https://sputnik.az/20220426/makronun-yenilenmis-prezidentliyi-azerbaycana-munasibetde-neyi-deyisecek-441458974.html
Makronun yenilənmiş prezidentliyi Azərbaycana münasibətdə nəyi dəyişəcək?
Makronun yenilənmiş prezidentliyi Azərbaycana münasibətdə nəyi dəyişəcək?
Sputnik Azərbaycan
Politoloq Tofiq Abbasov deyir ki, hazırda Azərbaycan-Fransa münasibətləri praqmatik istqamətdə inkişaf edir və Fransanın Azərbaycanda maraqları artır. 26.04.2022, Sputnik Azərbaycan
2022-04-26T21:20+0400
2022-04-26T21:20+0400
2022-04-26T21:20+0400
emmanuel makron
siyasət
fransa
fransa prezidenti emmanuel makron
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1a/441458944_0:255:3072:1983_1920x0_80_0_0_e7e74a17f8058328ab4d0985b3b28833.jpg
BAKI, 26 aprel — Sputnik. Prezident İlham Əliyev Fransa Respublikasının Prezidenti Emmanuel Makrona yenidən prezident seçilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.Xatırladaq ki, prezident seçkilərinin ikinci turunda bülletenlərin 100 %-i hesablandıqdan sonra hazırkı Prezident Emmanuel Makron 58,55 % səs toplayıb.Makronun yenidən prezident seçilməsinin Azərbaycan-Fransa münasibətlərinə təsiri ilə bağlı politoloq Tofiq Abbasov fikirlərini bildirilib.Politoloq Tofiq Abbasov deyib ki, Azərbaycan Makronun ilk prezidentliyi dönəmində çoxlu demoqogiya aktlarının şahidi olub.O bildirib ki, Fransa siyasi dairələri keçmiş Qarabağ münaqişəsi və Ermənistanla olan problemlərə görə siyasi alverə keçirdilər: "Makron özü də bəzi hallarda erməni məsələsinə rəvac verirdi. Təbii ki, bunlar bir çox hallarda seçki öncəsi hazırlıqlarla bağlı idi. Biz bilirik ki, Fransada erməni icmasının fikirləri kifayət qədər təsirə malikdir".Politoloq qeyd edib ki, Fransadakı seçkilərdə erməni əsilli şəxslərin səslərinin əhəmiyyəti çoxdur: "Bu səslər seçkilərin nəticəsinə təsir edə biləcək amillərdəndir. Bununla belə düşünürəm ki, hazırda Azərbaycan-Fransa münasibətləri praqmatik istqamətdə inkişaf edir. Eyni zamanda, bu, Qərbi Avropa ölkəsinin Azərbaycanda maraqları artır".Politoloq hesab edir ki, siyasi dialoq baxımından Azərbaycan və Fransanın aşa bilməyəcəyi sədlər yoxdur: "Biz bunu iki ölkə liderlərinin apardığı danışıqlarda da görürük. Həmin danışıqlarda da praqmatizm meylləri üstünlük təşkil edir. Azərbaycan Prezidentinin yanaşmaları Makron tərəfindən böyük maraqla qarşılanır. O baxımdan münasibətlərimizdə köklü dəyişikliklərin olacağını ehtimal etmirəm".Politoloq əmindir ki, bundan sonra da münasibətlərə fayda gətirəcək xətt davam etdiriləcək və buna həm Azərbaycan, həm də Fransa meyllidirlər.Fransanın 44 günlük Vətən Müharibəsi və post-müharibə dövründəki yanaşmaları arasındakı kəskin fərqə toxunan politoloq vurğulayıb ki, bu ölkənin keçmiş münaqişə ətrafında spekulyasiyalarının olması bəlli idi: "Bu məsələdə çox saylı siyasi qrupların maxinasiyaları var idi. Qələbəmizi təmin etdikdən sonra fakt qarşısında qaldılar ki, güclü dövlət və gücün sahibi Azərbaycandır. Belə olduğu təqdirdə hər bir ölkə istəyər ki, həmin ölkə ilə əlaqələrini daha da genişləndirsin"."Siyasətdə hər şey təkcə mənəvi amillərlə ölçülmür, maddi amillər də öz rolunu oynayır. Fransa əvvəl yanlışlığa yol verdisə də, daha sonra düzgün mövqeyi seçdi. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin biz proseslərdə fəallığını və Azərbaycana qarşı müsbət münasibətini görürük. Nəzərə almalıyıq ki, o, Fransa əsilli bir şəxsdir və bu ölkənin siyasi elitasına yaxınlığı ilə seçilir. Bu baxımdan belə məqamlar önəmlidir. Makron və Mişelin Azərbaycanla bağlı yanaşmaları oxşardır və bilirlər ki, Azərbaycan regionun hər zaman onlarla əməkdaşlığa hazır olan güclü bəndidir" - deyə politoloq fikirlərini tamamlayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220204/azerbaycan-fransa-ermenistan-liderleri-ve-sarl-miselin-istiraki-ile-gorus-kecirilib-438851775.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1a/441458944_250:0:2981:2048_1920x0_80_0_0_edffc49b479e5b1c16e83650ddaef6a4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
emmanuel makron, fransa, fransa prezidenti emmanuel makron
emmanuel makron, fransa, fransa prezidenti emmanuel makron
Makronun yenilənmiş prezidentliyi Azərbaycana münasibətdə nəyi dəyişəcək?
