https://sputnik.az/20220425/peyvendleme-ucun-yeniden-siyahi-hazirlanir-441325327.html
Peyvəndləmə üçün yenidən siyahı hazırlanır
Peyvəndləmə üçün yenidən siyahı hazırlanır
Sputnik Azərbaycan
Səhiyyə naziri Teymur Musayev "İmmunlaşdırma həftəsi" keçirilməsi ilə bağlı sənəd imzalayıb. 25.04.2022, Sputnik Azərbaycan
2022-04-25T10:19+0400
2022-04-25T10:19+0400
2022-04-25T10:26+0400
peyvənd
səhiyyə
azərbaycan səhiyyə nazirliyi
covid-19
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0f/435197542_0:182:3273:2023_1920x0_80_0_0_4643c986cb1f49991813a8a09e0429f1.jpg
BAKI, 25 aprel — Sputnik. Planlı peyvəndləmədən kənarda qalan uşaqların siyahıları hazırlanır. Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena Epidemiologiya Mərkəzinin şöbə müdiri Aygün İsmayılova deyib.Onun sözlərinə görə, hər il olduğu kimi bu il də ölkədə aprel ayının sonuncu həftəsində "İmmunlaşdırma həftəsi" keçirilir:"İmmunlaşdırma proqramı dövlət tərəfindən dəstəklənir və peyvəndlərlə idarə olunan xəstəliklərin azalmasına yönəlib. Səhiyyə naziri Teymur Musayevin 24-30 apreldə respublikanın bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi" keçirilməsi ilə bağlı imzaladığı sənədə əsasən, ölkənin tibb idarə və müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar və tövsiyələr verilib. Hazırda uşaqlar arasında profilaktik peyvəndlər nazirlik tərəfindən təsdiq olunmuş Milli Peyvənd Təqviminə əsasən həyata keçirilir. Yaşadığı ərazi üzrə poliklinikalarda 2 aylığından 6 yaşa qədər uşaqlar sahə həkimi tərəfindən müayinədən keçərək, onların təqvimə uyğun profilaktik peyvəndlənmələri aparılır".Şöbə müdiri qeyd edib ki, immunlaşdırma sayəsində hər il milyonlarla uşaq ciddi xəstəlik və ölümdən xilas olunur: Azərbaycanda qəbul olunmuş peyvənd təqviminə uyğun olaraq, uşaqları əhatə edən 11 yoluxucu xəstəliyə qarşı planlaşdırılmış peyvənd tədbirləri həyata keçirilir. Ölkə ərazisindəki vaksinasiya işi ilə məşğul olan tibb müəssisələri vaksin və peyvənd materialları ilə tam təmin edilir. Eyni zamanda, Gigiyena və Epidemiologiya Mərkəzləri (GEM) tərəfindən mütəmadi olaraq peyvənd işi və soyuq zəncir sisteminə nəzarət olunur."Ümumilikdə respublika üzrə immunoprofilaktika tədbirlərinin kifayət qədər səmərəli səviyyədə həyata keçirilməsinə baxmayaraq, 2021-ci ilin yekunlarına əsasən, Yevlax, Yardımlı, Ucar, Göygöl, Qobustan, İmişli rayonlarında və Mingəçevir, Naftalan şəhərlərində yerinə yetirilmə göstəricisinin aşağı olması müşahidə olunub. Bu səbəbdən həmin rayon və şəhərlərdə Respublika GEM-nin mütəxəssisləri tərəfindən "İmmunlaşdırma həftəsi" çərçivəsində ÜST-nin dəstəyi ilə monitorinq və treninqlərin keçirilməsi nəzərdə tutulub", - Aygün İsmayılova deyib.Nazirlik rəsmisi əlavə edib ki, tibb müəssisələrində vaksin və peyvənd materiallarının tam təminatı təşkil edilir: "İmmunlaşdırma həftəsi" zamanı peyvəndlərin vacibliyi və təhlükəsizliyi barədə davamlı olaraq əhali qrupları maarifləndiriləcək. COVID-19 infeksiyasına görə epidemioloji vəziyyət nəzərə alınaraq, uşaqların immunlaşdırması növbəlilik əsasında olunması nəzərdə tutulur. Müəyyən müddət ərzində müxtəlif səbəblərdən peyvəndlənmədən kənarda qalan uşaqların planlı vaksinasiyaya cəlb olunması "İmmunlaşdırma həftəsi"nin əsas məqsədlərindəndir:"Kampaniya çərçivəsində hər bir tibb müəssisəsi tərəfindən onların siyahıları hazırlanılır və immunlaşdırmaya cəlb olunması planlaşdırılır".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220301/bas-infeksionist--peyvend-cedveline-o-cumleden-illik-qrip-peyvendine-laqeyd-yanasmayin--439726302.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0f/435197542_267:0:2998:2048_1920x0_80_0_0_22c3d3666ed50f0f1711580123b30ad6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
peyvənd, azərbaycan səhiyyə nazirliyi, covid-19
peyvənd, azərbaycan səhiyyə nazirliyi, covid-19
Peyvəndləmə üçün yenidən siyahı hazırlanır
10:19 25.04.2022 (Yenilənib: 10:26 25.04.2022) Səhiyyə naziri Teymur Musayev "İmmunlaşdırma həftəsi" keçirilməsi ilə bağlı sənəd imzalayıb.
