https://sputnik.az/20220423/qirmizi-dodaq-boyasi-dikdaban-ayaqqabi-dar-salvar---nazirlik-qadagalar-haqqinda-441348820.html
Qırmızı dodaq boyası, dikdaban ayaqqabı, dar şalvar - Nazirlik qadağalar haqqında
Qırmızı dodaq boyası, dikdaban ayaqqabı, dar şalvar - Nazirlik qadağalar haqqında
Sputnik Azərbaycan
Mədəniyyət Nazirliyi teatra gedən aktrisaların geyim tərzi və kosmetik vasitələrdən istifadəsinə dair qadağalarla bağlı yayılan məlumatlara aydınlıq gətirib. 23.04.2022, Sputnik Azərbaycan
2022-04-23T21:50+0400
2022-04-23T21:50+0400
2022-04-24T10:43+0400
ayaqqabı
cəmiyyət
boya
vəzifə
mədəniyyət nazirliyi
https://cdnn1.img.sputnik.az/img/42200/57/422005716_0:147:3119:1901_1920x0_80_0_0_c4ebb13240a04cb719064074ceecc16b.jpg
BAKI, 23 aprel — Sputnik. Sosial şəbəkələrdə Azərbaycan Mədəniyyət Nazirliyinin teatrlara qəribə qadağa tətbiq etdiyi müzakirə olunmaqdadır. Qeyd edilir ki, teatra gedən aktyorların qırmızı dodaq boyasından, dikdaban ayaqqabıdan, qırmızı rəngli geyimlərdən, cins və dar şalvarlardan istifadəsinə qadağa qoyulub. Söhbət o yerə çatıb ki, Mədəniyyət Nazirliyi məsələyə aydınlıq gətirməli olub.Mədəniyyət Nazirliyi bəyan edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.Açıqlamada o da qeyd olunub ki, Mədəniyyət Nazirliyinin Aparatında və strukturuna daxil olan qurumlarda qulluq keçən işçilərin əmək münasibətləri dövlət qulluğu sahəsində münasibətləri tənzimləyən qanunvericilik aktlarına uyğun olaraq tənzimlənir. O cümlədən dövlət qulluqçularının xidməti davranışı "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir:"Adıçəkilən qanunda etik davranış qaydalarına dair ümumi müddəalar müəyyən edilməklə yanaşı, həmin etik davranış qaydalarını dəqiqləşdirən normalar, onlara riayət olunması ilə bağlı davranış mexanizmi və qaydaların işlənib-hazırlanması səlahiyyəti dövlət orqanlarına həvalə edilir. O ki qaldı geyimlə bağlı tələblərə, qaydalarda heç bir qadağadan söhbət getmir. İşçilər üçün geyim və üsluba dair tələblər bir çox dövlət orqanlarında, habelə özəl müəssisələrdə də mövcuddur. Hətta bir çox tanınmış yerli və beynəlxalq şirkətlər var ki, öz işçiləri üçün "dress-kod" müəyyən edirlər. Eyni zamanda, Nazirliyin tabeliyində olan teatr və mədəniyyət mərkəzlərində yaradıcı sahədə çalışan çoxsaylı işçilər üçün geyim və aksessuarların səhnə mədəniyyətinin tərkib hissəsi olduğunu nəzərə alaraq bildiririk ki, həmin işçilərin geyimləri ilə bağlı heç bir tələb və ya tövsiyə nəzərdə tutulmayıb".Nazirlik həmçinin qeyd edib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində əmək intizamının təmin olunması məqsədi ilə müəssisədaxili intizam qaydalarının hazırlanması nəzərdə tutulub."Mədəniyyət Nazirliyində daxili intizam qaydaları Əmək Məcəlləsinin və əmək münasibətləri sahəsində münasibətləri tənzimləyən digər normativ hüquqi aktların tələbləri və müəssisələrdə çalışan işçilər arasında formalaşmış işgüzar adətlər nəzərə alınaraq hazırlanıb. Qaydalarda hər-hansı işçinin və ya şəxsin hüquqlarını və ya azadlıqlarını hər-hansı şəkildə məhdudlaşdıran heç bir hal nəzərdə tutulmayıb. Əksinə, əmək müqaviləsi üzrə vəzifə funksiyalarını tam həcmdə və keyfiyyətlə yerinə yetirən, müəssisənin daxili intizam qaydalarına əməl edilməsində fərqlənən işçilərin mükafatlandırılması və əməyinin dəyərləndirilməsi nəzərə alınıb", - MN-in məlumatında bildirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42200/57/422005716_195:0:2924:2047_1920x0_80_0_0_7fb33b4eedbab4c703495b7cdfef1379.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ayaqqabı, boya, vəzifə, mədəniyyət nazirliyi
ayaqqabı, boya, vəzifə, mədəniyyət nazirliyi
Qırmızı dodaq boyası, dikdaban ayaqqabı, dar şalvar - Nazirlik qadağalar haqqında
21:50 23.04.2022 (Yenilənib: 10:43 24.04.2022) Mədəniyyət Nazirliyi teatra gedən aktrisaların geyim tərzi və kosmetik vasitələrdən istifadəsinə dair qadağalarla bağlı yayılan məlumatlara aydınlıq gətirib.
