https://sputnik.az/20220425/hem-aktrisa-hem-de-bir-ana-kimi-xosbextem---hemide-omerovanin-yubileyidir-441375429.html
"Həm aktrisa, həm də bir ana kimi xoşbəxtəm" - Həmidə Ömərovanın yubileyidir
"Həm aktrisa, həm də bir ana kimi xoşbəxtəm" - Həmidə Ömərovanın yubileyidir
Sputnik Azərbaycan
Azərbaycanın tanınmış aktrisası yubileyində yaradıcılığı və şəxsi həyatı ilə bağlı bir çox faktları Sputnik Azərbaycan-a açıqlayıb. 25.04.2022, Sputnik Azərbaycan
2022-04-25T10:01+0400
2022-04-25T10:01+0400
2022-04-25T10:01+0400
aktrisa
mədəniyyət
yubiley
https://cdnn1.img.sputnik.az/img/42115/39/421153903_0:276:1080:884_1920x0_80_0_0_591eec38dbf4a12097c389d8b4cca07c.jpg
BAKI, 25 aprel — Sputnik. Xalq artisti Həmidə Ömərova Azərbaycan kinosunun ən gözəl aktrisalarından biri olub və indi də belədir. Bu il aprelin 25-də aktrisanın 65 yaşı tamam olur. Bir çox həmkarlarından fərqli olaraq o, pərəstişkarlarını yeni rollarla sevindirmək üçün fəaliyyətini davam etdirir.Gələcək kino ulduzu xarici dil müəllimləri ailəsində anadan olubOnun valideynləri eyni universitetdə oxuyarkən tanış olublar. Gənc cütlüyün bütün övladları doğuşdan sonra dünyasını dəyişib və yalnız dördüncü uşaq sağ qalıb. Bu, Həmidə xanım olub. Təəssüf ki, bir neçə illik evlilikdən sonra cütlük boşanmaq qərarına gəlib, buna görə də qızı anası və nənəsi böyüdüb.Anasının istəyi ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirən Həmidə bundan sonra qohumları üçün tamamilə gözlənilmədən Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna (ÜDKİ) daxil olub. Beləliklə, o, sevdiyi bir sahəni - yəni aktyorluğu öyrənməyə qərar verib.Həmidə xanım təkcə istedadına görə deyil, həm də gözəlliyinə görə hər zaman başqalarının diqqətini çəkib. 1981-ci ildə rejissor Yuli Qusmanın "Qorxma, mən səninləyəm!" musiqili macəra filmindəki Telli rolundan sonra isə aktrisa geniş populyarlıq qazanıb.Daha sonra H.Ömərova "Qızıl uçurum", "Başa düşmək istəyirəm", "Üzeyir Hacıbəyov", "Burulğan", "Musiqi müəllimi" və s. kimi 30-dan çox filmdə müxtəlif səpkili rolları ifa edib.Sputnik Azərbaycan Həmidə Ömərova ilə ad günü ərəfəsində təkcə təbrik üçün deyil, həmçinin, müsahibə üçün də görüşüb. Xalq artisti özü, şəxsi həyatı və yeganə oğlu Rəhimlə bağlı bir çox maraqlı faktları açıqlayıb.- Həmidə xanım, ad günlərini qeyd etməyi xoşlayırsınız?- Əslində yox, xüsusən də yubileyləri. Artıq qocaldığını hiss edirsən. Nə yaxşı ki, aktyor karyeramı davam etdirir, Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm. Bəzən isə istirahət etmək istəyirəm, ona görə də şəhərin səs-küyündən kəndə qaçıram. Hazırda bütün gücümü hələ açıqlamaq istəmədiyim sürprizə yönəltmişəm, ona görə də yubiley mənim üçün arxa plandadır. İnşallah, hər şey gerçəkləşəcək və bu, mənim üçün ən bahalı hədiyyə olacaq.- Niyə aktrisa olmağa qərar verdiniz?