Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Kreml Boris Consonu anti-Rusiya yarışının ən fəal iştirakçısı adlandırıb

© Leon Neal / various sources / AFPBoris Conson, arxiv şəkli
Boris Conson, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.03.2022
Abunə olmaq
Peskov: "Cənab Consona gəldikdə, biz onun anti-Rusiya yarışının ən fəal iştirakçısı olduğunu görürük".
BAKI, 24 mart - Sputnik. Böyük Britaniyanın baş naziri Boris Conson anti-Rusiya yarışının ən fəal iştirakçılarından biridir, lakin bu, Olimpə yox, xarici siyasətdə dalana gətirib çıxaracaq.
APA-nın verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Cənab Consona gəldikdə, biz onun anti-Rusiya yarışının ən fəal iştirakçısı olduğunu görürük. Ancaq bu yarış heç kimi Olimpa aparmayacaq, əksinə, xarici siyasətdə çıxılmaz vəziyyətə gətirib çıxaracaq", - deyə Kremlin sözçüsü Böyük Britaniyanın baş naziri Boris Consonun Rusiya Prezidentinin "qırmızı xətti" keçməsi ilə bağlı sözlərinə münasibət bildirərkən deyib.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi doqquz gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Kremlin mətbuat katibi Dmitri Peskov  - Sputnik Azərbaycan, 1920, 24.03.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Peskov: "Qazın rublla ödənişi Rusiyaya dost olmayan ölkələrə problem yarada bilər"
Xəbər lenti
0