DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Quterreş Türkiyəyə səfər edəcək

© Eskinder DEBEBE / UN Photo / AFPAntoniu Quterreş
Antoniu Quterreş - Sputnik Azərbaycan, 1920, 24.04.2022
Abunə olmaq
BMT baş katibinin Türkiyə Prezidenti və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.
BAKI, 24 aprel — Sputnik. BMT-nin Baş katibi Antonio Quterreş aprelin 25-də Türkiyəyə səfər edəcək. Məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb.
Bildirilir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Baş katib Antonio Quterreş arasında görüş nəzərdə tutulub.
Məlumat üçün bildirək k, Portuqaliya siyasətçisi Antoniu Quterreş 1992—2002 -ci illərdə Portuqaliya Sosialist Partiyasının Baş katibi, 1995—2002-ci illərdə Portuqaliya Respublikasının Baş Naziri, 1999—2005-ci illərdə Sosialist İnternasionalının Prezidenti, 2005-2015-ci illərdə BMT qaçqınlar üzrə Ali Komissarlığın Baş Komissarı olub.
7 aprel 2016-cı ildən Portuqaliyanın dövlət katibidir. 5 oktyabr 2016-cı ildə Quterreşin BMT Təhlükəsizlik Şurasında BMT Baş Katibi postuna səsvermədə qalib gəldiyi elan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0