- Təsadüfən televiziyada Azərbaycan kinosunun klassiki Həsən Seyidbəylinin çıxışına baxdım. O bildirdi ki, ÜDKİ-da rusiyalı aktyor və rejissor Yevgeni Matveyevin rəhbərliyi ilə azərbaycanlılar üçün kurs açılır. Aktrisa olmağı heç vaxt xəyal etməsəm də, tərəddüdsüz, özümü sınamaq qərarına gəldim. Hər şey kortəbii baş verdi. Yəqin ki, gizli aktyorluq istedadım olub, sadəcə, bunu bilməmişəm. Anam yeganə qızını Moskvaya buraxmaq istəmirdi, amma sonra razı oldu. Ümumiyyətlə, o, mənə qarşı çox sərt davranırdı. Mən həmişə onun bütün əmrlərini yerinə yetirməli idim.Anama söz vermişdim ki, aktrisa yox, rejissor olacağam, amma sonra fikrimi dəyişdim. Dərslər zamanı Matveyev həmişə bizə deyirdi: "Aktyorluq peşəsi bataqlığa bənzəyir. Bir dəfə girsən, heç vaxt çıxmayacaqsan". O, haqlı imiş...- Debütünüz Moskvada olub, yoxsa Bakıda?- Moskvada. Biz oxuyanda təhsil aldığımız müddətdə filmə çəkilməyə icazə vermirdilər. Yevgeni Semyonoviç həmişə deyirdi: "Təhsil hər şeydən vacibdir". Eyni zamanda dörd tamaşa hazırladıq. Biz cəmi 15 nəfər idik - yeddi qız və səkkiz oğlan.Hər birimiz ən azı iki tamaşada məşğul idik. Bizim üçün çox çətin və eyni zamanda maraqlı idi. Heyf ki, o zaman kameraya, telefona çəkmək mümkün deyildi. Məktəbi bitirdikdən sonra Vətənimə qayıtdım. ÜDKİ-da təhsil aldığım illər mənim üçün həyatımın ən unudulmaz illəri olub.- Kinoya necə gəldiniz?- Məni dərhal fərq etmədilər. Kursumuzu bitirənlərin hamısını müxtəlif rollara dəvət edirdilər, bircə məndən savayı. Məni altı aydan sonra xatırladılar. Rejissor Oktay Mirqasımov "Başa düşmək istəyirəm" filmində baş qəhrəman roluna aktrisa axtarırdı. O, məndən filmə çəkmək istədiyi gənc aktrisaya dərs verməyimi istədi. Aktrisa ilə işlədiyim vaxt o, mənə diqqətlə baxırdı. Hər şeyi bəyəndiyi üçün fikrini dəyişdi və bu rola məhz məni təsdiq etmək qərarına gəldi. Daha sonra "Neft və milyonlar krallığında" filminin yeni variantında çəkilməyə dəvət aldım. Bu filmlərin hər ikisi mənim kino debütümdür.- Rollarınızdan hansını bəyənirsiniz?- Onların hamısı mənim üçün əzizdir. Amma ən çox "Nizami" filmindəki Afaq obrazı mənə daha yaxındır. Biz onunla bir-birimizə çox bənzəyirik: həm xasiyyətcə, həm də ətrafımızdakı dünyanı qavramaq cəhətdən. Əslində, demək olar ki, özüm-özümü oynamışam.- Doğrudur ki, Heydər Əliyev özü sizi bu rola razı salıb?- Filmin rejissoru Eldar Quliyev çox istəyirdi ki, rola türk ulduzu Türkan Şoray çəkilsin. T.Şoray razılığını verdi, lakin elə oldu ki, Bakıya gələ bilmədi. Sonra inquş aktrisası Tamara Yandieva bu rola təsdiq olundu. Bundan əvvəl o, Kamil Rüstəmbəyovun "Mən qayıdacağam" filmində rol almışdı.Heydər Əliyev kinoya həmişə maraq göstərib. Artıq hazır olan materiala baxdıqdan sonra o, belə deyib: "Niyə bu rola başqa millətdən olan aktrisanı çəkiblər? Məgər Azərbaycanın öz istedadları yoxdur?" Dərhal yeni bir qız axtarmağa başladılar.Mən o zaman kinostudiyada idim, hansısa filmi dublyaj edirdim. Məni dublyaj otağından çıxardılar, qrimləyib fotoşəklimi çəkdilər. Mənim şəklimi və bir neçə başqa namizədi Heydər Əliyevə göstərdilər və o, məni seçdi. Bunun üçün ona həmişə minnətdar olacağam.