Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Roqozin: “ABŞ özünü sülh göyərçini kimi göstərir”

© Sputnik / Sergey Guneyev / Mediabanka keçid"Roskosmos"un baş direktoru Dmitri Roqozin
Roskosmosun baş direktoru Dmitri Roqozin  - Sputnik Azərbaycan, 1920, 23.04.2022
Abunə olmaq
"Roskosmos"un baş direktoru bildirib ki, Rusiya və Çin tərəfindən kosmosa silah buraxılmasını qadağan edən müqavilə təklif edilib.
BAKI, 23 aprel — Sputnik. Gələcəkdə hər hansı ölkə tərəfindən peyk əleyhinə silahların mümkün istifadəsi üçüncü dünya müharibəsinin başlanğıcı olacaq. Bunu "Roskosmos"un baş direktoru Dmitri Roqozin bildirib
"Nəzərə almaq lazımdır ki, başqasının kosmik gəmisinin məhv edilməsi üçüncü dünya müharibəsidir. Yəni bu, birmənalı olaraq kazus bellidir", - Roqozin "Rossiya-24" telekanalının efirində deyib.
O, peyk əleyhinə silahların sınaqlarına moratorium qoymağa çağıran ABŞ nümayəndələrinə inanmamağa çağırıb. "Roskosmos"un baş direktorunun sözlərinə görə, ABŞ artıq lazımi sınaqları keçirib və başa çatdırıb, belə sistemləri silahlanmaya qəbul edib və indi özünü sülh göyərçini kimi göstərir.
Roqozin, həmçinin bəşəriyyətin tezliklə kosmosda kütləvi qırğın silahlarının reallığa çevriləcəyi bir dünyada yaşayacağından narahatlığını ifadə edib. Dövlət korporasiyasının baş direktoru hesab edir ki, Birləşmiş Ştatlarda artıq belə inkişaflar var - xüsusən də onların gizli mini-meki X-37B-i həm kəşfiyyat maşınlarını, həm də silahları daşıya bilir.
"Çin və Rusiyanın kosmosa silah buraxılmasını qadağan edən müqavilə ilə bağlı birgə təklifi var və ABŞ bu təkliflərə cavab vermək əvəzinə gülünc bəyanatlar verir", - deyə Roqozin vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Президент РФ Владимир Путин, фото из архива - Sputnik Azərbaycan, 1920, 12.04.2022
RUSİYA
Putin “Roskosmos”a nə tapşırıq verib
Xəbər lenti
0