Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin “Roskosmos”a nə tapşırıq verib

© Sputnik / Михаил Климентьев / Mediabanka keçidПрезидент РФ Владимир Путин, фото из архива
Президент РФ Владимир Путин, фото из архива - Sputnik Azərbaycan, 1920, 12.04.2022
Abunə olmaq
Rusiya prezidenti "Vostochnı" kosmodromuna səfəri zamanı bildirib ki, bu, Belarusla kosmosun tədqiqi sahəsində əməkdaşlığın yeni mühüm mərhələsi olacaq.
BAKI, 12 aprel — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə birlikdə “Vostoçnı” kosmodromuna gəlib. Bundan əvvəl onlar helikopterdən kosmodromda işlərin gedişini yoxlayıblar. Bu barədə “RİA Novosti” xəbər yayıb.
Rusiya prezidenti "Vostochnı" kosmodromuna səfəri zamanı bildirib ki, xaricdən gələn təzyiqlərə baxmayaraq, Rusiya kosmik sektorda bütün planlarını ardıcıl və israrla həyata keçirəcək.
Beləliklə, Rusiya Ay proqramını bərpa edəcək, söhbət uzaqdan araşdırma aparmalı və daha sonra enmə vasitələri üçün uyğun yerləri seçməli olan avtomatik zond “Luna-25” kosmik gəmisinin buraxılmasından gedir. Eniş aparatının özü cənub qütbü regionunda ayın səthini tədqiq edəcək, o cümlədən iki metr dərinlikdə kriogen qazma işləri aparacaq (əsas vəzifə su axtarmaqdır).
Putin həmçinin “Roskosmos”a Belarus nümayəndələrinin Rusiya gəmisində kosmosa uçuşunu təşkil etməyi tapşırıb.
"Biz bu barədə Aleksandr Qriqoryeviçlə uzun müddət danışdıq. Əminəm ki, bu, kosmosun tədqiqi sahəsində əməkdaşlığımızın yeni mühüm mərhələsi olacaq", - deyə Rusiya lideri bildirib.
Həmçinin, belaruslu mütəxəssislər tezliklə "Vostochnı" kosmodromunun işlənməsində iştirak etmək imkanı əldə edəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Roqozin  - Sputnik Azərbaycan, 1920, 12.04.2022
RUSİYA
Roqozin mühərriklərlə bağlı şübhələrindən danışdı
Xəbər lenti
0