- Siz hələ də Azərbaycan kinosunun ən gözəl qadınları sırasındasınız. Pərəstişkarlarınız Sizi tez-tez bezdirirdilər?- Aktrisa kimi çalışsam da, təbiətcə çox kompleksli, utancaq insanam. Yevgeni Semyonoviç həmişə deyirdi ki, məndən aktrisa çıxmaz. Üçüncü kursda necə oynadığımı görəndən sonra isə o, fikrini dəyişdi. Xüsusilə, "Retro" verilişində aparıcılıq edəndə pərəstişkarlarım mənə daha çox məktublar yazıblar. Onların bir neçəsini hələ də saxlayıram. Mənə əlçatmaz ulduz deyirdilər. Zərif cinsin nümayəndələri tez-tez mənə yaxınlaşır və heç kimlə görüşmədiyimi biləndə şoka düşürdülər.- Bəs, çəkiliş meydançasında necə, həmkarlarınızdan sevgi etirafı edən olubmu?- Hamısı evli idi. Belə bir şey olmayıb.- Həyat yoldaşınızla necə tanış oldunuz?- O, mənə fikir verməyən yeganə kişi idi. Bu da mənim ona marağıma səbəb oldu. Biz təsadüfən tanış olduq. Mən o zaman Kinematoqrafçılar İttifaqında işləyirdim, o isə qurumlardan birində işçi idi. Daim yanımıza gəlir, imzalamaq üçün müxtəlif sənədlər gətirirdi. Mən sənədləri imzalayırdım, o isə heç üzümə də baxmırdı. Nəhayət, onu üzümə baxmağa məcbur etdim və biz evləndik.- Oğlunuz özü aktyor olmaq istəmədi?- Mən buna qarşı idim, çünki onun proqramçı olacağını düşünürdüm. İndi isə görürəm ki, sənət onu cəlb edir. Aktyor genləri istər-istəməz, öz sözünü deyir. O, çəkilişlərə getmək istəsə də, mən bunun əleyhinəyəm. Aktyorluq çox çətin peşədir. Oturub səni nə zaman dəvət edəcəklərini gözləyirsən.- Bəs, Siz özünüz necə, aktrisa olduğunuza görə peşman deyilsiniz ki?- Əvvəlcə çox peşman idim, indi yox. Həm aktrisa, həm də bir ana kimi xoşbəxtəm.- Oğlunuz hazırda Sizinlə işləyir?- Bəli, verilişimin prodüseridir. Həmçinin, verilişin bütün buraxılışlarını redaktə edir.- O vaxtkı Azərbaycan kinosu ilə indikini müqayisə etsək, onların arasında fərqlər çoxdur?- Onda çəkilişlər daha maraqlı idi. Xüsusi bir nəsil idi. Hamı pulsuz işləyirdi. Biz kinonu sevirdik, indi də sevirik, amma o, artıq əvvəlki kimi deyil. Bizdə istedadlı gənc rejissorlar, aktyorlar var, amma onların özlərini sübut etmək imkanları yoxdur.- Rejissorlar Sizi öz layihələrinə tez-tez dəvət edirlər?- Film çəkilişlərinə dəvət almadığım üçün doqquzuncu ildir ki, televiziya seriallarında çəkilirəm. Hətta filmlər çəkilsə belə, onlardan xəbərim yoxdur. Daha çox parlaq filmlərin çəkilməsini, gənc rejissorlara imkan yaradılmasını istərdim.- Yubileyinizdə özünüzə nə arzu edərdiniz?- Cansağlığı. Bu yaşımda arzu edə biləcəyim tək şey budur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42115/39/421153903_0:270:1080:1080_1920x0_80_0_0_9514140a9ebb083987fddf8596b5c038.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
aktrisa, yubiley
BAKI, 25 aprel — Sputnik. Xalq artisti Həmidə Ömərova Azərbaycan kinosunun ən gözəl aktrisalarından biri olub və indi də belədir. Bu il aprelin 25-də aktrisanın 65 yaşı tamam olur. Bir çox həmkarlarından fərqli olaraq o, pərəstişkarlarını yeni rollarla sevindirmək üçün fəaliyyətini davam etdirir.
