Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycandan elektrik enerjisinin ixracı

Abunə olmaq
Azərbaycandan Aİ-yə elektrik enerjisi ixracının yollarından biri Qara dənizin dibi ilə elektrik xəttlərinin çəkilməsi ola bilər.
Azərbaycandan Avropaya elektrik enerjisinin çatdırılması layihəsi ölkənin enerji sektorunda mühüm vəzifələrdən biridir. Həm də, nəzərə alaq ki, bu cür işlərin uğurlu təcrübəsi artıq mövcuddur. Belə ki, 2019-cu ildə Bakı, Gürcüstan və Türkiyə ərazisindən keçən mövcud elektrik verilişi xəttləri (EVX) vasitəsilə Bolqarıstana elektrik enerjisi ixrac edib. Daha sonra ötürülmə dayandırıldı.
Növbəti layihə Azərbaycan elektrik enerjisinin Rumıniyaya ixracı olub. Bu ilin mart ayında Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Rumıniya nümayəndə heyəti ilə Azərbaycandan, Gürcüstan ərazisindən keçməklə Qara dənizin dibi ilə Rumıniyaya sualtı fiber-optik kabelin çəkilməsi layihəsini müzakirə edib.
Bundan əlavə, Energetika Nazirliyinin rəhbəri bu yaxınlarda Aİ-na Qara dəniz vasitəsilə məhz "yaşıl enerji" tədarükünün mümkünlüyünü açıqlayıb.
Bəzi hissələri dənizin dibindən keçəcək, təxminən, 1500 kilometr elektrik ötürücü xəttlərin tikintisi, şübhəsiz ki, mürəkkəb və kifayət qədər bahalı layihədir. Bunun neçəyə başa gələcəyi ilə bağlı dəqiq rəqəmlər olmasa da, layihə artıq qlobal maliyyə təşkilatları tərəfindən maliyyə dəstəyi alır.
Belə ki, aprelin əvvəlində Şahbazov və Dünya Bankının (DB) missiyasının üzvləri Bakıda əməkdaşlıq üçün yeni imkanları müzakirə ediblər. Digər məsələlərlə yanaşı, Qara dəniz vasitəsilə sualtı elektrik enerjisinin ötürülməsi layihəsinin və "yaşıl" elektrik enerjisinin gələcək nəqli üçün Azərbaycan-Gürcüstan-Rumıniya rəqəmsal əlaqə layihəsinin əhəmiyyəti müzakirə edilib. Layihənin həyata keçirilməsi Dünya Bankı ilə əməkdaşlıq kontekstində nəzərdən keçirilib.
Xəbər lenti
0