https://sputnik.az/20220423/deputat-mekteblinin-olumune-gore-sehiyye-orqanlarini-gunahlandirdi-441370483.html
Deputat məktəblinin ölümünə görə səhiyyə orqanlarını günahlandırdı
Deputat məktəblinin ölümünə görə səhiyyə orqanlarını günahlandırdı
Sputnik Azərbaycan
Həkim deputat Müşfiq Məmmədlinin fikrincə, qanunvericiliyə görə tibbi təxliyyə birbaşa Sumqayıt Tibb Mərkəzinin rəhbərliyinin səlahiyyətində olduğundan... 23.04.2022, Sputnik Azərbaycan
2022-04-23T19:50+0400
2022-04-23T19:50+0400
2022-04-23T19:50+0400
səhiyyə
müşfiq məmmədli
deputat
klinika
ölüm
https://cdnn1.img.sputnik.az/img/42408/15/424081589_0:0:2000:1125_1920x0_80_0_0_feb8b3b89e28cb07b161bd060daea2fa.jpg
BAKI, 23 aprel — Sputnik. Deputat Müşfiq Məmmədli məktəblinin vəfat etməsində səhiyyə ocaqlarını günahlandırıb. Bu barədə deputat öz sosial şəbəkə hesabında bildirib: "Xətai rayonu, 165 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdi Ramal Zaur oğlu Osmanovun dünyasını dəyişməsi təbii ki, hamı kimi bizi də sarsıtdı. Çox təəssüf ki, biz yenə səhiyyə xidmətlərində yol verilmiş qüsrlarla əlaqədar olaraq, bir məktəblinin həyatını itirməsinin şahidi olduq. Bu proses məni ciddi narahat etdiyi üçün araşdırma apardım. Dövlətimizin, cənab prezident İlham Əliyevin, Birinci Vitse-prezident Mehriban Əliyevanın səhiyyə sistemimizin moderləşdirilməsi üçün atdığı addımların nəticə olaraq ölkə səhiyyəsinin inkşaf etməsinin, dünya səhiyyə standartlarına uyğunlaşmasının şahidi oluruq. Ancaq çox təəssüf ki, yerlərdə fəaliyyət göstərən bəzi məmurlar sadə idarəetmə mexanizmlərini doğru-düzgün tətbiq etmədiklərinə görə insanlarımız acınacaqlı durumla üz-üzə qalırlar. Ramal Zaur oğlu Osmanovun vəfatı bu qəbildən olan hadisələrdən biridir".M. Məmmədli qeyd edib ki, xəstə burun qanaxması ilə xəstəxanaya müraciət edib və müvafiq yardım alıb. Sonradan valideynlərin istəyi ilə oradan özəl tibb müəssisəsinə aparılıb. Müvafiq olaraq hətta kiçik bir prosedur həyata keçirilən zaman xəstənin vəziyyəti düzgün qiymətləndirilməli, bu prosesin hansı ağır nəticə verəcəyi öncədən bilinməlidir. Bu proses mütləq şəkildə reanimasiyon tədbirlərin həyata keçirildiyi və tam təşəkkül tapdığı tibb müəssisəsində baş tutmalıdır.Həkim deputat qeyd edib ki, Sumqayıtda fəaliyyət göstərən "Unikal" klinikasına gətirilən Ramal Osmanovun burun qanaxmasının aradan qaldırılması üçün yerli "yandırma" metodu tətbiq edilib. Bu proses ümumi anesteziya altında keçirilib. Ümumi anesteziyanın həyata keçirilməsi üçünsə xəstənin vəziyyəti ona imkan verməlidir:"Ancaq biz qan tablosuna baxdıqda görürük ki, hemoqlobin 80 qr/lt, eritrosit 3.5x10 12/lt, rəng göstəricisi 0.7, laxtalanma müddəti isə 2-ci dəqiqədən başlayır, 6-cı dəqiqədə bitir. Bu onu göstərir ki, aktiv şəkildə qanaxma var. Xəstəyə tibbi müdaxilənin olması risklidir. Buna baxmayaraq, xəstəyə müdaxilə edilib və ağırlaşma olub. Bundan sonra dövlət səhiyyə müəssisələrindəki təlimatlara uyğun olmayan, yanlış proseslər baş verib. "Unikal" klinikasında Təcili tibbi yardım maşını nasaz vəziyyətdə olduğu üçün dövlət tibb müəssisəsindən təcili yardım maşını çağırılıb. Ağır vəziyyətdə olan xəstə razılaşdırılmadan və müvafiq təlimatlara uyğun olmadan başqa yerə aparılıb".M. Məmmədlinin sözlərinə görə, burada Sumqayıt Tibb Mərkəzi PHŞ-nin rəhbərinin səlahiyyətinə aid olan məsələləri icra etmədiyinin şahidi oluruq. Xəstənin təxliyyəsi