https://sputnik.az/20220424/senet-yoldaslari-gorkemli-rejissoru-andilar--tariyel-biz-seni-hele-de-axtaririq-441375835.html
Sənət yoldaşları görkəmli rejissoru andılar: “Tariyel, biz səni hələ də axtarırıq”
Sənət yoldaşları görkəmli rejissoru andılar: “Tariyel, biz səni hələ də axtarırıq”
Sputnik Azərbaycan
Bu gün vəfatından 10 il keçən sənətkar öz televiziya tamaşaları ilə sənətsevərlərin qəlbində taxt qurmağı bacarıb. Elə insan tapılmaz ki, onun hansısa bir... 24.04.2022, Sputnik Azərbaycan
2022-04-24T11:11+0400
2022-04-24T11:11+0400
2022-04-24T11:15+0400
rejissor
mədəniyyət
televiziya
tamaşa
universitet
aktyor
https://cdnn1.img.sputnik.az/img/07e6/04/18/441376079_0:0:1000:563_1920x0_80_0_0_d3319f0969bee1466e26657595cddf2d.jpg
BAKI, 24 aprel — Sputnik. Bu gün Azərbaycan televiziya məkanında bir çox ilklərə imza atan, daim yeri görünən Əməkdar incəsənət xadimi, rejissor Tariyel Vəliyevin anım günüdür. 1944-cü il fevralın 24-də İmişli rayonunda anadan olan 1967-ci ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində radio rejissoru vəzifəsində işə başlayıb, 1972-ci ildən ömrünün sonuna qədər televiziya rejissoru kimi fəaliyyətini davam etdirib.Bu illər ərzində o bir sıra televiziya tamaşalarının, dövlət tədbirlərinin, bayram proqramlarının quruluşçu rejissoru olub. Azərbaycan televiziya məkanında ilk çoxseriyalı televiziya tamaşasının, Aslan Qəhrəmanovun “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz” tamaşalarının quruluşçu rejissoru olub.Daha sonra İsi Məlikzadənin “Qaranquş yuvası”, Seyid Hüseynin “Məhəbbət macərası”, Əzizə Əhmədovanın “Pəncərədə işıq”, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”, "Atayevlər ailəsi", Vaqif Səmədoğlunun “Yaşıl eynəkli adam”, Anarın “Evləri köndələn yar”, "Ötən ilin son gecəsi", kimi onlarla teletamaşaların müəllifidir.Bu gün onun vəfatından 10 il keçir. Sənət yoldaşları onunla bağlı xoş xatirələrini bölüşüblər.Xalq artisti Ramiz Həsənoğlu Tariyel Vəliyevlə birlikdə bir neçə imza atıb. “Ötən ilin son gecəsi”, “Evləri köndələn yar”, “Yaşıl eynəkli adam” və s. Sənət yoldaşı təəssüf hissi ilə qeyd edir ki, özü olduqca diqqətli insan olsa da, diqqətdən kənarda qalıb:"O çox işlər görə bilərdi, amma şərait yaradılmadı. Mən çalışırdım ki, ona yardım edim. “Sabah ” Yaradıcılıq Birliyində çalışırdıq. Onda lirik-dramatik janr daha yaxşı alınırdı. Aktyorlarla yorulmadan işləyirdi. Bəzən bir kadrı alındırmaq üçün xeyli dubl çəkirdi. Operatorlar da onu çox sevirdi. Bəzi operatorlar deyirdi ki, “Tariyel müəllim, bəsdir də, çəkdik”, o isə deyirdi “yaxşıdır, əladır, amma bir dubl da çəkək”. Nə yaxşı ki, ömrünün sonuna yaxın müəllimliklə məşğul oldu. Onun yetişdirdiyi tələbələr var, onlar bu gün Azərbaycan Mədəniyyətinə xidmət edirlər". Xalq artisti Firəngiz Mütəllimova Tariyel Vəliyevin Azərbaycan incəsənəti üçün ən böyük tapıntı olduğunu deyir. Aktrisa Aztv-də rəhmətlik Telman Adıgözəlovla birlikdə “Estrada ulduzları” adlı verilişinin aparıcısı imiş. Firəngiz xanımın təbəssümü rejissoru özünə cəlb edir. Onu filminə çəkmək qərarına gəlir:""Səni axtarıram"ın müəllifi Aslan Qəhrəmanov Tariyel müəllimə Elçin rolunu Yaşar Nuri üçün yazdığını