https://sputnik.az/20220425/rusiya-sq-kiyeve-qerb-silahlarinin-catdirilmasi-ucun-yarimstansiyalari-mehv-edib-441430475.html
Qərb silahlarının çatdırılması üçün yarımstansiyalar məhv edilib - Rusiya MN
Qərb silahlarının çatdırılması üçün yarımstansiyalar məhv edilib - Rusiya MN
Sputnik Azərbaycan
Polşa Ukraynaya tanklar verməsi barədə xəbərlər yayılıb. Bu barədə "Polsat" telekanalının efirində respublikanın baş naziri Mateuş Moravetski xəbər verib. 25.04.2022, Sputnik Azərbaycan
2022-04-25T22:41+0400
2022-04-25T22:41+0400
2022-04-25T22:42+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
iqor konaşenkov
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1b/440491043_0:0:2555:1438_1920x0_80_0_0_2148ee0a6890b4d5a1528ffbeb6fae1a.jpg
BAKI, 25 aprel - Sputnik. Rusiya qoşunları Ukrayna dəmir yollarında Qərbin Kiyevə silah göndərdiyi uzaqmənzilli dəqiq silahlarla altı yarımstansiyanı məhv edib. RİA Novosti-nin xəbərinə görə, bunu bazar ertəsi Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov deyib.“Uzun mənzilli yüksək dəqiqlikli silahlar “Krasnoe”, “Zdolbunov”, “Jmerinka”, “Berdiçev”, “Kovel” və “Korosten” dəmir yolu stansiyalarının ərazilərində altı dartma yarımstansiyasını məhv edib”, - deyə Konaşenkov bildirib.O, aydınlaşdırıb ki, bu məntəqələr vasitəsilə Donbasdakı Ukrayna qoşun qrupuna xarici silah və hərbi texnikasının çatdırılması həyata keçirilir.Bundan əlavə, gün ərzində Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin və milli batalyonların canlı qüvvəsi və texnikasının toplandığı on rayonu raketlərlə vurub:"Daha 76 belə yer Rusiya Aerokosmik Qüvvələrinin əməliyyat-taktiki və ordu aviasiyası tərəfindən vurulub. Dörd komanda məntəqəsi və iki yanacaq anbarı da məhv edilib. Ukraynanın 27 hərbi obyekti yüksək dəqiqlikli havadan buraxılan raketlərlə vurulub".Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220425/polsa-ukraynaya-tanklar-verib-441430024.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1b/440491043_165:0:2437:1704_1920x0_80_0_0_e85df935e2f3ee6097b9bcc57d44aea7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna, iqor konaşenkov, rusiya
ukrayna, iqor konaşenkov, rusiya
Qərb silahlarının çatdırılması üçün yarımstansiyalar məhv edilib - Rusiya MN
22:41 25.04.2022 (Yenilənib: 22:42 25.04.2022) Polşa Ukraynaya tanklar verməsi barədə xəbərlər yayılıb. Bu barədə "Polsat" telekanalının efirində respublikanın baş naziri Mateuş Moravetski xəbər verib.
BAKI, 25 aprel - Sputnik. Rusiya qoşunları Ukrayna dəmir yollarında Qərbin Kiyevə silah göndərdiyi uzaqmənzilli dəqiq silahlarla altı yarımstansiyanı məhv edib. RİA Novosti-nin xəbərinə görə, bunu bazar ertəsi Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov deyib.
“Uzun mənzilli yüksək dəqiqlikli silahlar “Krasnoe”, “Zdolbunov”, “Jmerinka”, “Berdiçev”, “Kovel” və “Korosten” dəmir yolu stansiyalarının ərazilərində altı dartma yarımstansiyasını məhv edib”, - deyə Konaşenkov bildirib.
O, aydınlaşdırıb ki, bu məntəqələr vasitəsilə Donbasdakı Ukrayna qoşun qrupuna xarici silah və hərbi texnikasının çatdırılması həyata keçirilir.
Bundan əlavə, gün ərzində Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin və milli batalyonların canlı qüvvəsi və texnikasının toplandığı on rayonu raketlərlə vurub:
"Daha 76 belə yer Rusiya Aerokosmik Qüvvələrinin əməliyyat-taktiki və ordu aviasiyası tərəfindən vurulub. Dörd komanda məntəqəsi və iki yanacaq anbarı da məhv edilib. Ukraynanın 27 hərbi obyekti yüksək dəqiqlikli havadan buraxılan raketlərlə vurulub".
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.