Gələcək kino ulduzu xarici dil müəllimləri ailəsində anadan olub
Onun valideynləri eyni universitetdə oxuyarkən tanış olublar. Gənc cütlüyün bütün övladları doğuşdan sonra dünyasını dəyişib və yalnız dördüncü uşaq sağ qalıb. Bu, Həmidə xanım olub. Təəssüf ki, bir neçə illik evlilikdən sonra cütlük boşanmaq qərarına gəlib, buna görə də qızı anası və nənəsi böyüdüb.
Anasının istəyi ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirən Həmidə bundan sonra qohumları üçün tamamilə gözlənilmədən Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna (ÜDKİ) daxil olub. Beləliklə, o, sevdiyi bir sahəni - yəni aktyorluğu öyrənməyə qərar verib.
Həmidə xanım təkcə istedadına görə deyil, həm də gözəlliyinə görə hər zaman başqalarının diqqətini çəkib. 1981-ci ildə rejissor Yuli Qusmanın "Qorxma, mən səninləyəm!" musiqili macəra filmindəki Telli rolundan sonra isə aktrisa geniş populyarlıq qazanıb.
Daha sonra H.Ömərova "Qızıl uçurum", "Başa düşmək istəyirəm", "Üzeyir Hacıbəyov", "Burulğan", "Musiqi müəllimi" və s. kimi 30-dan çox filmdə müxtəlif səpkili rolları ifa edib.
Sputnik Azərbaycan Həmidə Ömərova ilə ad günü ərəfəsində təkcə təbrik üçün deyil, həmçinin, müsahibə üçün də görüşüb. Xalq artisti özü, şəxsi həyatı və yeganə oğlu Rəhimlə bağlı bir çox maraqlı faktları açıqlayıb.
- Həmidə xanım, ad günlərini qeyd etməyi xoşlayırsınız?
- Əslində yox, xüsusən də yubileyləri. Artıq qocaldığını hiss edirsən. Nə yaxşı ki, aktyor karyeramı davam etdirir, Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm. Bəzən isə istirahət etmək istəyirəm, ona görə də şəhərin səs-küyündən kəndə qaçıram. Hazırda bütün gücümü hələ açıqlamaq istəmədiyim sürprizə yönəltmişəm, ona görə də yubiley mənim üçün arxa plandadır. İnşallah, hər şey gerçəkləşəcək və bu, mənim üçün ən bahalı hədiyyə olacaq.
- Niyə aktrisa olmağa qərar verdiniz?
