CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Soyğunçuluq etdiyi şəxsi maşınla sürüyən şəxs saxlanılıb

© AFP 2023 / FRED DUFOURPolis bölməsində əli qandallanmış kişi, arxiv şəkli
Polis bölməsində əli qandallanmış kişi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.04.2022
Abunə olmaq
Polisin uğurlu əməliyyatı nəticəsində cinayətkar tutuldu.
BAKI, 23 aprel — Sputnik. Bakıda soyğunçuluq etdiyi şəxsi maşınla sürüyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə aprelin 22-də Q.Qarayev prospektində paytaxt sakini O.Həsənovun mobil telefonunu alan şəxsin "Hyundai" markalı avtomobili ilə qaçarkən onu sürüməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elmir Mehdiyev müəyyən edilərək saxlanılıb.
Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Silah-sursat, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.04.2022
CƏMİYYƏT
Polis Füzulidə silah-sursat aşkarladı
Xəbər lenti
0