Bakıda pravoslav xristianlar Pasxa bayramını necə qeyd ediblər - foto
Bakıda pravoslav xristianlar Pasxa bayramını necə qeyd ediblər - foto
Sputnik Azərbaycan
Bu gün bütün dünyada pravoslav xristianlar əsas dini bayramlarından birini - Pasxa bayramını qeyd edirlər. Bakıda Müqəddəs Sülhsevər Qadınlar kafedral... 24.04.2022, Sputnik Azərbaycan
Bir gün əvvəl paytaxtdakı bütün pravoslav kilsələrində möminlər birlik ayinindən keçə, Pasxa şirniyyatlarını və Pasxa yumurtalarını təqdis edə bilərdilər.Səhər ayinindən sonra və gün ərzində Pasxa yeməklərini təqdis etmək ənənəsi davam edir.Pasxa xristianların ən vacib və sevincli bayramlarından biridir - İsa Məsihin dirilməsi günüdür. Bu hadisə xristian dininin əsasını və mahiyyətini təşkil edir.Bu gün insanlar həm ölüm üzərində qələbəni, həm də dünyanın və ruhun yenilənməsini qeyd edirlər. Yenidən doğulmağı, yeniləşməni və mərhəmət hisslərini təcəssüm etdirən Pasxa insanların qəlbində gələcəyə inam və ümid hissi oyadır, onları xeyirxahlığa səsləyir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Bu gün bütün dünyada pravoslav xristianlar əsas dini bayramlarından birini - Pasxa bayramını qeyd edirlər. Bakıda Müqəddəs Sülhsevər Qadınlar kafedral kilsəsində bayram mərasimi keçirilib.
Bir gün əvvəl paytaxtdakı bütün pravoslav kilsələrində möminlər birlik ayinindən keçə, Pasxa şirniyyatlarını və Pasxa yumurtalarını təqdis edə bilərdilər.
Səhər ayinindən sonra və gün ərzində Pasxa yeməklərini təqdis etmək ənənəsi davam edir.
Dini yürüş gecəyarısı başlayır. Ruhanilər Pasxa ikonasını və Bərəkət alovunu kilsənin həyətinə aparır və zənglərin sədaları altında məbədin ətrafında gəzirlər.
Dini yürüş gecəyarısı başlayır. Ruhanilər Pasxa ikonasını və Bərəkət alovunu kilsənin həyətinə aparır və zənglərin sədaları altında məbədin ətrafında gəzirlər.
Bayramın simvolları Məsih dininin təsviri kimi Pasxa "kuliç"ləri və "pasxa"ları, boyalı yumurtalar (əbədi həyatın və Allahın möcüzəsinin simvolu), işıq (Müqəddəs Alov) və yürüşdür.
Bayramın simvolları Məsih dininin təsviri kimi Pasxa "kuliç"ləri və "pasxa"ları, boyalı yumurtalar (əbədi həyatın və Allahın möcüzəsinin simvolu), işıq (Müqəddəs Alov) və yürüşdür.
Müqəddəs Sülhsevər Qadınlar kafedral kilsəsində Pasxa ayini.
Pasxa xristianların ən vacib və sevincli bayramlarından biridir - İsa Məsihin dirilməsi günüdür. Bu hadisə xristian dininin əsasını və mahiyyətini təşkil edir.
Bu gün insanlar həm ölüm üzərində qələbəni, həm də dünyanın və ruhun yenilənməsini qeyd edirlər. Yenidən doğulmağı, yeniləşməni və mərhəmət hisslərini təcəssüm etdirən Pasxa insanların qəlbində gələcəyə inam və ümid hissi oyadır, onları xeyirxahlığa səsləyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.