- Təsadüfən televiziyada Azərbaycan kinosunun klassiki Həsən Seyidbəylinin çıxışına baxdım. O bildirdi ki, ÜDKİ-da rusiyalı aktyor və rejissor Yevgeni Matveyevin rəhbərliyi ilə azərbaycanlılar üçün kurs açılır. Aktrisa olmağı heç vaxt xəyal etməsəm də, tərəddüdsüz, özümü sınamaq qərarına gəldim. Hər şey kortəbii baş verdi. Yəqin ki, gizli aktyorluq istedadım olub, sadəcə, bunu bilməmişəm. Anam yeganə qızını Moskvaya buraxmaq istəmirdi, amma sonra razı oldu. Ümumiyyətlə, o, mənə qarşı çox sərt davranırdı. Mən həmişə onun bütün əmrlərini yerinə yetirməli idim.
Anama söz vermişdim ki, aktrisa yox, rejissor olacağam, amma sonra fikrimi dəyişdim. Dərslər zamanı Matveyev həmişə bizə deyirdi: "Aktyorluq peşəsi bataqlığa bənzəyir. Bir dəfə girsən, heç vaxt çıxmayacaqsan". O, haqlı imiş...
- Debütünüz Moskvada olub, yoxsa Bakıda?
- Moskvada. Biz oxuyanda təhsil aldığımız müddətdə filmə çəkilməyə icazə vermirdilər. Yevgeni Semyonoviç həmişə deyirdi: "Təhsil hər şeydən vacibdir". Eyni zamanda dörd tamaşa hazırladıq. Biz cəmi 15 nəfər idik - yeddi qız və səkkiz oğlan.
Hər birimiz ən azı iki tamaşada məşğul idik. Bizim üçün çox çətin və eyni zamanda maraqlı idi. Heyf ki, o zaman kameraya, telefona çəkmək mümkün deyildi. Məktəbi bitirdikdən sonra Vətənimə qayıtdım. ÜDKİ-da təhsil aldığım illər mənim üçün həyatımın ən unudulmaz illəri olub.
- Məni dərhal fərq etmədilər. Kursumuzu bitirənlərin hamısını müxtəlif rollara dəvət edirdilər, bircə məndən savayı. Məni altı aydan sonra xatırladılar. Rejissor Oktay Mirqasımov "Başa düşmək istəyirəm" filmində baş qəhrəman roluna aktrisa axtarırdı. O, məndən filmə çəkmək istədiyi gənc aktrisaya dərs verməyimi istədi. Aktrisa ilə işlədiyim vaxt o, mənə diqqətlə baxırdı. Hər şeyi bəyəndiyi üçün fikrini dəyişdi və bu rola məhz məni təsdiq etmək qərarına gəldi. Daha sonra "Neft və milyonlar krallığında" filminin yeni variantında çəkilməyə dəvət aldım. Bu filmlərin hər ikisi mənim kino debütümdür.
- Rollarınızdan hansını bəyənirsiniz?
- Onların hamısı mənim üçün əzizdir. Amma ən çox "Nizami" filmindəki Afaq obrazı mənə daha yaxındır. Biz onunla bir-birimizə çox bənzəyirik: həm xasiyyətcə, həm də ətrafımızdakı dünyanı qavramaq cəhətdən. Əslində, demək olar ki, özüm-özümü oynamışam.
- Doğrudur ki, Heydər Əliyev özü sizi bu rola razı salıb?
- Filmin rejissoru Eldar Quliyev çox istəyirdi ki, rola türk ulduzu Türkan Şoray çəkilsin. T.Şoray razılığını verdi, lakin elə oldu ki, Bakıya gələ bilmədi. Sonra inquş aktrisası Tamara Yandieva bu rola təsdiq olundu. Bundan əvvəl o, Kamil Rüstəmbəyovun "Mən qayıdacağam" filmində rol almışdı.
Heydər Əliyev kinoya həmişə maraq göstərib. Artıq hazır olan materiala baxdıqdan sonra o, belə deyib: "Niyə bu rola başqa millətdən olan aktrisanı çəkiblər? Məgər Azərbaycanın öz istedadları yoxdur?" Dərhal yeni bir qız axtarmağa başladılar.
