https://sputnik.az/20220423/vetendaslarin-kulli-miqdarda-pulunu-menimsemekde-teqsirlendirilen-sexs-tutulub-441367018.html
Vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən şəxs tutulub
Vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən şəxs tutulub
Sputnik Azərbaycan
Fərid Abdinov dələduzluq yolu ilə zərərçəkənlərin ümumilikdə 178 min AZN pulunu ələ keçirib. 23.04.2022, Sputnik Azərbaycan
2022-04-23T18:34+0400
2022-04-23T18:34+0400
2022-04-23T18:40+0400
cəmiyyət
həbs
dələduzluq
maddə
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426198302_0:159:3079:1890_1920x0_80_0_0_f127e443b758ef4fa2080fef066d15c1.jpg
BAKI, 23 aprel - Sputnik. Vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən şəxs tutulub.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Qeyd olunub ki, vətəndaşlar Ü.Əsədova, K.İsmayılova və E.Eynullayev Daxili İşlər Nazirliyinə müraciət edərək Bakı şəhər sakini Fərid Abdinovun onlara müxtəlif vədlər verərək etibarlarından sui-istifadə etməklə külli miqdarda pul vəsaitlərini ələ keçirdiyini bildiriblər.Vətəndaşların şikayətləri araşdırılıb və onların F.Abdinov barədə qeyd etdikləri qanunsuz əməllər təsdiqini tapıb.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, Fərid Abdinova ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.İstintaqla müəyyən edilib ki, F.Abdinov dələduzluq yolu ilə zərərçəkənlərin ümumilikdə 178 min manat pulunu ələ keçirib.F.Abdinovun qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, ərazi polis orqanlarına və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426198302_173:0:2904:2048_1920x0_80_0_0_f4793629317cb388c3ced8c0ec0ed25a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
həbs, dələduzluq, maddə
Vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən şəxs tutulub
18:34 23.04.2022 (Yenilənib: 18:40 23.04.2022) Fərid Abdinov dələduzluq yolu ilə zərərçəkənlərin ümumilikdə 178 min AZN pulunu ələ keçirib.
BAKI, 23 aprel - Sputnik. Vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən şəxs tutulub.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, vətəndaşlar Ü.Əsədova, K.İsmayılova və E.Eynullayev Daxili İşlər Nazirliyinə müraciət edərək Bakı şəhər sakini Fərid Abdinovun onlara müxtəlif vədlər verərək etibarlarından sui-istifadə etməklə külli miqdarda pul vəsaitlərini ələ keçirdiyini bildiriblər.
Vətəndaşların şikayətləri araşdırılıb və onların F.Abdinov barədə qeyd etdikləri qanunsuz əməllər təsdiqini tapıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, Fərid Abdinova ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaqla müəyyən edilib ki, F.Abdinov dələduzluq yolu ilə zərərçəkənlərin ümumilikdə 178 min manat pulunu ələ keçirib.
F.Abdinovun qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, ərazi polis orqanlarına və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.