Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Nazir məcburi köçkün məktəblərində dərs deyən müəllimlərin gələcək taleyi barədə

© Sputnik / Murad OrujovEmin Əmrullayev
Emin Əmrullayev  - Sputnik Azərbaycan, 1920, 26.04.2022
Abunə olmaq
Təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, hazırda kənddə ən çox əmək haqqı alan şəxslər məhz müəllimlərdir.
BAKI, 26 aprel — Sputnik. Təhsil naziri Emin Əmrullayev məcburi köçkün məktəblərində çalışan və azad edilən rayonların sakini olmayan müəllimlərin gələcək taleyinə aydınlıq gətirib.
Nazir "QəbuldASAN" verilişində hazırda məsələ ilə bağlı təhlillər aparıldığını deyib.
Onun sözlərinə görə, artıq azad olunan ərazilərdə məktəb tikintilərinə başlanılıb. İlin sonunadək Şuşa və Ağdamda təhsil müəssisələri istifadəyə veriləcək.
"Müəllimlərin tədris üçün həmin məktəblərə getməsi öz-özlüyündə çətin prosesdir. Həmin ərazilərdəki məktəblər orada yaşayacaq insanlar üçün yaxşı iş imkanı deməkdir. Bir faktı da qeyd edim ki, hazırda kənddə ən çox əmək haqqı alan şəxs də məhz müəllimdir", - nazir deyib.
O əlavə edib ki, hazırkı məcburi köçkün məktəblərində çalışan, ancaq məcburi köçkün olmayan müəllimlərin məsələsinə gəlincə, onlar könüllü şəkildə qayıdıb işləyə bilərlər.
"Bu imkan tanınacaq. Əgər müəllim gedə bilmirsə, yerdəyişmə prosesi var. Həmin müəllimlərin hansısa formada sistemdə qalması üçün imkanlar yaradılacaq. Çünki onlarla müqavilələrimiz var", - deyə E.Əmrullayev əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0