https://sputnik.az/20220423/rus-dili-olimpiadasi-start-goturdu-441364205.html
Rus dili olimpiadası start götürdü
Rus dili olimpiadası start götürdü
Sputnik Azərbaycan
Rus dili bilklərini yoxlamaq istəyənlər olimpiadada özlərini sınaqdan keçirə bilərlər. 23.04.2022, Sputnik Azərbaycan
2022-04-23T17:33+0400
2022-04-23T17:33+0400
2022-04-23T17:33+0400
rus dili
elm
olimpiada
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0b/435079960_0:305:3077:2036_1920x0_80_0_0_8c447fabbaf5e44d3a654ff056b5efdd.jpg
BAKI, 23 aprel — Sputnik. Azərbaycanda rus dili üzrə XIV illik olimpiadaya start verilib.Bu il Olimpiada eyni vaxtda bir neçə əlamətdar tarixə həsr olunub:- Şuşa şəhəri ilinə.- Qarabağ xanlığının birinci vəziri, tanınmış siyasi və ictimai xadim və şair Molla Pənah Vaqifin anadan olmasının 305 illiyinə.- Son Qarabağ şahzadəsi, diplomat və şair Xurşudbanu Natəvanın (Şuşada doğulub) anadan olmasının 190 illiyinə.Olimpiada iki mərhələdə keçiriləcək və onların nəticəsinə əsasən bu ilin iyun ayında qaliblərin, məktəb direktorlarının və fəal iştirakçıların təntənəli mükafatlandırma mərasimi olacaq.Ənənəvi olaraq, rus dili olimpiadası Azərbaycan Dillər Universitetinin dəstəyi ilə Bakıdakı Rus Evi, Rusiya Federasiyasının səfirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyası tərəfindən keçirilir.Məlum olduğu kimi, 2021-ci ildə Olimpiada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunub. Çətin epidemioloji vəziyyətə baxmayaraq, olimpiadada 338 məktəbdən 3500 şagird onlayn formatda iştirak edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0b/435079960_346:0:3077:2048_1920x0_80_0_0_c82380e0c37642846a5954138a30060f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rus dili, olimpiada
Rus dili olimpiadası start götürdü
Rus dili bilklərini yoxlamaq istəyənlər olimpiadada özlərini sınaqdan keçirə bilərlər.
BAKI, 23 aprel — Sputnik. Azərbaycanda rus dili üzrə XIV illik olimpiadaya start verilib.
Bu il Olimpiada eyni vaxtda bir neçə əlamətdar tarixə həsr olunub:
- Qarabağ xanlığının birinci vəziri, tanınmış siyasi və ictimai xadim və şair Molla Pənah Vaqifin anadan olmasının 305 illiyinə.
- Son Qarabağ şahzadəsi, diplomat və şair Xurşudbanu Natəvanın (Şuşada doğulub) anadan olmasının 190 illiyinə.
Olimpiada iki mərhələdə keçiriləcək və onların nəticəsinə əsasən bu ilin iyun ayında qaliblərin, məktəb direktorlarının və fəal iştirakçıların təntənəli mükafatlandırma mərasimi olacaq.
Ənənəvi olaraq, rus dili olimpiadası Azərbaycan Dillər Universitetinin dəstəyi ilə Bakıdakı Rus Evi, Rusiya Federasiyasının səfirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyası tərəfindən keçirilir.
Məlum olduğu kimi, 2021-ci ildə Olimpiada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunub. Çətin epidemioloji vəziyyətə baxmayaraq, olimpiadada 338 məktəbdən 3500 şagird onlayn formatda iştirak edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.