CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəncədə "bomba" xəbəri - İcra Hakimiyyəti hədəfə alınıbmış

© Photo : Azerbaijan National Agency for Mine ActionNovxanı bağları ərazisində qazıntı işləri aparılarkən əl qumbarası və mərmi tapılıb
Novxanı bağları ərazisində qazıntı işləri aparılarkən əl qumbarası və mərmi tapılıb - Sputnik Azərbaycan, 1920, 26.04.2022
Abunə olmaq
Şakir Nəbiyev 4 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbsxanaya göndərilib.
BAKI, 26 aprel — Sputnik. Gəncədə polisə yalan məlumat verməkdə təqsirləndirilən Şakir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Qeyd edək ki, ittihama görə, təqsirləndirilən şəxs hüquq mühafizə orqanlarının normal fəaliyyətini pozmaq, gərginlik, vahimə və qorxu hissi yaymaq məqsədilə ötən il iyulun 2-də yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Daxili İşlər Nazirliyinin "102 xidməti"nə zəng edərək Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısına 3, arxa tərəfinə 4, yan tərəfinə 6 ədəd bomba qoymasını və bir saat yarımdan sonra partlayacağını deyərək həqiqətə uyğun olmayan, bilə-bilə yalan məlumat verib.
Ona Cinayət Məcəlləsinin 216-cı (yalan məlumat vermə) maddəsi ilə ittiham verilib.
Xatırladaq ki, buna bənzər hadisə bundan öncə Bakıda baş verib. DİN-in 102 "Zəng Mərkəzi"nə mobil telefondan zəng edib Nərimanov rayonu ərazisindəki "Metro Park" ticarət mərkəzinə bomba qoyulması barədə məlumat verilib.
Dərhal müvafiq tədbirlər görülüb, lakin məlumat təsdiqini tapmayıb. Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs müəyyən edilərək tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0