https://sputnik.az/20220425/polsa-ukraynaya-tanklar-verib-441430024.html
Polşa Ukraynaya tanklar verib
Polşa Ukraynaya tanklar verib
Sputnik Azərbaycan
Bir müddət əvvəl ABŞ hökuməti son hərbi yardım paketində Ukraynaya tədarük etdiyi silahların siyahısını genişləndirib. 25.04.2022, Sputnik Azərbaycan
2022-04-25T22:25+0400
2022-04-25T22:25+0400
2022-04-25T22:29+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
polşa
tank
ukrayna
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/04/19/441430258_0:0:3077:1731_1920x0_80_0_0_3e8f316f7810d8f1aa746cf99fc1c011.jpg
BAKI, 25 aprel - Sputnik. Polşa Ukraynaya tankları təhvil verib. RİA Novosti xəbər verir ki, bu barədə "Polsat" telekanalının efirində respublikanın baş naziri Mateuş Moravetski bildirib.Polşanın Ukraynaya tank köçürməsi ilə bağlı suala Moravecski belə cavab verib: “Bəli”.Məsələnin digər təfərrüatları barədə məlumat açıqlanmayıb.Qeyd edək ki, bir qədər əvvəl Polşadan T-72 tankları və və BMP-1-lərin Ukraynaya göndərildiyi barədə xəbər verilmişdi.Kanada Hərbi Dəniz Qüvvələrinin ehtiyatlarından Ukraynaya gəmi əleyhinə raketlərin tədarükünün mümkünlüyü müzakirə edilirdi.Almaniya 50 köhnə “Leopard-1” tankını Ukrayna Silahlı Qüvvələrinə vermək qərarına gəlib və ukraynalı nasistlər bunu İkinci Dünya Müharibəsində vermaxt məğlubiyyətinin qisası kimi görürlər.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/19/441430258_0:0:2729:2047_1920x0_80_0_0_2f90ce87bdd9ca2504037d02e7acd33d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
polşa, tank, ukrayna, rusiya
polşa, tank, ukrayna, rusiya
Polşa Ukraynaya tanklar verib
22:25 25.04.2022 (Yenilənib: 22:29 25.04.2022) Bir müddət əvvəl ABŞ hökuməti son hərbi yardım paketində Ukraynaya tədarük etdiyi silahların siyahısını genişləndirib.
BAKI, 25 aprel - Sputnik. Polşa Ukraynaya tankları təhvil verib. RİA Novosti xəbər verir ki, bu barədə "Polsat" telekanalının efirində respublikanın baş naziri Mateuş Moravetski bildirib.
Polşanın Ukraynaya tank köçürməsi ilə bağlı suala Moravecski belə cavab verib: “Bəli”.
Məsələnin digər təfərrüatları barədə məlumat açıqlanmayıb.
Qeyd edək ki, bir qədər əvvəl Polşadan T-72 tankları və və BMP-1-lərin Ukraynaya göndərildiyi barədə xəbər verilmişdi.
Kanada Hərbi Dəniz Qüvvələrinin ehtiyatlarından Ukraynaya gəmi əleyhinə raketlərin tədarükünün mümkünlüyü müzakirə edilirdi.
Almaniya 50 köhnə “Leopard-1” tankını Ukrayna Silahlı Qüvvələrinə vermək qərarına gəlib və ukraynalı nasistlər bunu İkinci Dünya Müharibəsində vermaxt məğlubiyyətinin qisası kimi görürlər.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.