BAKI, 23 aprel — Sputnik. Sosial şəbəkələrdə Azərbaycan Mədəniyyət Nazirliyinin teatrlara qəribə qadağa tətbiq etdiyi müzakirə olunmaqdadır. Qeyd edilir ki, teatra gedən aktyorların qırmızı dodaq boyasından, dikdaban ayaqqabıdan, qırmızı rəngli geyimlərdən, cins və dar şalvarlardan istifadəsinə qadağa qoyulub. Söhbət o yerə çatıb ki, Mədəniyyət Nazirliyi məsələyə aydınlıq gətirməli olub.
Mədəniyyət Nazirliyi bəyan edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
Açıqlamada o da qeyd olunub ki, Mədəniyyət Nazirliyinin Aparatında və strukturuna daxil olan qurumlarda qulluq keçən işçilərin əmək münasibətləri dövlət qulluğu sahəsində münasibətləri tənzimləyən qanunvericilik aktlarına uyğun olaraq tənzimlənir. O cümlədən dövlət qulluqçularının xidməti davranışı "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir:
"Adıçəkilən qanunda etik davranış qaydalarına dair ümumi müddəalar müəyyən edilməklə yanaşı, həmin etik davranış qaydalarını dəqiqləşdirən normalar, onlara riayət olunması ilə bağlı davranış mexanizmi və qaydaların işlənib-hazırlanması səlahiyyəti dövlət orqanlarına həvalə edilir. O ki qaldı geyimlə bağlı tələblərə, qaydalarda heç bir qadağadan söhbət getmir. İşçilər üçün geyim və üsluba dair tələblər bir çox dövlət orqanlarında, habelə özəl müəssisələrdə də mövcuddur. Hətta bir çox tanınmış yerli və beynəlxalq şirkətlər var ki, öz işçiləri üçün "dress-kod" müəyyən edirlər. Eyni zamanda, Nazirliyin tabeliyində olan teatr və mədəniyyət mərkəzlərində yaradıcı sahədə çalışan çoxsaylı işçilər üçün geyim və aksessuarların səhnə mədəniyyətinin tərkib hissəsi olduğunu nəzərə alaraq bildiririk ki, həmin işçilərin geyimləri ilə bağlı heç bir tələb və ya tövsiyə nəzərdə tutulmayıb".
Nazirlik həmçinin qeyd edib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində əmək intizamının təmin olunması məqsədi ilə müəssisədaxili intizam qaydalarının hazırlanması nəzərdə tutulub.
"Mədəniyyət Nazirliyində daxili intizam qaydaları Əmək Məcəlləsinin və əmək münasibətləri sahəsində münasibətləri tənzimləyən digər normativ hüquqi aktların tələbləri və müəssisələrdə çalışan işçilər arasında formalaşmış işgüzar adətlər nəzərə alınaraq hazırlanıb. Qaydalarda hər-hansı işçinin və ya şəxsin hüquqlarını və ya azadlıqlarını hər-hansı şəkildə məhdudlaşdıran heç bir hal nəzərdə tutulmayıb. Əksinə, əmək müqaviləsi üzrə vəzifə funksiyalarını tam həcmdə və keyfiyyətlə yerinə yetirən, müəssisənin daxili intizam qaydalarına əməl edilməsində fərqlənən işçilərin mükafatlandırılması və əməyinin dəyərləndirilməsi nəzərə alınıb", - MN-in məlumatında bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.