Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Uşaqlarda mənşəyi məlum olmayan hepatitin əlamətləri açıqlanıb

© Sputnik / Валерий Титиевский / Mediabanka keçidUşaq xəstəxanası
Uşaq xəstəxanası  - Sputnik Azərbaycan, 1920, 26.04.2022
Abunə olmaq
Valideynlərin və uşaqlara qayğı göstərən digər şəxslərin hepatitin simptomlarından xəbərdar olması və hər hansı narahatlıqla bağlı tibb işçiləri ilə əlaqə saxlaması xahiş olunur
BAKI, 26 aprel — Sputnik. ABŞ-ın Xəstəliklərə nəzarət və onların qarşısının alınması mərkəzləri (Centers for Disease Control and Prevention – CDC) uşaqlarda naməlum etimologiyalı viruslu hepatitin əlamətlərini açıqlayıb. Hepatitin və ya qaraciyərin iltihabının simptomları arasında qızdırma, halsızlıq, iştahsızlıq, ürəkbulanma, qusma, qarın ağrısı, sidiyin rənginin tündləşməsi, açıq rəngli nəcis, oynaq ağrısı və sarılıq daxildir. Hepatit virus səbəbi ilə inkişaf edə bilər. Adenoviruslar insandan insana yayılır və ən çox tənəffüs xəstəliklərinə səbəb olur, lakin növündən asılı olaraq qastroenterit (mədə və ya bağırsaqların iltihabı), konyunktivit ("qırmızı göz") və sistit (sidik kisəsinin iltihabı) kimi digər xəstəliklərə də səbəb ola bilər.
Tip 41 adenovirus tipik olaraq ishal, qusma və qızdırma şəklində təzahür edir və tez-tez tənəffüs simptomları ilə müşayiət olunur. Adenovirus infeksiyası olan immun çatışmazlığından əziyyət çəkən uşaqlarda hepatit halları ilə bağlı əvvəllər məlumatlar olsa da, sağlam uşaqlarda tip 41 adenovirusun hepatitə səbəbi olduğu barədə məlumatlar yoxdur.
CDC həkimlərdən naməlum etimologiyalı hepatiti olan uşaq xəstələri üçün adenovirus testini nəzərdən keçirmələrini və naməlum etimologiyalı hepatitin mümkün halları barədə CDC və dövlət səhiyyə orqanlarına məlumat vermələrini xahiş edib.
Qeyd edək ki, ötən gün Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi mənşəyi məlum olmayan hepatit virusu ilə bağlı birgə məlumat yayıb. Məlumatda bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata əsasən, Avropa və ABŞ-da uşaqlarda yayılan mənşəyi məlum olmayan hepatit virusuna indiyə qədər 11 ölkədə yoluxma halı aşkarlanıb.
Məlumatda bildirilib ki, Azərbaycanın səhiyyə qurumları tərəfindən respublika ərazisində epidimioloji vəziyyət dərhal araşdırılıb. Nəticələrə əsasən, indiyə qədər Azərbaycanda uşaqlarda mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı aşkarlanmayıb.
Vətəndaşların nəzərinə çatdırılıb ki, respublika ərazisində vəziyyət diqqətlə izlənilir və nəzarət altındadır. Əhaliyə təşvişə düşməmək, lakin profilaktik tədbirlərə, xüsusən adi gigiyena qaydalarına riayət etmək, o cümlədən əllərin tez-tez yuyulması, xəstə insanlarla (asqırma, öskürmə və s. əlamətləri) təmasdan çəkinmək, habelə, çirkli əllərlə gözlərə, buruna və ya ağıza toxunmamaq tövsiyə edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0