Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Prezident Sarayının təminatı şöbəsinin müdirinin cəza alması xəbəri yalandır - DİN

© AP Photo / John Lochermoped
moped - Sputnik Azərbaycan, 1920, 26.04.2022
Abunə olmaq
Əvvəl bildirilirdi ki, Sultan Dadaşov adlı vətəndaş moped sürücüsünü döydüyü üçün məhkəmə qarşısında cavab verməli olub.
BAKI, 26 aprel — Sputnik. Prezidentin İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsinin müdiri Sultan Dadaşovun 25 sutka inzibati cəza alması xəbəri yalandır.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Meydan TV-yə müsahibəsində bildirib.
Elşad Hacıyevin sözlərinə görə, Sultan Dadaşov inzibati cəza alması barəsində xəbər həqiqəti əks etdirmir: "Məlumat sosial şəbəkələrdə yayılıb, doğru deyil. Bu barədə hələ heç nə yoxdur, olan kimi məlumat yayacağıq".
Bundan əvvəl yayılan xəbərlərdə bildirilir ki, Bakıda moped sürücünə güc tətbiq edən Sultan Dadaşov məhkəmə qarşısına çıxarılıb.
Məhkəmənin qərarı ilə Sultan Dadaşov barəsində 25 sutka inzibati qaydada həbs qərarı verilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, yayılan görüntülərlə bağlı araşdırma başlanıb.
Xatırladaq ki, sözügedən hadisə ilə bağlı ötün gün sosial şəbəkədə görüntülər yayılıb. "Lexus" markalı, 10 VX 707 dövlət qeydiyyat nişanlı minik avtomobili ona yol verməyən moped sürücüsünü əvvəlcə avtobillə sıxaraq xəsarət yetirib. Daha sonra "Lexus"un sürücüsü Sultan Dadaşov avtomobildən düşərək digər sürücüyə qarşı təhqiredici ifadələr işlədib, fiziki güc nümayiş etdirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rafael Cəbrayılov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.04.2022
CƏMİYYƏT
Mərhum deputatın qardaşı həbs olundu
Xəbər lenti
0