Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azad edilən ərazilərin bərpasına ayrılan vəsaitin necə xərcləndiyi yoxlanılacaq

© Photo : Azerbaijan Highway State Agency Abşeron rayonunda yerləşən palçıq vulkanlarına gedən yolun tikintisi
 Abşeron rayonunda yerləşən palçıq vulkanlarına gedən yolun tikintisi - Sputnik Azərbaycan, 1920, 26.04.2022
Abunə olmaq
Milli Məclisdə Hesablama Palatasının illik hesabatı qəbul edilib. Ötən il 80 milyon manatdan çox maliyyə pozuntuları aşkarlanıb
BAKI, 26 aprel — Sputnik. Milli Məclisdə Hesablama Palatasının illik hesabatı müzakirə olunub.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov hesabatı təqdim edib. O vurğulayıb ki, 2021-ci il Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti ilə əldə edilən zəfərin siyasi-diplomatik müstəvidə möhkəmləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin görülməsi ilə yadda qalıb.
Təqdim olunan hesabatın Hesablama Palatasının fəaliyyətinin 20 illiyinə təsadüf etdiyini deyən Vüqar Gülməmmədov bildirib ki, sənəd "2021-2025-ci illər üzrə Strateji Plan"a uyğun 2021-ci il üçün planlaşdırılmış və icra edilmiş fəaliyyətləri, illik iş planında nəzərdə tutulmuş və həyata keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbirləri və cari fəaliyyətlə bağlı məlumatları əks etdirməklə 7 bölmədən ibarətdir və infoqrafik şəkillərə üstünlük verilməklə yeni dizaynda tərtib olunub.
Hesablama Palatasının sədri, hesabat ilində palatanın nəzarət tədbirlərinin ümumi nəticələrini təqdim edib, auditlərdə kənar dövlət maliyyə nəzarətinin obyekti olan qurumlarda aşkarlanan pozuntuları, həmçinin əhəmiyyətli audit tapıntılarını diqqətə çatdırıb.
Audit aparılacaq
O bildirib ki, işğaldan azad edilən ərazilərin bərpası üçün ayrılan vəsaitlərin auditi aparılacaq. Cari ildə qarşıda duran vacib məsələlərdən biri işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası işlərinə dövlət tərəfindən dəstək tədbirlərinin maliyyə təminatının icraçı qurumlar tərəfindən icrası ilə bağlı auditlər aparılmasıdır.
Ötən il 80 milyon manatdan çox maliyyə pozuntuları aşkarlanıb
Sədr qeyd edib ki, 2021-ci ildə aparılmış nəzarət tədbirləri nəticəsində 80,1 milyon manat maliyyə pozuntuları aşkar edilib. Hesabat ilinin iş planı üzrə başa çatdırılmış kənar dövlət maliyyə nəzarət tədbirlərinin nəticələri əsasında qəbul edilmiş Kollegiya qərarlarına əsasən, pul və natura ifadəsində cəmi 35,7 milyon manat məbləğində vəsaitin bərpası ilə bağlı birbaşa tədbirlər müəyyən edilib.
"Beləliklə, bərpası ilə bağlı qərar qəbul edilmiş 35,7 milyon manatın 86,0%-nin icrası 2021-ci ildə təmin olunub. Qalan 4,9 milyon manatın bərpası ilə bağlı həyata keçiriləcək tədbirlər cari ildə diqqətdə saxlanılmaqla məlumatlar növbəti il hesabata daxil ediləcək", - deyə o bildirib.
Milli Məclisdə Hesablama Palatasının illik hesabatı qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0