səhiyyə işinin təşkilinə aid olduğuna görə birbaşa bu işlə həmin publik şəxsin direktoru məşğul olmalıdır. Yəni müvafiq tibb müəssisəsi müəyyən edilməli, həmin tibb müəssisəsinin rəhbəri ilə razılaşdırılmalı, xəstənin vəziyyəti qiymətləndirilməlidir. Əgər vəziyyəti onun təcili tibbi yardım maşınında aparılmasına imkan verirsə, müvafiq qərar qəbul olunmalıdır. Gediləcək tibb müəssisəsində yer həm onlayn qaydada, həm da razılaşma yolu ilə təmin edilməlidir:"Lakin çox təəssüf ki, həmin təcili tibbi yardım maşını özbaşına qərar verib. Sonradan araşdıraraq müəyyən etdik ki, sözügedən təcili tibbi yardım maşını reanimasyon xidmət üçün uyğun deyilmiş, defibrillator nasaz vəziyyətdədir, oksigen təminatı isə yoxdur. Heç bir tibbi yardım göstərilmədən, sadəcə "taksi" xidməti kimi bu cür ağır vəziyyətdə olan xəstə Bakı şəhərinə göndərilib. Təxliyyədə önəmli məsələ onun səhiyyə idarəetmə pillələrinə uyğun şəkildə müvafiq qurumun rəhbəri tərəfindən idarə edilməsidir. Amma biz nəyi görürük? Sumqayıt Tibb Mərkəzi PHŞ-nin rəhbərinin heç bu prosesdən xəbəri yoxdur. İlkin səhiyyə xidmətini təşkil edən alt strukturlar belə bu prosesdən xəstə dünyasını dəyişdikdən sonra xəbər tutub. Sumqayıt kimi böyük şəhərdə reanimasiyon xidmətin kifayət qədər olmasına baxmayaraq, özbaşına qərar qəbul edilib və bu da ağır vəziyyətdə olan insanın qanaxmadan həyatını itirməsi ilə nəticələnib".Deputatın sözlərinə görə, xəstənin qan müayinələri onu göstərir ki, qanaxma aktiv şəkildə davam edib. Hətta "yandırma" deyilən metod qanaxmanı dayandırmayıb, əksinə ümumi anesteziya altında olan xəstənin vəziyyəti daha da ağırlaşıb. Arqonal vəziyyətdə köçürülməməsi lazım olan, tibbi yardımın Sumqayıt Tibb Mərkəzi tərəfindən təşkil olunması tələb olunan xəstə uzun yol qət edib, müxtəlif tibb mərkəzləri dolaşıb. Nəticədə vəziyyəti daha da ağırlaşıb və bu, onun ölümü ilə sonuclanıb.Deputat bildirib ki, qanunvericiliyə görə tibbi təxliyyə birbaşa Sumqayıt Tibb Mərkəzinin rəhbərliyinin səlahiyyətində olduğundan, bir gəncin, gələcəkdə Azərbaycan əsgəri olacaq şəxsin vəfat etməsinin məsuliyyəti də bu qurumun üzərindədir. Məktəblinin ölümünə səbəb olan həmin şəxslər cəzalandırılmalı və Sumqayıt səhiyyəsinə rəhbərlik edən şəxs öz vəzifəsindən azad edilməlidir."Digər qüsurlar - həkim səhlənkarlığı, tibbi xidmətinin Bakı şəhərində nə dərəcədə göstərilməsi də hüquq-mühafizə orqanları tərəfindən araşdırlmalıdır. Dövlətin bu qədər vəsait sərf etdiyi, ölkə rəhbərinin diqqətində olduğu bir sahə, icbari tibbi sığortanın tətbiqi ilə daha da müsbət istiqamət götürən səhiyyəmiz bu cür öz işini bacarmayan yerli məmurların yarıtmaz fəaliyyəti ilə kölgə altına salınır. İnanıram ki, bu prosesdə haqq-ədalət öz yerini alacaq və məsuliyyət daşıyan şəxslər cəzalandırılacaq", - deyə deputat fikrini yekunlaşdırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42408/15/424081589_227:0:2000:1330_1920x0_80_0_0_81a6ca38a3a706169900f24d20ea4b96.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
müşfiq məmmədli, deputat, klinika, ölüm
müşfiq məmmədli, deputat, klinika, ölüm
Deputat məktəblinin ölümünə görə səhiyyə orqanlarını günahlandırdı
Həkim deputat Müşfiq Məmmədlinin fikrincə, qanunvericiliyə görə tibbi təxliyyə birbaşa Sumqayıt Tibb Mərkəzinin rəhbərliyinin səlahiyyətində olduğundan, məktəblinin vəfat etməsinin məsuliyyəti də bu qurumun üzərindədir.
