https://sputnik.az/20220425/azalan-ve-artan-idxal-mehsullari---siyahi-441414949.html
Azalan və artan idxal məhsulları - Siyahı
Azalan və artan idxal məhsulları - Siyahı
Sputnik Azərbaycan
Azərbaycanın xarici ticarət dövriyyəsi iki ayda 8 milyard dollara yaxınlaşıb. İdxal və ixrac məsələsi Sputnik Azərbaycan-ın materialında. 25.04.2022, Sputnik Azərbaycan
2022-04-25T21:19+0400
2022-04-25T21:19+0400
2022-04-25T21:19+0400
məhsul
iqtisadiyyat
iqtisadiyyat
idxal
ixrac
https://cdnn1.img.sputnik.az/img/07e5/03/02/426357329_0:321:3071:2048_1920x0_80_0_0_7c26378b97e28a28b47be6ac41fd1c1a.jpg
BAKI, 25 aprel — Sputnik. Bu ilin iki ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 139 ölkəsindəki tərəfdaşları ilə ticarət aparıb, 91 ölkəyə məhsul ixrac olunub, 130 ölkədən idxal edilib.4 milyarda yaxın müsbət saldo yaranıbÖlkəmizin xarici ticarət dövriyyəsi 7 milyard 794,5 milyon dollar təşkil edib. Ticarət dövriyyəsinin 5 milyard 822 milyon dollarını və ya 74,7 faizini ölkədən ixrac olunmuş məhsulların, 1 milyard 972,5 milyon dollarını (25,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 3 milyard 849,5 milyon dollar müsbət saldo yaranıb.İxrac-idxal artıbÖtən ilin ilk iki ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 1,7 dəfə, real ifadədə 12,8 faiz, o cümlədən ixrac 18,8 faiz, idxal 1,8 faiz artıb.Qeyri-neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 39,4 faiz, real ifadədə 32,2 faiz artaraq 461,8 milyon dollar təşkil edib.Xarici ticarət dövriyyəsinin 39,3 faizi İtaliya, 11,8 faizi Türkiyə, 5,1 faizi Rusiya, 4,2 faizi Ukrayna, 3,9 faizi Çin, 3,3 faizi İsrail, 2,6 faizi Yunanıstan, 2,3 faizi Portuqaliya, hər biri 2,2 faiz olmaqla Gürcüstan və Tailand, hər biri 2 faiz olmaqla Birləşmiş Krallıq və Qazaxıstan, 1,8 faizi Almaniya, 1,6 faizi Hindistan, 1,5 faizi Tunis, 1,2 faizi Çexiya, hər biri 1,1 faiz olmaqla İspaniya və Rumıniya, 10,8 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.Ən çox ixrac İtaliyaya edilibİxracın 51,5 faizini İtaliyaya, 10,4 faizini Türkiyəyə, 4,4 faizini İsrailə, 4,3 faizini Ukraynaya, 3,4 faizini Yunanıstana, 3,0 faizini Portuqaliyaya, hər biri 2,7 faiz olmaqla Tailand və Gürcüstana, 2,2 faizini Birləşmiş Krallığa, 2,1 faizini Rusiyaya, 2,0 faizini Tunisə, 1,6 faizini Hindistana, 1,5 faizini Çexiyaya, 1,4 faizini İspaniyaya, hər biri 1,1 faiz olmaqla Rumıniya və Belarusa, 4,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.İdxal məhsulların ümumi dəyərinin 15,8 faizi Türkiyə, 15,2 faizi Çin, 14,3 faizi Rusiya, 7,9 faizi Qazaxıstan, 4,5 faizi Almaniya, hər biri 3,8 faiz olmaqla İran və Ukrayna, 2,5 faizi ABŞ, 2,3 faizi İtaliya, 2,0 faizi Norveç, 1,9 faizi Koreya, hər biri 1,7 faiz olmaqla Yaponiya və Birləşmiş Krallıq, 1,5 faizi Hindistan, hər biri 1,2 faiz olmaqla Fransa və İndoneziya, hər biri 1,1 faiz olmaqla Rumıniya və Türkmənistan, 16,5 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.Artan idxal məhsulları - SİYAHIHesabat dövründə buğda idxalı 6,8 dəfə,bitki yağları – 1,8 dəfə,təzə meyvə – 15,5 faiz,xam şəkər – 34,5 faiz,kərə yağı, digər süd yağları və pastaları – 40,7 faiz,unlu qənnadı məmulatları – 22,0 faiz,kartof – 10,9 faiz,quş əti və onun əlavə məhsulları – 48,5 faiz,minik avtomobilləri – 20,0 faiz,polad prokatı – 32,6 faiz,rezin şinlər – 1,6 faiz,sintetik yuyucu vasitələr – 8,9 faiz,avtobuslar – 2,3 dəfə,polietilen – 50,6 faiz,mebellər – 1,6 dəfə,məişət kondisionerləri – 4,2 dəfə,qara metallardan künclüklər – 1,6 dəfə,polipropilen – 19,8 faiz artıb.Azalan idxal məhsulları - SİYAHIŞokolad və şokolad məhsulları idxalı isə 8,5 faiz,çay - 9,1 faiz,təzə tərəvəz – 39,2 faiz,mal əti – 44,0 faiz,siqaretlər – 73,8 faiz,dərman vasitələri – 8,9 faiz,qara metallardan borular – 4,2 faiz,hesablama maşınları, blok və qurğuları – 15,2 faiz,qara metallardan çubuqlar – 16,8 faiz,yük avtomobilləri – 12,7 faiz,paltaryuyan maşınlar – 3,5 faiz,mineral gübrələr – 84,4 faiz,məişət soyuducuları – 31,0 faiz,sement – 17,9 faiz azalıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/02/426357329_0:0:2731:2048_1920x0_80_0_0_cc31c98b7e23ccf87a9eac1a618677ca.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
məhsul, iqtisadiyyat, idxal, ixrac
məhsul, iqtisadiyyat, idxal, ixrac
BAKI, 25 aprel — Sputnik. Bu ilin iki ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 139 ölkəsindəki tərəfdaşları ilə ticarət aparıb, 91 ölkəyə məhsul ixrac olunub, 130 ölkədən idxal edilib.
