https://sputnik.az/20220425/abs-diplomatlari-bakiya-ne-ucun-gelir-441418342.html
ABŞ diplomatları Bakıya nə üçün gəlir
ABŞ diplomatları Bakıya nə üçün gəlir
Sputnik Azərbaycan
Birləşmiş Ştatların Qafqaz ölkələrindəki səfirləri və Dövlət Departamentinin nümayəndəsi Bakıya təşrif buyurur. 25.04.2022, Sputnik Azərbaycan
2022-04-25T17:49+0400
2022-04-25T17:49+0400
2022-04-25T20:06+0400
siyasət
abş
abş dövlət departamenti
səfir
ermənistan
səfər
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1a/440477927_0:156:3000:1844_1920x0_80_0_0_966d85e14ca47188103c257a259cc791.jpg
BAKI, 25 aprel — Sputnik. ABŞ-ın Avropa və Avrasiya Məsələləri üzrə Dövlət Katibi köməkçisinin müavini Erika Olson Azərbaycana səfər edəcək. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.Məlumata görə, o, Azərbaycanda hökumət rəsmiləri ilə görüşlər keçirəcək, habelə aprelin 27-28-də Bakıda yer alan missiya rəhbərlərinin konfransına qatılacaq.Həmin konfransda ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan, ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi, USAİD təşkilatının Administratorunun köməkçisinin müavini Mark Simakovski, ABŞ-ın Avropa və Avrasiya Yardım Məsələləri üzrə icraçı koordinatoru Qreq Naarden və Qafqaz Danışıqlarına dair baş məsləhətçi Endryu Şofer iştirak edəcəklər.Qeyd edək ki, bu kimi missiya rəhbərlərinin konfransları müntəzəm olaraq keçirilir. Sonuncu konfransa 2021-ci ildə ABŞ-ın Yerevandakı səfirliyi ev sahibliyi edib. ABŞ-ın Bakıdakı və Tbilisidəki səfirlikləri 2019 və 2018-ci illərdə keçirilən konfransları təşkil etmişdi. COVID-19 səbəbindən 2020-ci ildə konfrans keçirilməyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1a/440477927_168:0:2833:1999_1920x0_80_0_0_ea26f25cfbb1f2beef6ff79ed9459705.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
abş, abş dövlət departamenti, səfir, ermənistan, səfər, azərbaycan
abş, abş dövlət departamenti, səfir, ermənistan, səfər, azərbaycan
ABŞ diplomatları Bakıya nə üçün gəlir
17:49 25.04.2022 (Yenilənib: 20:06 25.04.2022) Birləşmiş Ştatların Qafqaz ölkələrindəki səfirləri və Dövlət Departamentinin nümayəndəsi Bakıya təşrif buyurur.
BAKI, 25 aprel — Sputnik. ABŞ-ın Avropa və Avrasiya Məsələləri üzrə Dövlət Katibi köməkçisinin müavini Erika Olson Azərbaycana səfər edəcək. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.
Məlumata görə, o, Azərbaycanda hökumət rəsmiləri ilə görüşlər keçirəcək, habelə aprelin 27-28-də Bakıda yer alan missiya rəhbərlərinin konfransına qatılacaq.
Həmin konfransda ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan, ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi, USAİD təşkilatının Administratorunun köməkçisinin müavini Mark Simakovski, ABŞ-ın Avropa və Avrasiya Yardım Məsələləri üzrə icraçı koordinatoru Qreq Naarden və Qafqaz Danışıqlarına dair baş məsləhətçi Endryu Şofer iştirak edəcəklər.
Qeyd edək ki, bu kimi missiya rəhbərlərinin konfransları müntəzəm olaraq keçirilir. Sonuncu konfransa 2021-ci ildə ABŞ-ın Yerevandakı səfirliyi ev sahibliyi edib. ABŞ-ın Bakıdakı və Tbilisidəki səfirlikləri 2019 və 2018-ci illərdə keçirilən konfransları təşkil etmişdi. COVID-19 səbəbindən 2020-ci ildə konfrans keçirilməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.