https://sputnik.az/20220426/azerbaycanda-15-idmanci-xestexanaliq-oldu---aqta-arasdirmaya-basladi-441435357.html
Azərbaycanda 15 idmançı xəstəxanalıq oldu - AQTA araşdırmaya başladı
Azərbaycanda 15 idmançı xəstəxanalıq oldu - AQTA araşdırmaya başladı
Sputnik Azərbaycan
Təlim-məşq toplanışında iştirak edən müxtəlif bölgələrdən olan 15 nəfər gənc idmançı ürəkbulanma, hərarət və qusma əlamətləri ilə xəstəxanaya yerləşdirilib. 26.04.2022, Sputnik Azərbaycan
2022-04-26T11:21+0400
2022-04-26T11:21+0400
2022-04-26T11:29+0400
azərbaycanda
cəmiyyət
zəhərlənmə
https://cdnn1.img.sputnik.az/img/07e4/08/05/424608704_0:0:3073:1728_1920x0_80_0_0_82dc1ec0787d07b53fe8b2139ed66837.jpg
BAKI, 26 aprel — Sputnik. Aprelin 25-i saat 12 radələrində Göygöl Rayon Mərkəzi Xəstəxanasından 15 nəfər şəxsin dəqiqləşdirilməmiş "qida zəhərlənməsi" diaqnozu ilə müraciət etməsi barədə Göygöl rayon prokurorluğuna məlumat daxil olub.Göygöl rayon prokurorluğundan verilmiş xəbərə görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, cüdo idman növü üzrə Azərbaycan çempionatına hazırlıq məqsədilə Göygöl Rayon Olimpiya İdman Kompleksində təşkil olunmuş təlim-məşq toplanışında iştirak edən müxtəlif bölgələrdən olan 15 nəfər gənc idmançı qeyd edilən tarixdə ürəkbulanma, hərarət və qusma əlamətləri ilə xəstəxanaya müraciət edib, həmin şəxslər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.Zəhərlənmənin hansı səbəbdən baş verməsini müəyyən etmək məqsədilə müvafiq nümunələr götürülərək laborator müayinəyə göndərilib.Faktla bağlı Göygöl rayon prokurorluğunda araşdırma aparılır.Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 15 idmançının qidadan zəhərlənməsi ilə bağlı araşdırmalara başlayıb.AQTA-dan Sputnik Azərbaycan-a bildirilib ki, qeyd edilən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.Xatırladaq ki, bir müddət öncə zəhərlənmə hadisəsi Göyçayda baş vermişdi. Göyçayın Çərəkə kəndində kütləvi zəhərlənmə hadisəsi qeydə alınmışdı. İftar süfrəsinə yığışan tanışlar yedikləri qidalardan zəhərlənmişdilər. Hadisə rayon mərkəzində yerləşən restoranlardan birində baş verib. İftar süfrəsinə yığışan 12 nəfər məclis bitdikdən sonra evlərinə gedib, aprelin 19-na keçən gecə, saat 00:40 radələrində məlum olub ki, həmin 12 nəfərdən 10-da zəhərlənmə halı qeydə alınıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/05/424608704_0:0:2731:2048_1920x0_80_0_0_36c8377665a0cc67d196f54af78a9eaa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
azərbaycanda, zəhərlənmə
Azərbaycanda 15 idmançı xəstəxanalıq oldu - AQTA araşdırmaya başladı
11:21 26.04.2022 (Yenilənib: 11:29 26.04.2022) Təlim-məşq toplanışında iştirak edən müxtəlif bölgələrdən olan 15 nəfər gənc idmançı ürəkbulanma, hərarət və qusma əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
BAKI, 26 aprel — Sputnik. Aprelin 25-i saat 12 radələrində Göygöl Rayon Mərkəzi Xəstəxanasından 15 nəfər şəxsin dəqiqləşdirilməmiş "qida zəhərlənməsi" diaqnozu ilə müraciət etməsi barədə Göygöl rayon prokurorluğuna məlumat daxil olub.
Göygöl rayon prokurorluğundan verilmiş xəbərə görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, cüdo idman növü üzrə Azərbaycan çempionatına hazırlıq məqsədilə Göygöl Rayon Olimpiya İdman Kompleksində təşkil olunmuş təlim-məşq toplanışında iştirak edən müxtəlif bölgələrdən olan 15 nəfər gənc idmançı qeyd edilən tarixdə ürəkbulanma, hərarət və qusma əlamətləri ilə xəstəxanaya müraciət edib, həmin şəxslər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Zəhərlənmənin hansı səbəbdən baş verməsini müəyyən etmək məqsədilə müvafiq nümunələr götürülərək laborator müayinəyə göndərilib.
Faktla bağlı Göygöl rayon prokurorluğunda araşdırma aparılır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 15 idmançının qidadan zəhərlənməsi ilə bağlı araşdırmalara başlayıb.
AQTA-dan Sputnik Azərbaycan-a bildirilib ki, qeyd edilən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, bir müddət öncə zəhərlənmə hadisəsi Göyçayda baş vermişdi. Göyçayın Çərəkə kəndində kütləvi zəhərlənmə hadisəsi qeydə alınmışdı. İftar süfrəsinə yığışan tanışlar yedikləri qidalardan zəhərlənmişdilər. Hadisə rayon mərkəzində yerləşən restoranlardan birində baş verib. İftar süfrəsinə yığışan 12 nəfər məclis bitdikdən sonra evlərinə gedib, aprelin 19-na keçən gecə, saat 00:40 radələrində məlum olub ki, həmin 12 nəfərdən 10-da zəhərlənmə halı qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.