https://sputnik.az/20220425/sabahdan-bakida-yeni-marsrut-xetti-acilir-441409652.html
Sabahdan Bakıda yeni marşrut xətti açılır
Sabahdan Bakıda yeni marşrut xətti açılır
Sputnik Azərbaycan
Aprelin 26-dan fəaliyyətə başlayacaq 9 nömrəli müntəzəm marşrut xətti 10 min nəfərdən artıq sərnişinin ictimai nəqliyyata olan tələbatını əhəmiyyətli dərəcədə... 25.04.2022, Sputnik Azərbaycan
2022-04-25T14:56+0400
2022-04-25T14:56+0400
2022-04-25T14:56+0400
azərbaycan xəbərləri
nəqliyyat
bakı nəqliyyat agentliyi
avtobus
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1d/426091849_139:0:1890:985_1920x0_80_0_0_dc75058a951b2c50e7dfad29a0d8b94a.jpg
BAKI, 25 aprel — Sputnik. Bakı şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi tərəfindən yeni 9 nömrəli şəhərdaxili müntəzəm marşrut təşkil edilib.Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat verib.Aprelin 26-dan fəaliyyətə başlayacaq 9 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Yasamal yaşayış kompleksi (MİDA) və "Kristal Abşeron" yaşayış kompleksi, "İnşaatçılar" və "20 Yanvar" metro stansiyaları, son dayanacaq məntəqəsi "Nəriman Nərimanov" metro stansiyası olmaqla, hərəkət edəcəklər.Məlumata görə, çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq təşkil edilən marşrut xətti üzrə sərnişindaşımalar müasir və komfortlu iritutumlu avtobuslar ilə yerinə yetiriləcək: "Marşrut xətti üzrə gediş haqqı 0,30 manat təşkil edir və ödəniş nağdsız formada - "BakıKart"la olacaq.Yeni marşrut xəttinin təşkili sosial kompleksdə, eləcə də ətraf ərazilərdə yaşayan təxminən 10 min nəfərdən artıq sərnişinin ictimai nəqliyyata olan tələbatını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220412/bna-qurumda-askarlanan-qanunsuzluqlara-aydinliq-getirib-441043689.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1d/426091849_358:0:1671:985_1920x0_80_0_0_9061c03e27432449121762e39cbd9ef9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nəqliyyat, bakı nəqliyyat agentliyi, avtobus
nəqliyyat, bakı nəqliyyat agentliyi, avtobus
Sabahdan Bakıda yeni marşrut xətti açılır
Aprelin 26-dan fəaliyyətə başlayacaq 9 nömrəli müntəzəm marşrut xətti 10 min nəfərdən artıq sərnişinin ictimai nəqliyyata olan tələbatını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.
BAKI, 25 aprel — Sputnik. Bakı şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi tərəfindən yeni 9 nömrəli şəhərdaxili müntəzəm marşrut təşkil edilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat verib.
Aprelin 26-dan fəaliyyətə başlayacaq 9 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Yasamal yaşayış kompleksi (MİDA) və "Kristal Abşeron" yaşayış kompleksi, "İnşaatçılar" və "20 Yanvar" metro stansiyaları, son dayanacaq məntəqəsi "Nəriman Nərimanov" metro stansiyası olmaqla, hərəkət edəcəklər.
Məlumata görə, çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq təşkil edilən marşrut xətti üzrə sərnişindaşımalar müasir və komfortlu iritutumlu avtobuslar ilə yerinə yetiriləcək: "Marşrut xətti üzrə gediş haqqı 0,30 manat təşkil edir və ödəniş nağdsız formada - "BakıKart"la olacaq.
Yeni marşrut xəttinin təşkili sosial kompleksdə, eləcə də ətraf ərazilərdə yaşayan təxminən 10 min nəfərdən artıq sərnişinin ictimai nəqliyyata olan tələbatını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.