demişdi. Tariyel müəllim də Gülnar obrazı üçün məni düşünmüşdü".Tariyel müəllim Firəngiz xanım haqqınd Yaşar Nuriyə deyəndə, aktyor onun təklifi ilə razılaşmır. Aktyor Firəngiz xanımın gənc olduğuna və tanınmadığına görə etiraz edir. Beləliklə, bədii şura təşkil olunur. Aslan Qəhrəmanov ilk məşqlərdə Tariyel müəllimin fikri ilə razılaşır:“Düzdür, həmin vaxt rəhmətlik Yaşar da mənə çox yardım etdi. Amma mənim bu seriala çəkilməyimin səbəbkarı Tariyel müəllim oldu. Aslan müəllim bədii şurada dedi ki, “Biz “Gülnar”ı tapdıq. Ondan sonra həmin tamaşa çəkildi. Bir günün içində partladı. Azərbaycanın ilk serialı oldu. İlk dəfə idi ki, Azərbaycan televiziyası naturaya çıxdı. Həmin vaxta qədər televiziyada çəkilən tamaşaların hamısı pavilyonda lentə alınırdı".Daha sonra 1983-cü ildə “Bağışla” tammetrajlı televiziya tamaşası lentə alınır. "Gülnar"ı oynamaq Firəngiz xanıma heç də rahat olmur. Amma Tariyel müəllimin peşəkarlığı sayəsində tamaşa uğurlu olur:"Bağışla"nı çəkəndə mənə dedi ki, “ağla”. Nə qədər çalışsam da ağlaya bilmədim. Buna görə çəkiliş dayandırıldı. Evə gəldim, hönkürtü ilə ağladım ki, bacarmadım. Mənə zəng elədi ki, “hazırlaş səni gəlib götürürük”. Dedi ki, “bilirdim ki, gedib evdə ağlayacaqsan”. Gəldilər məni apardılar, mən hələ də ağlayırdım. O da bu vəziyyətdən istifadə etdi. Mənim kresloda oturub ağladığım hissəni montaj edib tamaşaya əlavə elədilər. Bundan başqa, biz bayram çəkilişlərində də həmişə birlikdə olurduq. Orada əsəbi olan da var idi, qışqıran da, bizi gözlədən də. Amma Tariyel müəllimin səsinin tonu heç vaxt dəyişmirdi."Hərdən əsəbləşidim ki, eyni şeyi nə qədər çəkərlər. Sonradan tamaşaya baxanda hiss etdim ki, deməli, lazım imiş. Qismət elə gətirdi ki, biz sonradan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də birlikdə çalışdıq. Bizim hələ planlarımız var idi. Yaşar Türkiyədə olanda fikirləşidik ki, o qayıtsın, “Səni axtarıram”ın davamını çəkək. Nələr düşünürdük, amma olmadı..."Rejissorun "Evləri köndələn yar" və "Yaşıl eynəkli adam" kimi televiziya tamaşalarında rol alan Xalq artisti Afaq Bəşirqızı Tariyel Vəliyevin aktyorlara olan münasibətindən danışıb. Aktrisa onun səmimi, səmimi olduğu qədər də işində ciddi olduğunu vurğulayır:"Baxmayaraq ki, özü artıq sərbəst rejissor idi, amma Ramiz Həsənoğlunun yanında özünü yeni sənətə başlayan tələbə kimi aparırdı. Biz onun münasibətinə məhəttəl qalırdıq. Öz serialında dediyi kimi, “Tariyel, biz səni hələ də axtarırıq"”.“Pəncərədə işıq” televiziya tamaşasında Toğrul obrazını canlandıran Xalq artisti Nürəddin Mehdixanlı deyir ki, üzündə həmişə təbəssüm olurdu. Həm də çox ədalətli insan idi. Tutaq ki, bir rolu Məmmədə veribsə, dünya da dağılsa, onu başasına verməzdi. Onunla işləmək üçün səbr lazım idi. Bəzən eyni şeyi 80 dəfə təkrar edirdi, buna dözmək lazım idi. Yəni, istədiyini almayana qədər səndən əl çəkmirdi:"Bəzən yorulurduq, bezirdik, öz-özümüzə deyinirdik ki, niyə razı olduq? Amma nəticəni görəndə az qala əllərindən öpürdük ki, nə yaxşı ki, işə bu cür ciddi yanaşdınız. Məsləhətlərə qulaq asırdı, amma qəbul edib-etmədiyini demirdi. “Pəncərədə işıq” tamaşasında baş obrazların adı fərqli idi. Məsələn, qızın