BAKI, 23 aprel — Sputnik. Deputat Müşfiq Məmmədli məktəblinin vəfat etməsində səhiyyə ocaqlarını günahlandırıb. Bu barədə deputat öz sosial şəbəkə hesabında bildirib: "Xətai rayonu, 165 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdi Ramal Zaur oğlu Osmanovun dünyasını dəyişməsi təbii ki, hamı kimi bizi də sarsıtdı. Çox təəssüf ki, biz yenə səhiyyə xidmətlərində yol verilmiş qüsrlarla əlaqədar olaraq, bir məktəblinin həyatını itirməsinin şahidi olduq. Bu proses məni ciddi narahat etdiyi üçün araşdırma apardım. Dövlətimizin, cənab prezident İlham Əliyevin, Birinci Vitse-prezident Mehriban Əliyevanın səhiyyə sistemimizin moderləşdirilməsi üçün atdığı addımların nəticə olaraq ölkə səhiyyəsinin inkşaf etməsinin, dünya səhiyyə standartlarına uyğunlaşmasının şahidi oluruq. Ancaq çox təəssüf ki, yerlərdə fəaliyyət göstərən bəzi məmurlar sadə idarəetmə mexanizmlərini doğru-düzgün tətbiq etmədiklərinə görə insanlarımız acınacaqlı durumla üz-üzə qalırlar. Ramal Zaur oğlu Osmanovun vəfatı bu qəbildən olan hadisələrdən biridir".
M. Məmmədli qeyd edib ki, xəstə burun qanaxması ilə xəstəxanaya müraciət edib və müvafiq yardım alıb. Sonradan valideynlərin istəyi ilə oradan özəl tibb müəssisəsinə aparılıb. Müvafiq olaraq hətta kiçik bir prosedur həyata keçirilən zaman xəstənin vəziyyəti düzgün qiymətləndirilməli, bu prosesin hansı ağır nəticə verəcəyi öncədən bilinməlidir. Bu proses mütləq şəkildə reanimasiyon tədbirlərin həyata keçirildiyi və tam təşəkkül tapdığı tibb müəssisəsində baş tutmalıdır.
Həkim deputat qeyd edib ki, Sumqayıtda fəaliyyət göstərən "Unikal" klinikasına gətirilən Ramal Osmanovun burun qanaxmasının aradan qaldırılması üçün yerli "yandırma" metodu tətbiq edilib. Bu proses ümumi anesteziya altında keçirilib. Ümumi anesteziyanın həyata keçirilməsi üçünsə xəstənin vəziyyəti ona imkan verməlidir:
"Ancaq biz qan tablosuna baxdıqda görürük ki, hemoqlobin 80 qr/lt, eritrosit 3.5x10 12/lt, rəng göstəricisi 0.7, laxtalanma müddəti isə 2-ci dəqiqədən başlayır, 6-cı dəqiqədə bitir. Bu onu göstərir ki, aktiv şəkildə qanaxma var. Xəstəyə tibbi müdaxilənin olması risklidir. Buna baxmayaraq, xəstəyə müdaxilə edilib və ağırlaşma olub. Bundan sonra dövlət səhiyyə müəssisələrindəki təlimatlara uyğun olmayan, yanlış proseslər baş verib. "Unikal" klinikasında Təcili tibbi yardım maşını nasaz vəziyyətdə olduğu üçün dövlət tibb müəssisəsindən təcili yardım maşını çağırılıb. Ağır vəziyyətdə olan xəstə razılaşdırılmadan və müvafiq təlimatlara uyğun olmadan başqa yerə aparılıb".
