https://sputnik.az/20220423/ran-xurmasi-alarken-diqqetli-olun-uzu-parafinli-saxta-mehsullar-medemizin-dusmenidir-441370035.html
İran xurması alarkən diqqətli olun: Üzü parafinli saxta məhsullar mədəmizin düşmənidir
İran xurması alarkən diqqətli olun: Üzü parafinli saxta məhsullar mədəmizin düşmənidir
Sputnik Azərbaycan
AQTA külli miqdarda istifadə müddəti bitən qurudulmuş İran xurması aşkarlasa da, orqanik olmayan məhsula rast gəlməyib. 23.04.2022, Sputnik Azərbaycan
2022-04-23T23:02+0400
2022-04-23T23:02+0400
2022-04-24T10:42+0400
cəmiyyət
xurma
iran
https://cdnn1.img.sputnik.az/img/07e6/02/12/439309699_0:38:1921:1118_1920x0_80_0_0_88c61132594211b105ee2f4a6172216c.jpg
BAKI, 23 aprel — Sputnik. Orucluqda ən çox alınan məhsullardan biri də xurmadır. Oruc tutanların böyük əksəriyyəti iftarı xurma ilə açmağı xoşlayır. Azərbaycanın bazar və marketlərində satılan xurmalar müxtəlif ölkələrdən gətirilmə olur. Onların arasında İran xurması əsas yerlərdən birini tutur. Lakin sosial şəbəkə istifadəçiləri İran xurmasının üzərində parafinin olduğunu iddia eirlər. Bildirilir ki, onu yuduqda palçıq kimi olur.Həkim-diyetoloq Məlahət Kərimova məsləhət görür ki, həm bu orucluq ayında, həm də başqa vaxtlar orqanik xurmalara üstünlük vermək vacibdir. Çünki orqanik adı altında saxta İran xurması satılmadığından, istehlakçılar rahatlıqla bazarlardan belə məhsulları ala bilərlər.Həkim-mütəxəssis bazarda satılan, orqanik olmayan İran xurmalarının əvvəlki qədər keyfiyyətli olmadığını vurğulayır: "Bazarda satılan bu məhsulların bir çox hallarda üz qabıqları çox sərt olur. Adətən orqanik İran xurmalarının qabığı nazik olur. Onlar rahat həzm olunurlar. Üz qabığı sərt olan xurmaları qabıqlı yemək isə məsləhət görülmür".Qida üzrə ekspert Seymur Qafarov istehlakçıları İran xurması alarkən diqqətli olmağa səsləyir. O bildirir ki, malın saxta olmasından şübhələnən müştəri dərhal mağazanın özünə iradını bildirməlidir: "Özüm də belə hal müşahidə etdikdə məlumat vermişəm, mağaza dərhal həmin məhsulu satışdan çıxarıb. Bir məhsulla bağlı kütləvi narazılıq olduqda, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət etmək lazımdır".AQTA-da verilən məlumata görə fiziki şəxs Nəsirov İrşad Həbib oğlu tərəfindən İran İslam Respublikasından ölkəmizə idxal edilən qurudulmuş xurma məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı 8435.2 kq "Atlas" əmtəə nişanlı qurudulmuş xurma məhsulunun istifadə müddətinin bitdiyi aşkarlanıb. Aşkar olunan faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. Lakin AQTA İrandan ölkəmizə hər hansı saxta, orqanik olmayan xurmanın idxalını müşahidə etməyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220412/ramazan-gunlerinin-vazkecilmezi-niye-gunde-bir-xurma-yemeliyik--441010456.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/12/439309699_21:0:1728:1280_1920x0_80_0_0_c0e4858108475415e7e3e7077e40dc82.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xurma, iran
İran xurması alarkən diqqətli olun: Üzü parafinli saxta məhsullar mədəmizin düşmənidir
23:02 23.04.2022 (Yenilənib: 10:42 24.04.2022) AQTA külli miqdarda istifadə müddəti bitən qurudulmuş İran xurması aşkarlasa da, orqanik olmayan məhsula rast gəlməyib.
BAKI, 23 aprel — Sputnik. Orucluqda ən çox alınan məhsullardan biri də xurmadır. Oruc tutanların böyük əksəriyyəti iftarı xurma ilə açmağı xoşlayır. Azərbaycanın bazar və marketlərində satılan xurmalar müxtəlif ölkələrdən gətirilmə olur. Onların arasında İran xurması əsas yerlərdən birini tutur. Lakin sosial şəbəkə istifadəçiləri İran xurmasının üzərində parafinin olduğunu iddia eirlər. Bildirilir ki, onu yuduqda palçıq kimi olur.
Həkim-diyetoloq Məlahət Kərimova məsləhət görür ki, həm bu orucluq ayında, həm də başqa vaxtlar orqanik xurmalara üstünlük vermək vacibdir. Çünki orqanik adı altında saxta İran xurması satılmadığından, istehlakçılar rahatlıqla bazarlardan belə məhsulları ala bilərlər.
Həkim-mütəxəssis bazarda satılan, orqanik olmayan İran xurmalarının əvvəlki qədər keyfiyyətli olmadığını vurğulayır: "Bazarda satılan bu məhsulların bir çox hallarda üz qabıqları çox sərt olur. Adətən orqanik İran xurmalarının qabığı nazik olur. Onlar rahat həzm olunurlar. Üz qabığı sərt olan xurmaları qabıqlı yemək isə məsləhət görülmür".
Qida üzrə ekspert Seymur Qafarov istehlakçıları İran xurması alarkən diqqətli olmağa səsləyir. O bildirir ki, malın saxta olmasından şübhələnən müştəri dərhal mağazanın özünə iradını bildirməlidir: "Özüm də belə hal müşahidə etdikdə məlumat vermişəm, mağaza dərhal həmin məhsulu satışdan çıxarıb. Bir məhsulla bağlı kütləvi narazılıq olduqda, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət etmək lazımdır".
AQTA-da verilən məlumata görə fiziki şəxs Nəsirov İrşad Həbib oğlu tərəfindən İran İslam Respublikasından ölkəmizə idxal edilən qurudulmuş xurma məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı 8435.2 kq "Atlas" əmtəə nişanlı qurudulmuş xurma məhsulunun istifadə müddətinin bitdiyi aşkarlanıb. Aşkar olunan faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. Lakin AQTA İrandan ölkəmizə hər hansı saxta, orqanik olmayan xurmanın idxalını müşahidə etməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.