Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Kür üzərində dəmir yolu xəttini birləşdirən körpü tikilir

© Photo : APA Kür üzərində dəmir yolu xəttini birləşdirən körpü tikilir
 Kür üzərində dəmir yolu xəttini birləşdirən körpü tikilir - Sputnik Azərbaycan, 1920, 26.04.2022
Abunə olmaq
Körpünün tikintisi zamanı 36 metr uzunluğunda 100-dən artıq svay vurulub. Körpünün inşasında böyük həcmdə dəmir-beton işləri görülüb.
BAKI, 26 aprel — Sputnik.
Kür çayı üzərində Azərbaycanda son yarım əsrin ən böyük dəmir yolu körpüsü inşa edilir. Azərbaycan miqyasında meqalayihə olan dəmir yolu körpüsü Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində tikilir.
Körpünün tikintisi 44 günlük Vətən müharibəsindən sonra aktuallaşıb.
Kür çayı üzərində Ələt-Horadiz-Ağbənd dəmir yolu xəttini birləşdirən körpüdə hazırda iri ölçülü ağır metal konstruksiyaların quraşdırılması işləri həyata keçirilir. Körpü işğaldan azad olunan ərazilərdən keçməklə, paytaxt Bakı ilə Naxçıvan arasında qatar əlaqəsi yaradacaq.
Tikilməkdə olan dəmir yolu körpüsü Ələt-Horadiz-Ağbənd dəmir yolu xəttinin Ələt-Osmanlı xəttində inşa edilir. Paralel olaraq körpüyə birləşəcək yeni dəmir yolu xəttinin çəkilməsi istiqamətində də tikinti işləri görülür - torpaq bərkitmə işləri və dəmir yolu xəttinin torpaq özülü salınır.
Körpünün tikintisi "Azərbaycan Dəmir Yolları" QSC-nin sifarişi ilə "Körpü-Bina-Tikinti" MMC ("KBT" MMC ) tərəfindən aparılır. İnşa olunan yeni körpünün uzunluğu 270,58 metr, eni 5,7 metrdir. 4 aşırımlı körpünün orta aşırımlarının uzunluğu 111,4 metr, kənar aşırımların uzunluğu isə 18,7 metrdir.
Qeyd edək ki, mürəkkəb quruluşa malik dəmir yolu körpüsünün inşasını həyata keçirmək, texnikaların işləməsi üçün müvəqqəti estakada qurulub. Körpünün tikintisinə çoxsaylı avadanlıqlar, kranlar, ağır tonnajlı avtomobillər və ixtisaslı işçi qüvvəsi cəlb olunub.
"Azərbaycan Dəmir Yolları" QSC-nin tikintiyə nəzarət şöbəsinin rəisi Əflan Sadıqlı APA-ya açıqlamasında bildirib ki, körpünün Kür çayı üzərindən keçən hissəsində artıq dəmir-beton işləri yekunlaşıb, montaj işləri davam edir. Bu ilin ikinci rübünün axırında, metal fermaların montaj işləri yekunlaşacaq. Bu işlər sona çatdıqdan sonra mövcud körpünün yenidən qurulması və təmir işlərinə başlanılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Поезд Азербайджанских железных дорог  - Sputnik Azərbaycan, 1920, 30.03.2021
İQTİSADİYYAT
"Azərbaycan Dəmir Yolları"nda və "Bakı Metropoliteni"ndə Müşahidə Şurası yaradıldı
Xəbər lenti
0