azərbaycanlı alimlər iştirak ediblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220305/amea-nin-heqiqi-uzvlerinden-7-si-muxbir-uzvlerinden-ise-9-u-qadindir-439859252.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1b/441484976_95:0:1802:1280_1920x0_80_0_0_39a93f9e1d9050dd99b032ae6e0e6e90.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
amea, iclas
Altmış beş yaşında dövlət qulluğundan təqaüdə çıxıb AMEA-ya işə düzələnlər var - Akademik
Rasim Əliquliyev bildirib ki, sosial müdafiə mexanizmləri dövlət qulluğundakı kimi olsa idi, AMEA-da çalışan işçilər ömürlərinin sonuna kimi iş yerlərindən bərk yapışmazdılar.
BAKI, 27 aprel — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizamnaməsində qeyd olunur ki, AMEA dövlət və ali elm təşkilatıdır, mülkiyyəti dövlət mülkiyyətidir, dövlət büdcəsindən maliyyələşdirilir, yəni, dövlət sektoruna aiddir. APA-nın xəbərinə görə, bu sözləri AMEA-nın ümumi yığıncağında akademik Rasim Əliquliyev deyib.
"Bəs onda dövlət qulluğunda çalışanlara aid olan normativ hüquqi baza niyə tam həcmdə AMEA-ya tətbiq edilmir? Digər tərəfdən, Nizamnaməyə görə AMEA qeyri-kommersiya qurumudursa, bəs onda nə üçün elmi müəssisələrdən, alimlərdən elmi nəticələrin kommersiyalaşmasını, innovativ potensiala malik məhsulların tətbiqini, pul qazanmalarını tələb edirik?", - deyə akademik vurğulayıb.
O qeyd edib ki, əməyin ödənilməsi dövlət qulluğunda olduğu kimi olsaydı, istedadlı elmi işçilər, xüsusən də gənclər AMEA-dakı tədqiqat prosesindən uzaqlaşıb yüksək maaşlı işlərə getməzdilər:
"Sosial müdafiə mexanizmləri dövlət qulluğundakı kimi olsa idi, AMEA-da çalışan işçilər də könüllü olaraq təqaüdə gedərdilər, ömürlərinin sonuna kimi iş yerlərindən bərk yapışmazdılar. Gənc yaşlarından xarici ölkələrdə fəaliyyət göstərərək təqaüdə çıxan həmkarlarımız 70-80 yaşlarında AMEA-da işə düzəlməyə cəhd etməzdilər. 65 yaşında elmə aidiyyəti olmayan insanlar dövlət qulluğundan təqaüdə çıxıb müxtəlif yollarla AMEA-ya işə düzəlməzdilər".
Akademik Asəf Hacıyev isə deyib ki, AMEA-nın institutları il ərzində məqalələrinin sayını artırmalıdır. İnstitutların işçi sayı ilə məqalə sayını müqayisə edəndə ortada böyük bir boşluq yaranır.
Onun sözlərinə görə, Azərbaycan alimləri getdikcə beynəlxalq dərəcəli jurnallarda çıxışlar etməli, konfranslara qatılmalıdırlar: "Bu o baxımdan önəmlidir ki, bu dəvətlər müqabilində həmin təşkilatçılar dəvət olunan alimlərə vəsait ödəyir".
Qeyd edək ki, aprelin 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında akademiyanın 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan ümumi yığıncağı keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA-nın Rəyasət Heyətinin üzvləri, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının baş və icraçı direktorları, ali təhsil müəssisələrinin rektorları, eləcə də xaricdə yaşayan azərbaycanlı alimlər iştirak ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.