adı Gülgəz idi, oğlanın adı Bağır. Mən təklif elədim ki, “Tariyel müəllim, gəlin adları Toğrul və Leyla ilə əvəzləyək. Dedim Toğrul türk sərkərdəsinin adıdır, Leyla da sirli gecə deməkdir. Heç nə demədi. Məşq vaxtı mən Gülgəz deyəndə, dedi “Leyla”".Tariyel müəllimin ən sevimli tələbələrindən olan rejissor Elçin Elxanlı onun yetişdirdiyi ən son tələbələrdəndir. Rejissorun tələbəsi deyir ki, Tariyel müəllimin adı gələndə hər kəsin üzündə təbəssüm yaranır. Tələbəsi deyir ki, Bu gün Azərbaycan Televiziyasına çoxlu sayda rejissor bəxş edib. Elə tələbələr var ki, Tariyel müəllim onlara dərs deməyib. Amma o tələbələr Tariyel müəllimi özlərinə ustad biliblər. Çünki, o paylaşmağı sevən insan idi. Digər kursun tələbələri də ona sığınırdı. Bilirdilər ki, Tariyel müəllim onlara kömək edəcək:"Bəzən tanınmış aktyora xahiş edirdi ki, hansısa tələbənin filmində təmənnasız oynasın. Şəxsən mənim diplom işim üçün Səidə Quliyeva, Vəfa Zeynalova, Zemfira Nərmanova, Firəngiz Mütəllimova kimi aktrisalarımız filmimə təmənnasız çəkildilər. Bu gün onlarla dostluğumuz davam edir. Tariyel müəllim o körpünü yaratdı və getdi. Çox təəssf ki, film bitəndə artıq Tariyel müəllim həyatda yox idi. Ona görə də o filmi ona ithaf etdim".Qeyd edək ki, görkəmli rejissor 1988-ci ildən etibarən ADMİU-də müəllim, sonradan “Kinoşünaslıq” kafedrasının müdiri, ömrünün son günlərinə kimi “Televiziya rejissoru” kafedrasının müdiri vəzifəsində çalışıb. Sənətkar 24 aprel 2012-ci ildə Bakıda vəfat edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/18/441376079_121:0:953:624_1920x0_80_0_0_b5c89552f99c4ac619faff18dddb4eb9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rejissor, televiziya, tamaşa, universitet, aktyor
rejissor, televiziya, tamaşa, universitet, aktyor
Sənət yoldaşları görkəmli rejissoru andılar: “Tariyel, biz səni hələ də axtarırıq”
11:11 24.04.2022 (Yenilənib: 11:15 24.04.2022) Bu gün vəfatından 10 il keçən sənətkar öz televiziya tamaşaları ilə sənətsevərlərin qəlbində taxt qurmağı bacarıb. Elə insan tapılmaz ki, onun hansısa bir televiziya tamaşasına baxmasın.
BAKI, 24 aprel — Sputnik. Bu gün Azərbaycan televiziya məkanında bir çox ilklərə imza atan, daim yeri görünən Əməkdar incəsənət xadimi, rejissor Tariyel Vəliyevin anım günüdür. 1944-cü il fevralın 24-də İmişli rayonunda anadan olan 1967-ci ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində radio rejissoru vəzifəsində işə başlayıb, 1972-ci ildən ömrünün sonuna qədər televiziya rejissoru kimi fəaliyyətini davam etdirib.
Bu illər ərzində o bir sıra televiziya tamaşalarının, dövlət tədbirlərinin, bayram proqramlarının quruluşçu rejissoru olub. Azərbaycan televiziya məkanında ilk çoxseriyalı televiziya tamaşasının, Aslan Qəhrəmanovun “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz” tamaşalarının quruluşçu rejissoru olub.
Daha sonra İsi Məlikzadənin “Qaranquş yuvası”, Seyid Hüseynin “Məhəbbət macərası”, Əzizə Əhmədovanın “Pəncərədə işıq”, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”, "Atayevlər ailəsi", Vaqif Səmədoğlunun “Yaşıl eynəkli adam”, Anarın “Evləri köndələn yar”, "Ötən ilin son gecəsi", kimi onlarla teletamaşaların müəllifidir.
