CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixin bütün dövrlərinə aparan və ya "Keşikçidağ"a yeni nəfəs verən yol

© Sputnik / Ilham Mustafayev"Keşikçidağ" mağara-məbədlər kompleksi
Keşikçidağ mağara-məbədlər kompleksi - Sputnik Azərbaycan, 1920, 24.04.2022
Abunə olmaq
Qoruğa çəkilmiş yeni avtomobil yolunun regionun potensial imkanlarının genişləndirilməsi və inkişafı baxımından da önəmli olacağı qeyd olunur.
BAKI, 24 aprel — Sputnik. “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna çəkilən asfalt yol və burada aparlan tikinti işləri yekunlaşıb. Bu münasibətlə Ağstafa-Poylu-Gürsütan sərhəddi avtomobil yolunun 38-ci kilometrliyində Keşikçidağ Dövlət-Tarix Mədəniyyət Qoruğunun adını bildirən məlumat lövhəsi quraşdırılıb.
Kurqanlar, ucsuz-bucaqsız Ceyrançöl ərazisindəki tarixi dərələr, mağaralar və məbədlər kompleksini özündə birləşdirən "Keşikçidağ"ı bundan sonra ziyarət edən turistlərin də sayı çoxalacaq.
Yeni çəkilən asfalt yol Soyuqbulaq qəsəbəsindən başlayaraq 36 km uzanır. Qoruğunun direktoru Musa Mursaquliyev bildirir ki, kompleksin adının olduğu lövhənin beynəlxalq yolun üzərində quraşdırılmasının məqsədi bu yoldan istifadə edən turistlərin diqqətini qoruğa cəlb etməkdir.
© Sputnik / Ilham Mustafayev"Keşikçidağ" mağara-məbədlər kompleksi
Keşikçidağ mağara-məbədlər kompleksi - Sputnik Azərbaycan, 1920, 24.04.2022
"Keşikçidağ" mağara-məbədlər kompleksi
“Yolun çəkilməsi qoruğu turistlər və ziyarətçilər üçün daha əlçatan edəcək. Bu yoldan istifadə edən turistlərin də diqqətini cəlb etmiş olacağıq. Eyni zamanda qoruğa marağı artırmaq üçün davamlı olaraq tədbirlər və layihələr də həyata keçiririk. Qoruğun yaranmasının 15 iliyi ilə əlaqədar arxeoloji yay məktəbi, İlham Əliyev zirvəsinə zəfər yürüşünün təşkil olunması, Keşikçidağ ərazisində Novruz festivalının keçirlməsi layihələrini həyata keçirmişik. Bundan əlavə 2022-ci ildə bir çox layihələrin həyata keçirlməsi planlaşdırlır. Əsas məqsəd ziyarətçilərimizə Keşikçidağ mağaralar kompleksini daha yaxından tanıdılması, onların öyrənilməsi və bu qədim abidəmizə diqqətin artırılmasıdır”, - deyə direktor bildirib.
© Sputnik / Ilham MustafayevKeşikçidağa çəkilən yolun tikintisi başa çatıb
Keşikçidağa çəkilən yolun tikintisi başa çatıb - Sputnik Azərbaycan, 1920, 24.04.2022
Keşikçidağa çəkilən yolun tikintisi başa çatıb
Qoruqdakı yeniliklərdən biri də bu il yerli mütəxəssislərlə yanaşı xarici arxeoloqların da tədqiqat işlərinə cəlb edilməsidir. Belə ki, yay məktəbi layihəsi çərçivəsində iştirakçıların gecələr kamp qurub qoruq ərazisində gecələyə bilməsi üçün işlər başlanıb. Son vaxtlar ziyarətçilərin də sayı artıb. Qoruq əməkdaşı Ülviyyə Qurbanova bildirib ki, qoruğun unikallığı daş dövründən başlayaraq tarixin bütün dövrlərini özündə ehtiva etməsidir:
“Qoruğun ərazisində ilkin orta əsrlərə aid 70-dək təbii və süni mağaralar mövcuddur. Burada bir birindən 1500 metr aralıda yerləşən iki Alban məbədi, müdafiə məqsədilə tikilmiş 11 metr hündürlüyündə 3 mərtəbli Keşikçiqala yerləşir. Mütəmadi olaraq aparılan qazıntılar zamanı aşkarlanan maddi mədəniyyət nümunələrini əməkdaşlarımızla birgə restavrasiya edərək qoruğun fonduna daxil edirik. Tapıntılara əsasən deyə bilərəm ki, burada tarixin bütün dövrlərinə aid maddi mədəniyyət nümunələrinə rast gəlinir”.
© Sputnik / Ilham Mustafayev"Keşikçidağ" mağara-məbədlər kompleksi
Keşikçidağ mağara-məbədlər kompleksi - Sputnik Azərbaycan, 1920, 24.04.2022
"Keşikçidağ" mağara-məbədlər kompleksi
Qoruğun əməkdaşı Fazilə Hüseynova isə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisinə çoxsaylı turist səfərlərinin təşkil edilməsi və burada turizm infrastrukturunun yaranması sahəsində bir sıra yeni layihələrin reallaşacağını söyləyib:
““Keşikçidağ - dünəndən bu günə” adlı layihəni həyata keçirməyi planlaşdırırıq. Bu layihədə qədimdə yaşamış insanların istifadə etdikləri ox ucluqları, tuncdan hazırlanan əmək alətlərindən başqa, opsidiandan, çaxmaqdaşından düzəldilən əşyalardan tutmuş müasir dövrdə istifadə olunan dronlara qədər, hətta məktəblilər tərəfindən hazırlanacaq kiçik eskizlərin də sərgilənməsi nəzərdə tutulur”.
© Sputnik / Ilham Mustafayev"Keşikçidağ" mağara-məbədlər kompleksi
Keşikçidağ mağara-məbədlər kompleksi - Sputnik Azərbaycan, 1920, 24.04.2022
"Keşikçidağ" mağara-məbədlər kompleksi
Belə nəticə çıxarmaq olar ki, “Keşikçidağ” abidələrinin tarixi yükünü nəzərə alaraq inşa edilən yeni avtomobil yolu regionun potensial imkanlarının genişləndirilməsi və inkişafı baxımından önəmli rola malik olacaq.
Qeyd edək ki, Keşikçidağ ərazisi ölkə başçısının sərəncamı ilə 15 il öncə qoruq elan edilib. Burada son tunc - erkən dəmir dövrü, eramızdan əvvəl II minilliyin sonu, I minilliyin əvvəllərinə aid olan 100-ə yaxın kurqan, 6 ədəd açıq yaşayış düşərgəsi var.
Qoruq Ağstafa rayonunun mərkəzindən 75 km məsafədə yerləşir. Sonuncu yaşayış düşərgəsindən 28 km şimal-şərq istiqamətində, dəniz səviyyəsindən 750-950 metr hündürlükdə, Gürcüstan Respublikası ilə sərhədi əhatə edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0