https://sputnik.az/20220426/vetendas-dn-in-inzibati-binasinin-qarsisinda-ozunu-yandirdi-441460063.html
Vətəndaş DİN-in inzibati binasının qarşısında özünü yandırdı
Vətəndaş DİN-in inzibati binasının qarşısında özünü yandırdı
Sputnik Azərbaycan
Günorta saatlarında orta yaşlı şəxs özünü yandırmağa çalışıb. Polis əməkdaşlarının müdaxiləsi ilə yanğın söndürülüb. Yaralı xəstəxanaya aparılıb. 26.04.2022, Sputnik Azərbaycan
2022-04-26T19:31+0400
2022-04-26T19:31+0400
2022-04-26T19:31+0400
din
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/40962/38/409623853_0:21:1500:865_1920x0_80_0_0_00847bd8be222452fd9e74f830e34ddd.jpg
BAKI, 26 aprel — Sputnik. Daxili İşlər Nazirliyinin (DİN) inzibati binasının qarşısında intihara cəhd olub. Hadisə bu gün günorta saatlarında qeydə alınıb.Belə ki, orta yaşlı şəxs özünü yandırmağa çalışıb. Daha sonra ətrafda olan polis əməkdaşları yanğını söndürüb. Yaralı xəstəxanaya aparılıb.DİN-in Mətbuat Xidmətindən "Report"a bildirilib ki, həmin şəxsin evinin həyətində inşa etdiyi qanunsuz tikili yerli idarəetmə orqanları tərəfindən sökülüb. Vətəndaş da buna etiraz edərək DİN-in inzibati binasının qarşısına gələrək intihara cəhd edib.Xatırladaq ki, bundan öncə Sərxan Cabbarov adlı şəxs Yasamal rayonu ərazisində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin inzibati binasının qarşısına gələrək özünü yandırmağa çalışıb.Nazirliyin mühafizəçiləri həmin şəxsin niyyətini həyata keçirməyə imkan verməyib. Bildirilir ki, Sərxan Cabbarov əlillik dərəcəsi ala bilmədiyi üçün bu addımı atıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40962/38/409623853_160:0:1341:886_1920x0_80_0_0_0980a5640cb7fa1884db7156ff1f0759.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
din
Vətəndaş DİN-in inzibati binasının qarşısında özünü yandırdı
Günorta saatlarında orta yaşlı şəxs özünü yandırmağa çalışıb. Polis əməkdaşlarının müdaxiləsi ilə yanğın söndürülüb. Yaralı xəstəxanaya aparılıb.
BAKI, 26 aprel — Sputnik. Daxili İşlər Nazirliyinin (DİN) inzibati binasının qarşısında intihara cəhd olub. Hadisə bu gün günorta saatlarında qeydə alınıb.
Belə ki, orta yaşlı şəxs özünü yandırmağa çalışıb. Daha sonra ətrafda olan polis əməkdaşları yanğını söndürüb. Yaralı xəstəxanaya aparılıb.
DİN-in Mətbuat Xidmətindən "Report"a bildirilib ki, həmin şəxsin evinin həyətində inşa etdiyi qanunsuz tikili yerli idarəetmə orqanları tərəfindən sökülüb. Vətəndaş da buna etiraz edərək DİN-in inzibati binasının qarşısına gələrək intihara cəhd edib.
Xatırladaq ki, bundan öncə Sərxan Cabbarov adlı şəxs Yasamal rayonu ərazisində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin inzibati binasının qarşısına gələrək özünü yandırmağa çalışıb.
Nazirliyin mühafizəçiləri həmin şəxsin niyyətini həyata keçirməyə imkan verməyib. Bildirilir ki, Sərxan Cabbarov əlillik dərəcəsi ala bilmədiyi üçün bu addımı atıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.