SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident Rusiya XİN-in xüsusi nümayəndəsini qəbul edib

© Official website of President of Azerbaijan Republicİlham Əliyev aprelin 25-də Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib
İlham Əliyev aprelin 25-də Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib - Sputnik Azərbaycan, 1920, 25.04.2022
Abunə olmaq
Prezident İlham Əliyev bu gün Bakıda səfərdə olan Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb.
BAKI, 25 aprel — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, bu il fevralın 24-də Vaşinqton və Paris ATƏT-in Minsk Qrupunun həmsədrlərinin "üçlüyü" çərçivəsində Moskva ilə bütün təmasları dayandırıb.
Onun sözlərinə görə, Cənubi Qafqazdakı real vəziyyət danışıqlarda fasiləyə imkan vermir: "Birləşmiş Ştatlar və Fransa həmsədr kimi əməkdaşlığı dayandırdıqlarına görə regionda uzunmüddətli sülh və sabitliyin bərpası üçün əlavə ardıcıl addımlar tələb olunur".
Bununla əlaqədar olaraq, xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev öz işini yeni vəzifədə, yəni Rusiya Federasiyası xarici işlər nazirinin Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi kimi davam etdirəcək.
Mariya Zaxarovanın sözlərinə görə, Xovayevin əsas vəzifələrindən biri sülh sazişinin hazırlanmasında azərbaycanlı və erməni tərəfdaşlara kömək etməkdir.
Xatırladaq ki, xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev aprelin 14-də Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi təyin olunub.
“Xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev öz işini yeni vəzifədə davam etdirəcək. O, diqqətini Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasına yönəldəcək. Biz Bakı ilə Yerevandakı müttəfiqlərimiz və tərəfdaşlarımızın Xovayevin səylərinə dəstək verilməsinə ümid edirik”, - Zaxarova deyib.
Rəsmi Moskva 2021-ci ilin iyul ayında ATƏT-in Minsk Qrupundakı rusiyalı həmsədri İqor Popovu diplomat İqor Xovayevlə əvəz etmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0