https://sputnik.az/20220425/seudiyye-sahzadeleri-maliyye-problemleri-uzunden-yaxtalarini-satir-441390836.html
Səudiyyə şahzadələri maliyyə problemləri üzündən yaxtalarını satır
Səudiyyə şahzadələri maliyyə problemləri üzündən yaxtalarını satır
Sputnik Azərbaycan
Bildirilir ki, şahzadələri bu tədbirlərə vadar edən vergiləri və əmlakın saxlanması, həmçinin təyyarə və gəmilərin parklanması xərclərini ödəmək... 25.04.2022, Sputnik Azərbaycan
2022-04-25T08:38+0400
2022-04-25T08:38+0400
2022-04-25T08:38+0400
dünya xəbərləri
şahzadə
səudiyyə ərəbistanı
kral
vəliəhd
əmlak
yaxta
https://cdnn1.img.sputnik.az/img/07e5/05/19/427038041_0:217:3073:1945_1920x0_80_0_0_0843d5a4d5746cebceb3e5d7903d72ef.jpg
BAKI, 25 aprel - Sputnik. Səudiyyə Ərəbistanında hakim sülalədən olan bəzi şahzadələr maliyyə problemlərinə görə ABŞ və Avropada daşınmaz əmlak və yaxtalarını satırlar. Bu barədə RİA Novosti "Wall Street Journal"a istinadən məlumat yayıb.Qəzetin mənbələrinə görə, vəliəhd şahzadə Məhəmməd bin Salmanın "qeyri-adi bədxərclik vərdişlərinə istifadə etdiyi bir çox pul mənbələrini kəsdiyi" üçün şahzadələr Səudiyyə Ərəbistanı xaricindəki aktivlərindən xilas olurlar.Məcmuə yazır ki, onlar son illər ərzində dəyəri 600 milyon dollardan çox olan daşınmaz əmlak, yaxta və sənət əsərləri satıblar.Nəşrin mənbələri iddia edirlər ki, şahzadələrə bu pullar vergiləri və əmlakın saxlanması, həmçinin təyyarə və gəmilərin parklanması xərclərini ödəmək üçün lazımdır.Bildirilir ki, bəzi hallarda kral sülaləsinin üzvləri vəliəhdin çox diqqətini cəlb etməmək üçün “daha az dəbdəbəli aktivlərə” sahib olmaq istəyi nümayiş etdirirlər.O da bildirilir ki, əvvəllər Səudiyyə kəşfiyyatına rəhbərlik etmiş şahzadə Bəndər bin Sultan 2021-ci ildə İngiltərədəki mülkünü 155 milyon dollara satıb.Mənbələrdən biri onu da deyib ki, “bBu insanlar işləmir, onların nəhəng işçi heyətləri var və onlar (Vəliəhd Şahzadə Məhəmməddən – red.) qorxurlar”.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/19/427038041_0:0:2731:2048_1920x0_80_0_0_e50cabf3a3233cd24483b03b845e3d61.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şahzadə, səudiyyə ərəbistanı, kral, vəliəhd, əmlak, yaxta
şahzadə, səudiyyə ərəbistanı, kral, vəliəhd, əmlak, yaxta
Səudiyyə şahzadələri maliyyə problemləri üzündən yaxtalarını satır
Bildirilir ki, şahzadələri bu tədbirlərə vadar edən vergiləri və əmlakın saxlanması, həmçinin təyyarə və gəmilərin parklanması xərclərini ödəmək məcburiyyətidir.
BAKI, 25 aprel - Sputnik. Səudiyyə Ərəbistanında hakim sülalədən olan bəzi şahzadələr maliyyə problemlərinə görə ABŞ və Avropada daşınmaz əmlak və yaxtalarını satırlar. Bu barədə RİA Novosti "Wall Street Journal"a istinadən məlumat yayıb.
Qəzetin mənbələrinə görə, vəliəhd şahzadə Məhəmməd bin Salmanın "qeyri-adi bədxərclik vərdişlərinə istifadə etdiyi bir çox pul mənbələrini kəsdiyi" üçün şahzadələr Səudiyyə Ərəbistanı xaricindəki aktivlərindən xilas olurlar.
Məcmuə yazır ki, onlar son illər ərzində dəyəri 600 milyon dollardan çox olan daşınmaz əmlak, yaxta və sənət əsərləri satıblar.
Nəşrin mənbələri iddia edirlər ki, şahzadələrə bu pullar vergiləri və əmlakın saxlanması, həmçinin təyyarə və gəmilərin parklanması xərclərini ödəmək üçün lazımdır.
Bildirilir ki, bəzi hallarda kral sülaləsinin üzvləri vəliəhdin çox diqqətini cəlb etməmək üçün “daha az dəbdəbəli aktivlərə” sahib olmaq istəyi nümayiş etdirirlər.
O da bildirilir ki, əvvəllər Səudiyyə kəşfiyyatına rəhbərlik etmiş şahzadə Bəndər bin Sultan 2021-ci ildə İngiltərədəki mülkünü 155 milyon dollara satıb.
Mənbələrdən biri onu da deyib ki, “bBu insanlar işləmir, onların nəhəng işçi heyətləri var və onlar (Vəliəhd Şahzadə Məhəmməddən – red.) qorxurlar”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.