BAKI, 25 aprel — Sputnik. Planlı peyvəndləmədən kənarda qalan uşaqların siyahıları hazırlanır. Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena Epidemiologiya Mərkəzinin şöbə müdiri Aygün İsmayılova deyib.
Onun sözlərinə görə, hər il olduğu kimi bu il də ölkədə aprel ayının sonuncu həftəsində "İmmunlaşdırma həftəsi" keçirilir:
"İmmunlaşdırma proqramı dövlət tərəfindən dəstəklənir və peyvəndlərlə idarə olunan xəstəliklərin azalmasına yönəlib. Səhiyyə naziri Teymur Musayevin 24-30 apreldə respublikanın bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi" keçirilməsi ilə bağlı imzaladığı sənədə əsasən, ölkənin tibb idarə və müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar və tövsiyələr verilib. Hazırda uşaqlar arasında profilaktik peyvəndlər nazirlik tərəfindən təsdiq olunmuş Milli Peyvənd Təqviminə əsasən həyata keçirilir. Yaşadığı ərazi üzrə poliklinikalarda 2 aylığından 6 yaşa qədər uşaqlar sahə həkimi tərəfindən müayinədən keçərək, onların təqvimə uyğun profilaktik peyvəndlənmələri aparılır".
Şöbə müdiri qeyd edib ki, immunlaşdırma sayəsində hər il milyonlarla uşaq ciddi xəstəlik və ölümdən xilas olunur: Azərbaycanda qəbul olunmuş peyvənd təqviminə uyğun olaraq, uşaqları əhatə edən 11 yoluxucu xəstəliyə qarşı planlaşdırılmış peyvənd tədbirləri həyata keçirilir. Ölkə ərazisindəki vaksinasiya işi ilə məşğul olan tibb müəssisələri vaksin və peyvənd materialları ilə tam təmin edilir. Eyni zamanda, Gigiyena və Epidemiologiya Mərkəzləri (GEM) tərəfindən mütəmadi olaraq peyvənd işi və soyuq zəncir sisteminə nəzarət olunur.
"Ümumilikdə respublika üzrə immunoprofilaktika tədbirlərinin kifayət qədər səmərəli səviyyədə həyata keçirilməsinə baxmayaraq, 2021-ci ilin yekunlarına əsasən, Yevlax, Yardımlı, Ucar, Göygöl, Qobustan, İmişli rayonlarında və Mingəçevir, Naftalan şəhərlərində yerinə yetirilmə göstəricisinin aşağı olması müşahidə olunub. Bu səbəbdən həmin rayon və şəhərlərdə Respublika GEM-nin mütəxəssisləri tərəfindən "İmmunlaşdırma həftəsi" çərçivəsində ÜST-nin dəstəyi ilə monitorinq və treninqlərin keçirilməsi nəzərdə tutulub", - Aygün İsmayılova deyib.
Nazirlik rəsmisi əlavə edib ki, tibb müəssisələrində vaksin və peyvənd materiallarının tam təminatı təşkil edilir: "İmmunlaşdırma həftəsi" zamanı peyvəndlərin vacibliyi və təhlükəsizliyi barədə davamlı olaraq əhali qrupları maarifləndiriləcək. COVID-19 infeksiyasına görə epidemioloji vəziyyət nəzərə alınaraq, uşaqların immunlaşdırması növbəlilik əsasında olunması nəzərdə tutulur. Müəyyən müddət ərzində müxtəlif səbəblərdən peyvəndlənmədən kənarda qalan uşaqların planlı vaksinasiyaya cəlb olunması "İmmunlaşdırma həftəsi"nin əsas məqsədlərindəndir:
"Kampaniya çərçivəsində hər bir tibb müəssisəsi tərəfindən onların siyahıları hazırlanılır və immunlaşdırmaya cəlb olunması planlaşdırılır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.