https://sputnik.az/20220426/spiker-qurultay-azerbaycanin-cenubi-qafqazin-lider-dovleti-oldugunu-numayis-etdirdi-441442507.html
Spiker: Qurultay Azərbaycanın Cənubi Qafqazın lider dövləti olduğunu nümayiş etdirdi
Spiker: Qurultay Azərbaycanın Cənubi Qafqazın lider dövləti olduğunu nümayiş etdirdi
Sputnik Azərbaycan
Milli Məclisin spikeri Zəfər qurultayını çox maraqlı tərzdə dəyərləndirib. 26.04.2022, Sputnik Azərbaycan
2022-04-26T13:27+0400
2022-04-26T13:27+0400
2022-04-26T13:27+0400
şuşa
qurultay
sahibə qafarova
azərbaycan xəbərləri
azərbaycanlı
cənubi qafqaz
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/19/434571239_0:0:1200:676_1920x0_80_0_0_46a736abfb2737af33d47bcd84c0448d.jpg
BAKI, 26 aprel — Sputnik. Bir neçə gün öncə ölkəmizin və xalqımızın həyatında çox mühüm bir hadisə baş verib. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində dünya azərbaycanlılarının 5-ci qurultayı olub. Hesab edirəm ki, qurultayın 44 günlük Vətən müharibəsinin son döyüşlərinin baş verdiyi bu şəhərdə keçirilməsinin və "Zəfər qurultayı" adı daşımasının dərin rəmzi mənaları var.Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.O qeyd edib ki, qurultay Azərbaycanın Cənubi Qafqazın lider dövləti olduğunu, Azərbaycan xalqının öz sözünü qəbul etdirə bilən mütəşəkkil bir qüvvə kimi formalaşdığını və daim öz dövlətini dəstəklədiyini nümayiş etdirdi. Bu gün Azərbaycan bölgənin geosiyasi və geoiqtisadi mənzərəsini müəyyən edən güc mərkəzi kimi dünyanın diqqətini özünə cəlb edir.Spiker bildirib ki, Prezident İlham Əliyev qurultayda geniş və dərin məzmunlu nitq söyləyib. Deməliyəm ki, cənab Prezidentin hər bir azərbaycanlı, bizim hər birimiz üçün proqram xarakteri daşıyan bu nitqi xalqımızın həyatının mühüm hadisələrinə işıq salıb, qarşıdakı dövr üçün əsas vəzifələri müəyyən edib. Möhtərəm Prezident müzəffər xalqın rəhbəri, qalib dövlətin başçısı kimi bir daha bəyan etdi: "Biz faşizmi məhv etdik. Biz Cənubi Qafqazı faşizmdən xilas etdik...Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz".Sədr son bir həftə ərzində Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı baxımından vacib olan səfər və görüşlər barədə də qısa məlumat verib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220423/susada-dunya-azerbaycanlilarinin-v-qurultayi-basa-catib-441362225.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/19/434571239_80:0:1064:738_1920x0_80_0_0_91630f0c778a90f8044aed92dbbde859.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
şuşa, qurultay, sahibə qafarova, azərbaycanlı, cənubi qafqaz
şuşa, qurultay, sahibə qafarova, azərbaycanlı, cənubi qafqaz
Spiker: Qurultay Azərbaycanın Cənubi Qafqazın lider dövləti olduğunu nümayiş etdirdi
Milli Məclisin spikeri Zəfər qurultayını çox maraqlı tərzdə dəyərləndirib.
BAKI, 26 aprel — Sputnik. Bir neçə gün öncə ölkəmizin və xalqımızın həyatında çox mühüm bir hadisə baş verib. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində dünya azərbaycanlılarının 5-ci qurultayı olub. Hesab edirəm ki, qurultayın 44 günlük Vətən müharibəsinin son döyüşlərinin baş verdiyi bu şəhərdə keçirilməsinin və "Zəfər qurultayı" adı daşımasının dərin rəmzi mənaları var.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, qurultay Azərbaycanın Cənubi Qafqazın lider dövləti olduğunu, Azərbaycan xalqının öz sözünü qəbul etdirə bilən mütəşəkkil bir qüvvə kimi formalaşdığını və daim öz dövlətini dəstəklədiyini nümayiş etdirdi. Bu gün Azərbaycan bölgənin geosiyasi və geoiqtisadi mənzərəsini müəyyən edən güc mərkəzi kimi dünyanın diqqətini özünə cəlb edir.
Spiker bildirib ki, Prezident İlham Əliyev qurultayda geniş və dərin məzmunlu nitq söyləyib. Deməliyəm ki, cənab Prezidentin hər bir azərbaycanlı, bizim hər birimiz üçün proqram xarakteri daşıyan bu nitqi xalqımızın həyatının mühüm hadisələrinə işıq salıb, qarşıdakı dövr üçün əsas vəzifələri müəyyən edib. Möhtərəm Prezident müzəffər xalqın rəhbəri, qalib dövlətin başçısı kimi bir daha bəyan etdi: "Biz faşizmi məhv etdik. Biz Cənubi Qafqazı faşizmdən xilas etdik...
Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz".
Sədr son bir həftə ərzində Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı baxımından vacib olan səfər və görüşlər barədə də qısa məlumat verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.