Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Liberman Bakıya niyə gəlir?

© AFP 2024 / JACK GUEZİsrailin maliyyə naziri Aviqdor Liberman
İsrailin maliyyə naziri Aviqdor Liberman - Sputnik Azərbaycan, 1920, 24.04.2022
Abunə olmaq
İsrailin maliyyə nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan məhsullarının idxalı məsələsini müzakirə etməyi planlaşdırır.
BAKI, 24 Aprel - Sputnik. İsrailin maliyyə naziri Aviqdor Liberman nazirliyin yüksək səviyyəli nümayəndə heyətinin müşayiəti ilə bazar günü Azərbaycana gələcək.
İsrail mətbuatının məlumatına görə, səfər zamanı üç məsələnin müzakirəsi planlaşdırılır.
Danışıqların əsas gündəminin böyük həcmdə Azərbaycan neftinin İsrailə idxalı olacağı gözlənilir.
Azərbaycandan dizel nəqliyyat növləri - yük avtomobilləri və avtobuslar üçün istifadə olunan karbamidin idxalı da müzakirə olunacaq.
İsrail tərəfi buğda idxalı məsələsini də müzakirə etməyi gözləyir.
Kiv-lərin yazdığına görə, söhbət “ən qısa müddətdə” həyata keçirilməyə başlanacaq “milyardlarla dollarlıq” müqavilələrdən gedir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0