DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Lassa qızdırması nədir? Afrikada yeni bir xəstəlik təhlkükəsi

© CAROL VALADEQvineyada tibb işçiləri
Qvineyada tibb işçiləri - Sputnik Azərbaycan, 1920, 24.04.2022
Abunə olmaq
Mali, Toqo, Qana, Liberiya, Sierra Leone kimi bir çox Afrika ölkəsində qeydə alınan Lassa qızdırması epidemiyasına Qərbi Afrika ölkəsi olan Qvineyanın cənubuna çatıb.
BAKI, 24 aprel — Sputnik. Qərbi Afrika ölkəsi Qvineyanın cənubunda Lassa qızdırmasına ilk yoluxma halı müəyyən edilib. Bu hemorragik qızdırmalar qrupuna daxil olan kəskin yoluxucu viral xəstəlikdir. Sözügedən virus xüsusiyyətlərinə görə Ebola və Marburq tərəfindən yaradılan xəstəliklərə bənzəyir.
Təhlükəli virus insandan insana keçir və ölümlə nəticələnir.
Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, Nigeriyada bu ilin əvvəlindən etibarən 130-dan çox insan Lassa qızdırması üzündən həyatını itirib.
Qeyd edək ki, hər il quraqlığın yaşandığı noyabr-may ayları arasında yayılmağa başlayan Lassa qızdırması epidemiyası keçən il də 102 nəfərin ölümünə səbəb oldu.
Mali, Toqo, Qana, Liberiya, Sierra Leone kimi bir çox Afrika ölkəsində qeydə alınan Lassa qızdırması epidemiyasına ilk dəfə 1969-cu ildə Nigeriyanın Borno əyalətində rast gəlinib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0