Politoloq Tofiq Abbasov deyir ki, hazırda Azərbaycan-Fransa münasibətləri praqmatik istqamətdə inkişaf edir və Fransanın Azərbaycanda maraqları artır.
BAKI, 26 aprel — Sputnik. Prezident İlham Əliyev Fransa Respublikasının Prezidenti Emmanuel Makrona yenidən prezident seçilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.
Xatırladaq ki, prezident seçkilərinin ikinci turunda bülletenlərin 100 %-i hesablandıqdan sonra hazırkı Prezident Emmanuel Makron 58,55 % səs toplayıb.
Makronun yenidən prezident seçilməsinin Azərbaycan-Fransa münasibətlərinə təsiri ilə bağlı politoloq Tofiq Abbasov fikirlərini bildirilib.
Politoloq Tofiq Abbasov deyib ki, Azərbaycan Makronun ilk prezidentliyi dönəmində çoxlu demoqogiya aktlarının şahidi olub.
O bildirib ki, Fransa siyasi dairələri keçmiş Qarabağ münaqişəsi və Ermənistanla olan problemlərə görə siyasi alverə keçirdilər: "Makron özü də bəzi hallarda erməni məsələsinə rəvac verirdi. Təbii ki, bunlar bir çox hallarda seçki öncəsi hazırlıqlarla bağlı idi. Biz bilirik ki, Fransada erməni icmasının fikirləri kifayət qədər təsirə malikdir".
Politoloq qeyd edib ki, Fransadakı seçkilərdə erməni əsilli şəxslərin səslərinin əhəmiyyəti çoxdur: "Bu səslər seçkilərin nəticəsinə təsir edə biləcək amillərdəndir. Bununla belə düşünürəm ki, hazırda Azərbaycan-Fransa münasibətləri praqmatik istqamətdə inkişaf edir. Eyni zamanda, bu, Qərbi Avropa ölkəsinin Azərbaycanda maraqları artır".
Politoloq hesab edir ki, siyasi dialoq baxımından Azərbaycan və Fransanın aşa bilməyəcəyi sədlər yoxdur: "Biz bunu iki ölkə liderlərinin apardığı danışıqlarda da görürük. Həmin danışıqlarda da praqmatizm meylləri üstünlük təşkil edir. Azərbaycan Prezidentinin yanaşmaları Makron tərəfindən böyük maraqla qarşılanır. O baxımdan münasibətlərimizdə köklü dəyişikliklərin olacağını ehtimal etmirəm".
Politoloq əmindir ki, bundan sonra da münasibətlərə fayda gətirəcək xətt davam etdiriləcək və buna həm Azərbaycan, həm də Fransa meyllidirlər.
Fransanın 44 günlük Vətən Müharibəsi və post-müharibə dövründəki yanaşmaları arasındakı kəskin fərqə toxunan politoloq vurğulayıb ki, bu ölkənin keçmiş münaqişə ətrafında spekulyasiyalarının olması bəlli idi: "Bu məsələdə çox saylı siyasi qrupların maxinasiyaları var idi. Qələbəmizi təmin etdikdən sonra fakt qarşısında qaldılar ki, güclü dövlət və gücün sahibi Azərbaycandır. Belə olduğu təqdirdə hər bir ölkə istəyər ki, həmin ölkə ilə əlaqələrini daha da genişləndirsin".
"Siyasətdə hər şey təkcə mənəvi amillərlə ölçülmür, maddi amillər də öz rolunu oynayır. Fransa əvvəl yanlışlığa yol verdisə də, daha sonra düzgün mövqeyi seçdi. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin biz proseslərdə fəallığını və Azərbaycana qarşı müsbət münasibətini görürük. Nəzərə almalıyıq ki, o, Fransa əsilli bir şəxsdir və bu ölkənin siyasi elitasına yaxınlığı ilə seçilir. Bu baxımdan belə məqamlar önəmlidir. Makron və Mişelin Azərbaycanla bağlı yanaşmaları oxşardır və bilirlər ki, Azərbaycan regionun hər zaman onlarla əməkdaşlığa hazır olan güclü bəndidir" - deyə politoloq fikirlərini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.