M. Məmmədlinin sözlərinə görə, burada Sumqayıt Tibb Mərkəzi PHŞ-nin rəhbərinin səlahiyyətinə aid olan məsələləri icra etmədiyinin şahidi oluruq. Xəstənin təxliyyəsi səhiyyə işinin təşkilinə aid olduğuna görə birbaşa bu işlə həmin publik şəxsin direktoru məşğul olmalıdır. Yəni müvafiq tibb müəssisəsi müəyyən edilməli, həmin tibb müəssisəsinin rəhbəri ilə razılaşdırılmalı, xəstənin vəziyyəti qiymətləndirilməlidir. Əgər vəziyyəti onun təcili tibbi yardım maşınında aparılmasına imkan verirsə, müvafiq qərar qəbul olunmalıdır. Gediləcək tibb müəssisəsində yer həm onlayn qaydada, həm da razılaşma yolu ilə təmin edilməlidir:
"Lakin çox təəssüf ki, həmin təcili tibbi yardım maşını özbaşına qərar verib. Sonradan araşdıraraq müəyyən etdik ki, sözügedən təcili tibbi yardım maşını reanimasyon xidmət üçün uyğun deyilmiş, defibrillator nasaz vəziyyətdədir, oksigen təminatı isə yoxdur. Heç bir tibbi yardım göstərilmədən, sadəcə "taksi" xidməti kimi bu cür ağır vəziyyətdə olan xəstə Bakı şəhərinə göndərilib. Təxliyyədə önəmli məsələ onun səhiyyə idarəetmə pillələrinə uyğun şəkildə müvafiq qurumun rəhbəri tərəfindən idarə edilməsidir. Amma biz nəyi görürük? Sumqayıt Tibb Mərkəzi PHŞ-nin rəhbərinin heç bu prosesdən xəbəri yoxdur. İlkin səhiyyə xidmətini təşkil edən alt strukturlar belə bu prosesdən xəstə dünyasını dəyişdikdən sonra xəbər tutub. Sumqayıt kimi böyük şəhərdə reanimasiyon xidmətin kifayət qədər olmasına baxmayaraq, özbaşına qərar qəbul edilib və bu da ağır vəziyyətdə olan insanın qanaxmadan həyatını itirməsi ilə nəticələnib".
Deputatın sözlərinə görə, xəstənin qan müayinələri onu göstərir ki, qanaxma aktiv şəkildə davam edib. Hətta "yandırma" deyilən metod qanaxmanı dayandırmayıb, əksinə ümumi anesteziya altında olan xəstənin vəziyyəti daha da ağırlaşıb. Arqonal vəziyyətdə köçürülməməsi lazım olan, tibbi yardımın Sumqayıt Tibb Mərkəzi tərəfindən təşkil olunması tələb olunan xəstə uzun yol qət edib, müxtəlif tibb mərkəzləri dolaşıb. Nəticədə vəziyyəti daha da ağırlaşıb və bu, onun ölümü ilə sonuclanıb.
Deputat bildirib ki, qanunvericiliyə görə tibbi təxliyyə birbaşa Sumqayıt Tibb Mərkəzinin rəhbərliyinin səlahiyyətində olduğundan, bir gəncin, gələcəkdə Azərbaycan əsgəri olacaq şəxsin vəfat etməsinin məsuliyyəti də bu qurumun üzərindədir. Məktəblinin ölümünə səbəb olan həmin şəxslər cəzalandırılmalı və Sumqayıt səhiyyəsinə rəhbərlik edən şəxs öz vəzifəsindən azad edilməlidir.
"Digər qüsurlar - həkim səhlənkarlığı, tibbi xidmətinin Bakı şəhərində nə dərəcədə göstərilməsi də hüquq-mühafizə orqanları tərəfindən araşdırlmalıdır. Dövlətin bu qədər vəsait sərf etdiyi, ölkə rəhbərinin diqqətində olduğu bir sahə, icbari tibbi sığortanın tətbiqi ilə daha da müsbət istiqamət götürən səhiyyəmiz bu cür öz işini bacarmayan yerli məmurların yarıtmaz fəaliyyəti ilə kölgə altına salınır. İnanıram ki, bu prosesdə haqq-ədalət öz yerini alacaq və məsuliyyət daşıyan şəxslər cəzalandırılacaq", - deyə deputat fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.