CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Yaşıl dərə”nin “Acı dərə”yə axıdılan kanalizasiyası və ya Gənclər şəhərinin üz qarası

© Photo : Vusal MammadovYaşıl dərə massivi
Yaşıl dərə massivi - Sputnik Azərbaycan, 1920, 25.04.2022
Abunə olmaq
Massivdə heç bir tibbi obyekt, aptek yoxdur. Sakinlər deyir ki, “bBaşın ağrısa, şəhərə gedib dərman alıb gəlincə keçib gedəcək”.
BAKI, 25 aprel — Sputnik. Bir vaxtlar “qazovkalar şəhəri” kimi tanınan, hətta beynəlxalq təşkilatlardan bəzilərinin dünyanın ən çirkli şəhərləri sırasına daxil etdiyi Sumqayıt son illərdə nəinki ölkənin, Qafqazın ən müasir şəhərlərindən birinə çevrilib. Sovet dövründən qalan köhnə zavodlar sökülüb, civəli torpaqlar təmizlənib, müasir və ekoloji cəhətdən təmiz işləyən müəssisələr tikilib, şəhərin infrastrukturu əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.
İndi "gənclər şəhəri" təkcə gənc sakinləri, qəbul imtahanlarında 700 bal toplayan abituriyentləri, Avropa, dünya, Olimpiya çempionları, sülh simvolu olan Göyərçini ilə yox, həm də 11 aya ərsəyə gələn, dövlət başçısının “möcüzə” adlandırdığı, Madriddə “İnternational Award for Excellence & Leadership” mükafatına layiq görülən unikal bulvarı ilə də öyünür...
Ancaq bu qədər dinamik dəyişən şəhərin yaşayış massivlərindən biri – yaşıllıqdan heç bir əsər-əlamət olmayan “Yaşıl dərə” adlanan ərazi öz “dünyası”nda yaşayır.
© Photo : Vusal MammadovYaşıl dərə massivi
Yaşıl dərə massivi - Sputnik Azərbaycan, 1920, 24.04.2022
Yaşıl dərə massivi
Ötən əsrin 90-cı illərindən ərazidə məskunlaşma başlasa da, 2000-ci illərdə bu, xüsusilə intensiv xarakter alıb və massiv coğrafiyasını kifayət qədər genişləndirib: Hazırda onun ərazisi cənubdan Ceyranbatan, şərqdən Saray qəsəbəsinə doğru uzanır, şimaldan Sumqayıt şəhərinin məhəllə və mikrorayonları ilə əhatələnir.
Massivdə nə qədər əhalinin yaşadığına dair konkret statistika olmasa da, bu dövr ərzində ərazidə təxminən 5-6 min ev tikilib. Əsasən sənədsiz olan bu evlərin bəzilərinin elektirk kommunikasiya xətlərinin altında yerləşməsi ən ciddi problemlərdən biridir.
***
“Yaşıl dərə”lilər hər gün Bakı-Sumqayıt sürət qatarını yola salır və ya qarşılayırlar - dəmiryolu xətti bu massivin içərisindən keçir, onun 5-10 metrliyində tikilən evlərin davamlı titrəmələr üzündən uzunömürlü olacağı şübhə doğurur.
Şübhəsiz, insanlar heç də kefindən bura köç etməyib, torpaq sahələrinin qiymətinin "ceyran belində" olduğu aydındır. Burada isə sakinlər deyir ki, 5-6 il öncə torpaq sahəsinin 1 "sot"unu (1ar və ya 100 kv.metr) 3000 AZN-ə almaq mümkün olub.
© Photo : Vusal MammadovYaşıl dərə massivi
Yaşıl dərə massivi - Sputnik Azərbaycan, 1920, 24.04.2022
Yaşıl dərə massivi
Rütubətliliyin çox olduğu ərazidə bir çox evlərin aşağı daşları duzlaşmış görünür.
Ərazidə məişət tullantıları üçün konteynerlər yoxdur, zibil daşıyan maşınlar həftədə iki dəfə əraziyə gələrək evlərin qarşısında qoyulmuş tullantıları yığır. Hər bir ev bu xidmətə görə 3 manat ödəniş edir.
Ərazidə kanalizasiya sistemi də yoxdur, əhalinin özünün çəkdiyi xətlər açıq kanala tökülür. Həmin o xətt isə “Acı dərə” adlanan kanala birləşir.
***
...bu yaxınlarda Naxçıvanda idim. Kəndlərin daxilindəki asfalt yolları heyətimiz, təbii olaraq, heyrətlə qarşılayırdı.
© Photo : Vusal MammadovYaşıl dərə massivi
Yaşıl dərə massivi - Sputnik Azərbaycan, 1920, 24.04.2022
Yaşıl dərə massivi
Sumqayıt kimi müasir şəhərin bu böyüklüyündəki yaşayış massivində isə asfalt yoxdur, yağışlı havalarda şəhərə çıxan əhali özü ilə baxil, sellofan paketlər və ya əvəzedici ayaqqabı götürməlidir. Əks halda, ayaqlarındakı palçıqla onların ucqar dağ kəndindən gələn avtobusdan indi düşdüyünü zənn edəcəklər.
***
Ərazidə heç bir sosial infrastruktur da yoxdur. Məktəb, bağça, xəstəxana, tibb məntəqəsi, hətta aptek üçün də şəhərə üz tutmalısan. “Başın ağrıyır, şəhərə gedib dərman alıb gəlincə keçib gedəcək” – deyir sakinlərdən biri. Təcili tibbi yardım maşınlarına ərazini izah etmək üçün isə xüsusi istedad tələb olunur – həm onu çağırandan, həm də sürücüdən.
İdman obyektləri, uşaq əyləncə meydançaları, kitabxana haqqında danışmaq isə yersiz olar... Xaotik şəkildə aparılmış tikinti nəticəsində heç bu cür infrastrukturun qurulması üçün yer də yoxdur. Ancaq ümid edək ki, yaxınlıqdakı boş ərazilərdə bu cür obyektlər tezliklə tikiləcək. Böyük market, aptek, idman və uşaq-əyləncə kompleksləri burda olduqca rentabelli işləyə bilər – çünki istehlakçı yaxınlıqdadır. Sosial infrastruktur barədə isə yəqin ki, müvafiq qurumlar düşünməli olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0