https://sputnik.az/20220425/bu-gun-albert-aqarunovun-anim-gunudur-441407761.html
Bu gün Albert Aqarunovun anım günüdür
Bu gün Albert Aqarunovun anım günüdür
Sputnik Azərbaycan
Bu gün 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan Azərbaycanın yəhudi əsilli milli qəhrəmanı Albert Aqarunov hörmətlə yad edilir. 25.04.2022, Sputnik Azərbaycan
2022-04-25T13:32+0400
2022-04-25T13:32+0400
2022-04-25T13:50+0400
albert aqarunov
azərbaycanın milli qəhrəmanı
cəmiyyət
şəhid
yəhudi
azərbaycan silahlı qüvvələri
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1b/428031100_0:0:3072:1728_1920x0_80_0_0_b1a00a6ef98da67ee2413b080d06da9f.jpg
BAKI, 25 aprel — Sputnik. Bu gün Azərbaycan hərbçisi, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, əslən dağ yəhudisi olan Albert Aqarunoviç Aqarunovun doğum günüdür. 1969-cu ilin 25 aprelində Bakıda anadan olan Aqanurov 1992-ci ilin 8 mayında, Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhəyə gedən Aqarunov, tank briqadasının tərkibində Ağdam, Cəbrayıl, Füzuli, Laçın bölgələrində vuruşaraq sonradan tank komandiri kimi Şuşaya yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin əsas hərbçilərindən biri olan Aqarunov Şuşa uğrunda gedən döyüşlərdə şəhərin müdafiəsində qalan son əsgərlərdən biri olur. O iştirak etdiyi döyüşlərdə erməni komandir Qaqik Avşaryanı məğlub edir, sonra Şuşa–Laçın yolu istiqamətində irəliləyib. Döyüş əsnasında tankdan enib, həlak olanların üzərindən keçməsin deyə sürücüyə yol göstərərkən şəhid olub.Aqarunov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O, bu ada layiq görülən ilk hərbçilərdən olub. Onun şərəfinə xatirə lövhələri, büst, küçə var. Albert Aqarunovun əziz xatirəsinə Bakıda adını daşıyan küçədə heykəl də ucaldılıb.Qeyd edək ki, Albert Aqarunoviç Aqarunovun doqquz qardaşı və iki bacısı olub. O ailənin son beşiyi idi. Aqarunovun ailəsi Quba rayonunun Qırmızı Qəsəbəsindəndirlər. Albertin atası Aqarun neftçi olub, uzun illər Suraxanıdakı neft mədənlərində çalışıb. Anası Lio çoxlu övlad dünyaya gətidiyi üçün sovet hökuməti tərəfindən "Qəhrəman Ana" adına layiq görülüb.Qeyd edək ki, 2010-cu ildə "Salnamə" sənədli filmlər studiyası "Qarabağ qəhramanları" silsiləsindən Aqarunov haqda "Dostuma məktub" filmini çəkib. 2017-ci ildə Səadət Şükürova Albert Aqarunov haqqında "Yaşadığım torpaq" sənədli filmini çəkib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20211110/senetciler-albert-aqarunovun-xatiresine-hesr-olunmus-layihede-bir-araya-gelibler-435058674.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1b/428031100_233:0:2964:2048_1920x0_80_0_0_688207e7e40194a58f246e968891f123.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
albert aqarunov, azərbaycanın milli qəhrəmanı, şəhid, yəhudi, azərbaycan silahlı qüvvələri
albert aqarunov, azərbaycanın milli qəhrəmanı, şəhid, yəhudi, azərbaycan silahlı qüvvələri
Bu gün Albert Aqarunovun anım günüdür
13:32 25.04.2022 (Yenilənib: 13:50 25.04.2022) Bu gün 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan Azərbaycanın yəhudi əsilli milli qəhrəmanı Albert Aqarunov hörmətlə yad edilir.
BAKI, 25 aprel — Sputnik. Bu gün Azərbaycan hərbçisi, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, əslən dağ yəhudisi olan Albert Aqarunoviç Aqarunovun doğum günüdür. 1969-cu ilin 25 aprelində Bakıda anadan olan Aqanurov 1992-ci ilin 8 mayında, Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.
Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhəyə gedən Aqarunov, tank briqadasının tərkibində Ağdam, Cəbrayıl, Füzuli, Laçın bölgələrində vuruşaraq sonradan tank komandiri kimi Şuşaya yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin əsas hərbçilərindən biri olan Aqarunov Şuşa uğrunda gedən döyüşlərdə şəhərin müdafiəsində qalan son əsgərlərdən biri olur. O iştirak etdiyi döyüşlərdə erməni komandir Qaqik Avşaryanı məğlub edir, sonra Şuşa–Laçın yolu istiqamətində irəliləyib. Döyüş əsnasında tankdan enib, həlak olanların üzərindən keçməsin deyə sürücüyə yol göstərərkən şəhid olub.
Aqarunov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O, bu ada layiq görülən ilk hərbçilərdən olub. Onun şərəfinə xatirə lövhələri, büst, küçə var. Albert Aqarunovun əziz xatirəsinə Bakıda adını daşıyan küçədə heykəl də ucaldılıb.
Qeyd edək ki, Albert Aqarunoviç Aqarunovun doqquz qardaşı və iki bacısı olub. O ailənin son beşiyi idi. Aqarunovun ailəsi Quba rayonunun Qırmızı Qəsəbəsindəndirlər. Albertin atası Aqarun neftçi olub, uzun illər Suraxanıdakı neft mədənlərində çalışıb. Anası Lio çoxlu övlad dünyaya gətidiyi üçün sovet hökuməti tərəfindən "Qəhrəman Ana" adına layiq görülüb.
Qeyd edək ki, 2010-cu ildə "Salnamə" sənədli filmlər studiyası "Qarabağ qəhramanları" silsiləsindən Aqarunov haqda "Dostuma məktub" filmini çəkib. 2017-ci ildə Səadət Şükürova Albert Aqarunov haqqında "Yaşadığım torpaq" sənədli filmini çəkib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.