4 milyarda yaxın müsbət saldo yaranıb
Ölkəmizin xarici ticarət dövriyyəsi 7 milyard 794,5 milyon dollar təşkil edib. Ticarət dövriyyəsinin 5 milyard 822 milyon dollarını və ya 74,7 faizini ölkədən ixrac olunmuş məhsulların, 1 milyard 972,5 milyon dollarını (25,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 3 milyard 849,5 milyon dollar müsbət saldo yaranıb.
Ötən ilin ilk iki ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 1,7 dəfə, real ifadədə 12,8 faiz, o cümlədən ixrac 18,8 faiz, idxal 1,8 faiz artıb.
Qeyri-neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 39,4 faiz, real ifadədə 32,2 faiz artaraq 461,8 milyon dollar təşkil edib.
Xarici ticarət dövriyyəsinin 39,3 faizi İtaliya, 11,8 faizi Türkiyə, 5,1 faizi Rusiya, 4,2 faizi Ukrayna, 3,9 faizi Çin, 3,3 faizi İsrail, 2,6 faizi Yunanıstan, 2,3 faizi Portuqaliya, hər biri 2,2 faiz olmaqla Gürcüstan və Tailand, hər biri 2 faiz olmaqla Birləşmiş Krallıq və Qazaxıstan, 1,8 faizi Almaniya, 1,6 faizi Hindistan, 1,5 faizi Tunis, 1,2 faizi Çexiya, hər biri 1,1 faiz olmaqla İspaniya və Rumıniya, 10,8 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
Ən çox ixrac İtaliyaya edilib
İxracın 51,5 faizini İtaliyaya, 10,4 faizini Türkiyəyə, 4,4 faizini İsrailə, 4,3 faizini Ukraynaya, 3,4 faizini Yunanıstana, 3,0 faizini Portuqaliyaya, hər biri 2,7 faiz olmaqla Tailand və Gürcüstana, 2,2 faizini Birləşmiş Krallığa, 2,1 faizini Rusiyaya, 2,0 faizini Tunisə, 1,6 faizini Hindistana, 1,5 faizini Çexiyaya, 1,4 faizini İspaniyaya, hər biri 1,1 faiz olmaqla Rumıniya və Belarusa, 4,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
İdxal məhsulların ümumi dəyərinin 15,8 faizi Türkiyə, 15,2 faizi Çin, 14,3 faizi Rusiya, 7,9 faizi Qazaxıstan, 4,5 faizi Almaniya, hər biri 3,8 faiz olmaqla İran və Ukrayna, 2,5 faizi ABŞ, 2,3 faizi İtaliya, 2,0 faizi Norveç, 1,9 faizi Koreya, hər biri 1,7 faiz olmaqla Yaponiya və Birləşmiş Krallıq, 1,5 faizi Hindistan, hər biri 1,2 faiz olmaqla Fransa və İndoneziya, hər biri 1,1 faiz olmaqla Rumıniya və Türkmənistan, 16,5 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
Artan idxal məhsulları - SİYAHI
Hesabat dövründə buğda idxalı 6,8 dəfə,
bitki yağları – 1,8 dəfə,
kərə yağı, digər süd yağları və pastaları – 40,7 faiz,
unlu qənnadı məmulatları – 22,0 faiz,
quş əti və onun əlavə məhsulları – 48,5 faiz,
minik avtomobilləri – 20,0 faiz,
polad prokatı – 32,6 faiz,
sintetik yuyucu vasitələr – 8,9 faiz,
məişət kondisionerləri – 4,2 dəfə,
qara metallardan künclüklər – 1,6 dəfə,
polipropilen – 19,8 faiz artıb.
Azalan idxal məhsulları - SİYAHI
Şokolad və şokolad məhsulları idxalı isə 8,5 faiz,
təzə tərəvəz – 39,2 faiz,
dərman vasitələri – 8,9 faiz,
qara metallardan borular – 4,2 faiz,
hesablama maşınları, blok və qurğuları – 15,2 faiz,
qara metallardan çubuqlar – 16,8 faiz,
yük avtomobilləri – 12,7 faiz,
paltaryuyan maşınlar – 3,5 faiz,
mineral gübrələr – 84,4 faiz,
məişət soyuducuları – 31,0 faiz,
sement – 17,9 faiz azalıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.