Bu gün onun vəfatından 10 il keçir. Sənət yoldaşları onunla bağlı xoş xatirələrini bölüşüblər.
Xalq artisti Ramiz Həsənoğlu Tariyel Vəliyevlə birlikdə bir neçə imza atıb. “Ötən ilin son gecəsi”, “Evləri köndələn yar”, “Yaşıl eynəkli adam” və s. Sənət yoldaşı təəssüf hissi ilə qeyd edir ki, özü olduqca diqqətli insan olsa da, diqqətdən kənarda qalıb:
"O çox işlər görə bilərdi, amma şərait yaradılmadı. Mən çalışırdım ki, ona yardım edim. “Sabah ” Yaradıcılıq Birliyində çalışırdıq. Onda lirik-dramatik janr daha yaxşı alınırdı. Aktyorlarla yorulmadan işləyirdi. Bəzən bir kadrı alındırmaq üçün xeyli dubl çəkirdi. Operatorlar da onu çox sevirdi. Bəzi operatorlar deyirdi ki, “Tariyel müəllim, bəsdir də, çəkdik”, o isə deyirdi “yaxşıdır, əladır, amma bir dubl da çəkək”. Nə yaxşı ki, ömrünün sonuna yaxın müəllimliklə məşğul oldu. Onun yetişdirdiyi tələbələr var, onlar bu gün Azərbaycan Mədəniyyətinə xidmət edirlər".
Xalq artisti Firəngiz Mütəllimova Tariyel Vəliyevin Azərbaycan incəsənəti üçün ən böyük tapıntı olduğunu deyir. Aktrisa Aztv-də rəhmətlik Telman Adıgözəlovla birlikdə “Estrada ulduzları” adlı verilişinin aparıcısı imiş. Firəngiz xanımın təbəssümü rejissoru özünə cəlb edir. Onu filminə çəkmək qərarına gəlir:
""Səni axtarıram"ın müəllifi Aslan Qəhrəmanov Tariyel müəllimə Elçin rolunu Yaşar Nuri üçün yazdığını demişdi. Tariyel müəllim də Gülnar obrazı üçün məni düşünmüşdü".
Tariyel müəllim Firəngiz xanım haqqınd Yaşar Nuriyə deyəndə, aktyor onun təklifi ilə razılaşmır. Aktyor Firəngiz xanımın gənc olduğuna və tanınmadığına görə etiraz edir. Beləliklə, bədii şura təşkil olunur. Aslan Qəhrəmanov ilk məşqlərdə Tariyel müəllimin fikri ilə razılaşır:
“Düzdür, həmin vaxt rəhmətlik Yaşar da mənə çox yardım etdi. Amma mənim bu seriala çəkilməyimin səbəbkarı Tariyel müəllim oldu. Aslan müəllim bədii şurada dedi ki, “Biz “Gülnar”ı tapdıq. Ondan sonra həmin tamaşa çəkildi. Bir günün içində partladı. Azərbaycanın ilk serialı oldu. İlk dəfə idi ki, Azərbaycan televiziyası naturaya çıxdı. Həmin vaxta qədər televiziyada çəkilən tamaşaların hamısı pavilyonda lentə alınırdı".
Daha sonra 1983-cü ildə “Bağışla” tammetrajlı televiziya tamaşası lentə alınır. "Gülnar"ı oynamaq Firəngiz xanıma heç də rahat olmur. Amma Tariyel müəllimin peşəkarlığı sayəsində tamaşa uğurlu olur:
"Bağışla"nı çəkəndə mənə dedi ki, “ağla”. Nə qədər çalışsam da ağlaya bilmədim. Buna görə çəkiliş dayandırıldı. Evə gəldim, hönkürtü ilə ağladım ki, bacarmadım. Mənə zəng elədi ki, “hazırlaş səni gəlib götürürük”. Dedi ki, “bilirdim ki, gedib evdə ağlayacaqsan”. Gəldilər məni apardılar, mən hələ də ağlayırdım. O da bu vəziyyətdən istifadə etdi. Mənim kresloda oturub ağladığım hissəni montaj edib tamaşaya əlavə elədilər. Bundan başqa, biz bayram çəkilişlərində də həmişə birlikdə olurduq. Orada əsəbi olan da var idi, qışqıran da, bizi gözlədən də. Amma Tariyel müəllimin səsinin tonu heç vaxt dəyişmirdi.
