https://sputnik.az/20220425/diplomat-rusiya-azerbaycanin-sergilediyi-movqeyi-yuksek-qiymetlendirir-441405556.html
Diplomat: Rusiya Azərbaycanın sərgilədiyi mövqeyi yüksək qiymətləndirir
Diplomat: Rusiya Azərbaycanın sərgilədiyi mövqeyi yüksək qiymətləndirir
Sputnik Azərbaycan
Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib ki, Bakı və Yerevanın xarici siyasət yürüdərkən ilk növbədə öz milli... 25.04.2022, Sputnik Azərbaycan
2022-04-25T12:54+0400
2022-04-25T12:54+0400
2022-04-25T13:40+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya federasiyası
ukrayna
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1d/440555475_0:161:3071:1888_1920x0_80_0_0_f9701da59d3398257554b273dfc7aa4c.jpg
BAKI, 25 aprel — Sputnik. Moskva Bakı və Yerevanın Ukrayna ilə bağlı ölçülü mövqeyini qeyd edir - hətta görünməmiş xarici təzyiq və anti-Rusiya kampaniyası şəraitində belə, tərəfdaşlar milli maraqlara əsaslanan siyasət yürüdürlər.Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar “RİA Novosti”yə müsahibəsində bildirib."Ukrayna ətrafındakı vəziyyətlə bağlı azərbaycanlı və erməni tərəfdaşlarımızın ölçülü mövqeyini və bununla bağlı Qərbin misli görünməmiş anti-Rusiya kampaniyasını qeyd edirik. Biz Azərbaycan və Ermənistan rəhbərliyinin xarici qüvvələrin hansı təzyiqi ilə üzləşdiyini yaxşı bilirik. Biz Bakı və Yerevanın xarici siyasət yürüdərkən ilk növbədə öz milli maraqlarını rəhbər tutmalarını yüksək qiymətləndiririk", - deyə rusiyalı diplomat vurğulayıb.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220324/kreml-boris-consonu-anti-rusiya-yarisinin-en-feal-istirakcisi-adlandirib-440433501.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1d/440555475_170:0:2901:2048_1920x0_80_0_0_48c0886dbe38a5ce05af9339b97201a6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya federasiyası, ukrayna, azərbaycan
rusiya federasiyası, ukrayna, azərbaycan
Diplomat: Rusiya Azərbaycanın sərgilədiyi mövqeyi yüksək qiymətləndirir
12:54 25.04.2022 (Yenilənib: 13:40 25.04.2022) Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib ki, Bakı və Yerevanın xarici siyasət yürüdərkən ilk növbədə öz milli maraqlarını rəhbər tutmalarını yüksək qiymətləndirirlər.
BAKI, 25 aprel — Sputnik. Moskva Bakı və Yerevanın Ukrayna ilə bağlı ölçülü mövqeyini qeyd edir - hətta görünməmiş xarici təzyiq və anti-Rusiya kampaniyası şəraitində belə, tərəfdaşlar milli maraqlara əsaslanan siyasət yürüdürlər.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar “RİA Novosti”yə müsahibəsində bildirib.
"Ukrayna ətrafındakı vəziyyətlə bağlı azərbaycanlı və erməni tərəfdaşlarımızın ölçülü mövqeyini və bununla bağlı Qərbin misli görünməmiş anti-Rusiya kampaniyasını qeyd edirik. Biz Azərbaycan və Ermənistan rəhbərliyinin xarici qüvvələrin hansı təzyiqi ilə üzləşdiyini yaxşı bilirik. Biz Bakı və Yerevanın xarici siyasət yürüdərkən ilk növbədə öz milli maraqlarını rəhbər tutmalarını yüksək qiymətləndiririk", - deyə rusiyalı diplomat vurğulayıb.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.