Mən o zaman kinostudiyada idim, hansısa filmi dublyaj edirdim. Məni dublyaj otağından çıxardılar, qrimləyib fotoşəklimi çəkdilər. Mənim şəklimi və bir neçə başqa namizədi Heydər Əliyevə göstərdilər və o, məni seçdi. Bunun üçün ona həmişə minnətdar olacağam.
- Siz hələ də Azərbaycan kinosunun ən gözəl qadınları sırasındasınız. Pərəstişkarlarınız Sizi tez-tez bezdirirdilər?
- Aktrisa kimi çalışsam da, təbiətcə çox kompleksli, utancaq insanam. Yevgeni Semyonoviç həmişə deyirdi ki, məndən aktrisa çıxmaz. Üçüncü kursda necə oynadığımı görəndən sonra isə o, fikrini dəyişdi. Xüsusilə, "Retro" verilişində aparıcılıq edəndə pərəstişkarlarım mənə daha çox məktublar yazıblar. Onların bir neçəsini hələ də saxlayıram. Mənə əlçatmaz ulduz deyirdilər. Zərif cinsin nümayəndələri tez-tez mənə yaxınlaşır və heç kimlə görüşmədiyimi biləndə şoka düşürdülər.
- Bəs, çəkiliş meydançasında necə, həmkarlarınızdan sevgi etirafı edən olubmu?
- Hamısı evli idi. Belə bir şey olmayıb.
- Həyat yoldaşınızla necə tanış oldunuz?
- O, mənə fikir verməyən yeganə kişi idi. Bu da mənim ona marağıma səbəb oldu. Biz təsadüfən tanış olduq. Mən o zaman Kinematoqrafçılar İttifaqında işləyirdim, o isə qurumlardan birində işçi idi. Daim yanımıza gəlir, imzalamaq üçün müxtəlif sənədlər gətirirdi. Mən sənədləri imzalayırdım, o isə heç üzümə də baxmırdı. Nəhayət, onu üzümə baxmağa məcbur etdim və biz evləndik.
- Oğlunuz özü aktyor olmaq istəmədi?
- Mən buna qarşı idim, çünki onun proqramçı olacağını düşünürdüm. İndi isə görürəm ki, sənət onu cəlb edir. Aktyor genləri istər-istəməz, öz sözünü deyir. O, çəkilişlərə getmək istəsə də, mən bunun əleyhinəyəm. Aktyorluq çox çətin peşədir. Oturub səni nə zaman dəvət edəcəklərini gözləyirsən.
- Bəs, Siz özünüz necə, aktrisa olduğunuza görə peşman deyilsiniz ki?
- Əvvəlcə çox peşman idim, indi yox. Həm aktrisa, həm də bir ana kimi xoşbəxtəm.
- Oğlunuz hazırda Sizinlə işləyir?
- Bəli, verilişimin prodüseridir. Həmçinin, verilişin bütün buraxılışlarını redaktə edir.
- O vaxtkı Azərbaycan kinosu ilə indikini müqayisə etsək, onların arasında fərqlər çoxdur?
- Onda çəkilişlər daha maraqlı idi. Xüsusi bir nəsil idi. Hamı pulsuz işləyirdi. Biz kinonu sevirdik, indi də sevirik, amma o, artıq əvvəlki kimi deyil. Bizdə istedadlı gənc rejissorlar, aktyorlar var, amma onların özlərini sübut etmək imkanları yoxdur.
- Rejissorlar Sizi öz layihələrinə tez-tez dəvət edirlər?
- Film çəkilişlərinə dəvət almadığım üçün doqquzuncu ildir ki, televiziya seriallarında çəkilirəm. Hətta filmlər çəkilsə belə, onlardan xəbərim yoxdur. Daha çox parlaq filmlərin çəkilməsini, gənc rejissorlara imkan yaradılmasını istərdim.
- Yubileyinizdə özünüzə nə arzu edərdiniz?
- Cansağlığı. Bu yaşımda arzu edə biləcəyim tək şey budur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.