"Hərdən əsəbləşidim ki, eyni şeyi nə qədər çəkərlər. Sonradan tamaşaya baxanda hiss etdim ki, deməli, lazım imiş. Qismət elə gətirdi ki, biz sonradan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də birlikdə çalışdıq. Bizim hələ planlarımız var idi. Yaşar Türkiyədə olanda fikirləşidik ki, o qayıtsın, “Səni axtarıram”ın davamını çəkək. Nələr düşünürdük, amma olmadı..."
Rejissorun "Evləri köndələn yar" və "Yaşıl eynəkli adam" kimi televiziya tamaşalarında rol alan Xalq artisti Afaq Bəşirqızı Tariyel Vəliyevin aktyorlara olan münasibətindən danışıb. Aktrisa onun səmimi, səmimi olduğu qədər də işində ciddi olduğunu vurğulayır:
"Baxmayaraq ki, özü artıq sərbəst rejissor idi, amma Ramiz Həsənoğlunun yanında özünü yeni sənətə başlayan tələbə kimi aparırdı. Biz onun münasibətinə məhəttəl qalırdıq. Öz serialında dediyi kimi, “Tariyel, biz səni hələ də axtarırıq"”.
“Pəncərədə işıq” televiziya tamaşasında Toğrul obrazını canlandıran Xalq artisti Nürəddin Mehdixanlı deyir ki, üzündə həmişə təbəssüm olurdu. Həm də çox ədalətli insan idi. Tutaq ki, bir rolu Məmmədə veribsə, dünya da dağılsa, onu başasına verməzdi. Onunla işləmək üçün səbr lazım idi. Bəzən eyni şeyi 80 dəfə təkrar edirdi, buna dözmək lazım idi. Yəni, istədiyini almayana qədər səndən əl çəkmirdi:
"Bəzən yorulurduq, bezirdik, öz-özümüzə deyinirdik ki, niyə razı olduq? Amma nəticəni görəndə az qala əllərindən öpürdük ki, nə yaxşı ki, işə bu cür ciddi yanaşdınız. Məsləhətlərə qulaq asırdı, amma qəbul edib-etmədiyini demirdi. “Pəncərədə işıq” tamaşasında baş obrazların adı fərqli idi. Məsələn, qızın adı Gülgəz idi, oğlanın adı Bağır. Mən təklif elədim ki, “Tariyel müəllim, gəlin adları Toğrul və Leyla ilə əvəzləyək. Dedim Toğrul türk sərkərdəsinin adıdır, Leyla da sirli gecə deməkdir. Heç nə demədi. Məşq vaxtı mən Gülgəz deyəndə, dedi “Leyla”".
Tariyel müəllimin ən sevimli tələbələrindən olan rejissor Elçin Elxanlı onun yetişdirdiyi ən son tələbələrdəndir. Rejissorun tələbəsi deyir ki, Tariyel müəllimin adı gələndə hər kəsin üzündə təbəssüm yaranır. Tələbəsi deyir ki, Bu gün Azərbaycan Televiziyasına çoxlu sayda rejissor bəxş edib. Elə tələbələr var ki, Tariyel müəllim onlara dərs deməyib. Amma o tələbələr Tariyel müəllimi özlərinə ustad biliblər. Çünki, o paylaşmağı sevən insan idi. Digər kursun tələbələri də ona sığınırdı. Bilirdilər ki, Tariyel müəllim onlara kömək edəcək:
"Bəzən tanınmış aktyora xahiş edirdi ki, hansısa tələbənin filmində təmənnasız oynasın. Şəxsən mənim diplom işim üçün Səidə Quliyeva, Vəfa Zeynalova, Zemfira Nərmanova, Firəngiz Mütəllimova kimi aktrisalarımız filmimə təmənnasız çəkildilər. Bu gün onlarla dostluğumuz davam edir. Tariyel müəllim o körpünü yaratdı və getdi. Çox təəssf ki, film bitəndə artıq Tariyel müəllim həyatda yox idi. Ona görə də o filmi ona ithaf etdim".
Qeyd edək ki, görkəmli rejissor 1988-ci ildən etibarən ADMİU-də müəllim, sonradan “Kinoşünaslıq” kafedrasının müdiri, ömrünün son günlərinə kimi “Televiziya rejissoru” kafedrasının müdiri vəzifəsində çalışıb. Sənətkar 24 aprel 2012-ci ildə Bakıda vəfat edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.